Gürcüstan keçmiş sovet məkanının Las-Veqasına çevrilir. Bir çox ölkələrdə qumar biznesinə qadağalar qoyulandan sonra Gürcüstan qumar həvəskarlarının sevimli ziyarət yerinə çevrilib. Hazırda Azərbaycan da daxil olmaqla bir çox ölkələrdən qumarbazalar Gürcüstan kazinolarında əylənir və bu biznes xarici turistləri ölkəyə cəlb edir.
Hazırda Gürcüstanda qumar biznesinə qarşı sərt tədbirlər tətbiq edilmir. Hökumətin bu yumşaq siyasəti sayəsində Gürcüstan əlavə investisiyalar əldə edir. Ölkənin kazino kompleksləri xarici ölkələrdən imkanları turistləri cəlb etməkdədir. Gürcüstandakı iri otellərin hamısının öz qumarxana kompleksi var. Onlar simsiz internetlə təmin olunublar və qumar həvəskarları sutkanın istənilən vaxtında online rejimdə qumar oynaya bilərlər.
Gürcüstanda otel və kazino biznesinə qonşu ölkələr də investisiya yatırır. Məsələn, xəbərə görə, hazırda Azərbaycandan olan oliqarx bu ölkədə xüsusi kazino kompleksi olan iri otel inşa edir (azərbaycanlı oliqarxın adı açıqlanmır-red.). Qazaxıstan biznesmenləri də öz vəsaitlərini bu sahəyə yönəltməyə hazırlaşırlar. Bundan əvvəl məşhur amerikalı maqnat Donald Tramp da Gürcüstanın turizm və qumar sənayesinə investisiya qoymağa başlayıb.
Gürcüstan hökuməti ölkəni qumarxanalar cənnətinə çevirməklə yanaşı yerli əhalinin gələcəkdə bundan narazılıq edə biləcəyini də nəzərə alır və Gürcüstan vətəndaşlarının kazinolara girişinə bəzi məhdudiyyətlər tətbiq edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?