Avropadakı elçimizin 140 min avrosunu uduzmasi haqda xəbər
Zaman-zaman ayrı-ayrı məmurların qumara olan həvəsi barədə dövrü mətbuatda geniş informasiyalar verilib. Elə bu səbəbdən idi ki, mərhum prezident Heydər Əliyev dönəmində Azərbaycanda qumarxanaların, kazinoların fəaliyyətini qadağan etdi. Amma bunun da çarə olmadığı faktdır. Çünki dəfələrlə məmurlarımızın əsasən Gürcüstandakı kazinolarda qumar oynamaları haqda xəbərlər yayılır. Qumar masalarında uduzan məmurlarımız da olur, udan da. Elə redaksiyamıza da bu qəbildən olduqca maraqlı bir məlumat daxil olub. Avropadakı soydaşlarımızdan birinin dia.az-a bildirdiyinə görə, bu günlərdə Azrbaycanın Avropa ölkələrinin birindəki səfiri qumar masasında külli miqdarda pul uduzub. Təxminən 140 min avro dəyərində olan qumar məğlubiyyəti həmin kazino üçün böyük məbləğ hesab olunur. Bildirək ki, mənbə səfirin kimliyi barədə də dəqiq bilgilər verib. Sadəcə olaraq bu informasiyanın rəsmiləşdirilməsi imkansız olduğundan bu barədə əlavə bilgiləri özümüzdə saxlamaq qərarına gəldik. Qaynaq isə öz növbəsində əlavə edib ki, həmin səfirimiz ilk dəfə deyil ki, qumar oynayır: «Onu buradakı bütün diaspora üzvləri, mühacir soydaşlarımız yaxşı tanıyırlar və yaxşı bilirlər ki, boş vaxtlarını, əsasən də şənbə-bazar günlərini kazinolarda keçirir».
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?