Türkiyənin bir sıra şəhərlərində keçirilən rüşvət əməliyyatı Mersinə də çatıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəhərdə aparılan əməliyyat zamanı 35 nəfər saxlanılıb.
Onların adı rüşvət qalmaqalında hallanır.
Gömrük və Ticarət Nazirliyinin açıqlamasına görə, Mersin Gömrük Mühafizə Müdüriyyətinin keçirdiyi əməliyyatda saxlananlardan 10 nəfəri gömrük əməkdaşıdır.
İlkin məlumata görə, bu əməkdaşlar rüşvət aldıqları üçün, nəqliyyat şirkətlərində çalışan digər şəxslər isə rüşvət verdiklərinə görə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?