GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ramiz Mehdiyevin ölkəxarici biznesi

Ramiz Mehdiyevin ölkəxarici biznesi

Tarix: 30-04-2013, 14:34 Bölmə :Maraqlı Baxış: 2 087
Ramiz Mehdiyevin ölkəxarici biznesi
Elşad Abdullayev PA rəhbərinin xaricdəki biznesinin izinə düşüb

“Almaniyada, Çexiyada obyektləri var, Prezident Administrasiyasının rəhbəri obyektləri başqa millətdən olan adamların adına keçirir”

“Bunlar elə insanlardır ki, hər şeyi gərək faktla söyləyəsən. Ona görə də mən videoları yayımlamağa başladım. Bu görüntülərdən sonra Fransada yaşayan görkəmli hüquqşünaslar, vəkillər dedilər ki, bir video cinayətkarların cəzalandırılmasına dəlalət edirdi. Ancaq indiyə qədər 10-dan çox video material yayımlanıb. Qardaşım Mahir Abdullayevi oğurlayanlar, mandat alveri üçün məndən pul alanlar qalıb kənarda, mənə, yaxınlarıma təzyiq edirlər. Bütün bu işlərin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayanır” - bu sözləri fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev deyib...

“Qardaşım oğurlanıb, pulum qaytarılmayıb, 20 ilə qurduğum universitet 20 dəqiqənin içərisində əlimdən alınıb”


Elşad Abdullayev 7 aydır yaranan Müstəqil Istintaq Komissiyasının heç bir iş görmədiyini deyir: “Müstəqil Istintaq Komissiyası qardaşım Mahir Abdullayev oğurlanması, məndən alınan pulları araşdırmaq əvəzinə, əksinə, bizə təzyiq edir. Xəbər göndərirlər ki, yeni videolar yaysaq, baha başa gələcək. Asacaqlar, kəsəcəklər, nə bilim nə. Qohumlarıma təzyiqlər edirlər. Qohumlarım hara gedirsə, ”Elşad müəllimin adamlarıdır" deyib qaçırlar. “Royalbank”da qohumlarımın 10-12 min manatı batıb. Ancaq qaytarmırlar. Yalandan deyirlər ki, iranlı hakerlər bankın hesablarını ələ keçirib. Vətəndaşların “Royalbank”da batdığı pulları Ilham Əliyevin bir ofşor zonada olan pulunun yarısı qədər deyil. Camaatın pulunu niyə vermirlər?".
Elşad Abdullayev deyir ki, ona olan təhdidlərin arxasında Ramiz Mehdiyev dayanır: “Qardaşım oğurlanıb, pulum qaytarılmayıb, 20 ilə qurduğum universitet 20 dəqiqənin içərisində əlimdən alınıb, bunlar araşdırılmır, ancaq təhdidlər edilir. Bir qrup adam dövləti zəbt edir, vəzifələrindən sui-istifadə edir”.
Keçmiş rektor bu günlərdə mətbuatda müsahibəsi yayılan Gülər Əhmədovanın “Allah Elşad Abdullayevə də insaf versin, ürəyinə nida salsın ki, həqiqəti desin, məndən əl çəksin” açıqlamasında münasibət bildirdi: “Əvvəlcə çalışırdılar ki, bütün bu məsələlərdə Sevinc Babayevanı önə versinlər. Onu cəmiyyətə dələduz kimi təqdim etmək istəyirdilər. Guya bu məsələdə yalnız Sevinc Babayeva günahkardır. O gəlib söhbəti edib, pulu alıb və Ramiz Mehdiyevlə Gülər Əhmədovanın bu məsələdən xəbəri yoxdur. Sevinc Babayeva bu işi öz üzərinə götürmədiyi üçün onu zəhərləyib, öldürdülər. Mən sıradan bir adam deyiləm, hüquqşünasam. Yoldan keçən adamla söhbət etmərəm. Yaydığım videolardan da açıq-aydın görünür ki, Sevinc Babayeva bu məsələdə vasitəçidir. O, Ramiz Mehdiyevlə mənim aramda vasitəçi olub. Onun dəfələrlə Prezident Administrasiyasına getdiyinin şahidi olmuşam”.

“Mahir Abdullayevin işi ilə bağlı 10-a yaxın adam ortadan götürülüb”

“Fransada və başqa ölkələrdə fəaliyyət göstərən adamlardan yüzlərlə mesaj alıram. Onlar Azərbaycanda olan hüquq sistemindən təəccüblənirlər. Hər kəs deyir ki, mənim yaydığı bir video hər şeyi sübut edir. Yəni bir video material bəs edir ki, zərərçəkən kimi məni tanısınlar, iş aşadırılsın” - deyə Elşad Abdullayev bildirir.
Elşad Abdullayevin sonuncu yayımladığı videoda keçmiş deputat Rza Ibadovun adı hallanır. Rza Ibadov da məsələylə yaxın günlərdə geniş açıqlama verəcəyini söyləyib. Keçmiş rektorun bu məsələylə bağlı fikirlərini öyrəndik. O deyir ki, Rza Ibadovla şəxsi tanışlığı olmayıb: “Uzaqdan-uzağa onu tanımışam. Heç bir münasibətim yoxdur. Yayımladığım videoda onun barəsində Sevinc Babayeva danışır”.
Elşad Abdullayev qardaşının işi ilə bağlı indiyə qədər 10-yaxın adamın aradan götürüldüyünü deyir: “Mahir Abdullayevin işini aparan Zahid Dünyamalıyev aradan götürüldü, Sevinc Babayeva öldürüldü. Zahid Dünyamalıyev gizli şəkildə öldürüldüsə, Sevinc Babayeva bütün dünyanın gözü qarşısında öldürüldü”.
ABŞ Dövlət Departamentinin bu günlərdə yaydığı hesabatda da “mandat alveri” videosuna yer ayırlıb. Bu barədə danışan keçmiş rektor deyir ki, hesabat yayımlanmazdan üç həftə öncə onunla görüşüblər: “Bir neçə saat söhbət etdilər. Yəni bu hesabatı açıqlayanlar havadan, sudan danışmırlar. Hər şeyi dəqiqliklə araşdırırlar. Gördüyüm işlər ABŞ Dövlət Departamentinin hesabatından tutmuş, Strasburq məhkəməsinə qədər gedirsə, ümid edirəm ki, sonda haqq-ədalət öz yerini tapacaq”.
Qarşıdakı bir həftədə yeni videolar yayımlayacağını deyən Elşad Abdullayev bildirdi ki, növbəti videolarda da Mahir Abdullayevin məsələsi olacaq.

“İstəyirlər ki, Ramiz Mehdiyev təqaüdə gedəndə üstündə ləkə olmasın”

Elşad Abdullayevin işi ilə bağlı araşdırma aparan, bloger Elnur Məcidli açıqlamasında maraqlı faktlar sadaladı. O, Gülər Əhmədovanın müsahibəsini bir mesaj kimi qəbul etdiklərini deyir: “Gülər Əhmədovanın sonuncu müsahibəsi bir mesajdır. O demək istəyir ki, pul məndə deyil, pul Ramiz Mehdiyevdədir. Elşad müəllim də video kadrları yaymazdan öncə Gülər Əhmədovaya məktub yollamışdı. Mən də bir neçə dəfə ona ”facebook"da yazmışdım. Elşad müəllimin Bakıdakı nümayəndəsinə bildirmişdi ki, pulu Ramiz Mehdiyevdən alıb qaytaracaq. Sonradan Ramiz Mehdiyevlə danışandan, özünün təhlükəsizliyinə əmin olandan sonra bizimlə söyüşlə danışmağa başladı. Gülər Əhmədova deyir ki, Sevinc Babayeva ölməsəydi indi həbsdə olmazdı. Yəni dolayı yolla demək sitəyir ki, Sevinc Babayeva onların güdzaına gedib. Sevinc Babayeva bu işləri öz üzərinə götürmədiyi üçün onu zəhərləyib öldürdülər".
“Gülər Əhmədova prezidentə sədaqətini nümayiş etdirməyə çalışır. Gülər Əhmədova Elşad müəllimlə görüşlərin birində deyir ki, Ramiz Mehdiyevin tərəfində olsaydın, problemin həll olunardı. Əslində Gülər Əhmədovayla Elşad Abdullayevin görüşü Mahir Abdullayevin işi ilə bağlı olub. Sonra Gülər Elşad müəllimə deyir ki, deputat olsa, toxunulmazlıq əldə edərsə, qardaşının işini həll edə bilər. Indi Gülər Əhmədova və onun vəkili işi inkar üzərində qurublar. Hər şeyi inkar edirlər. Ancaq bilmirlər ki, inkar etdikcə hər şey onlara qarşı yönəlir. Onlar istəyirlər ki, Ramiz Mehdiyev təqaüdə gedəndə üstündə ləkə olmasın. Bütün cəhdlər buna görədir”.

“Ramiz Mehdiyevin Almaniyada, Çexiyada obyektləri var”

Elnur Məcidli bizimlə söhbətində onu da qeyd etdi ki, MIK-in sədri Eldar Camalov Fransaya gəlmək istəyir: “Məqsəd isə 1 milyon manatı qaytarmaqdı. Biz bilirik ki, o pulu Eldar Camalov nə öz cibindən, nə də Gülər Əhmədovanın hesabından verəcək. Pulu verərsə, Ramiz Mehdiyev verəcək. Biz bunu bilirik”. Bloger Çexiyada, Almaniyada Ramiz Mehdiyevə məxsus şirkətlərin olub-olmadığını araşdırdıqlarını deyir: “Bizdə olan məlumata görə, sözügedən ölkələrdə Ramiz Mehdiyevə məxsus əmlak, ticarət obyektləri var. Bununla bağlı hər iki ölkənin ticarət palatasına soğru göndərmişik. Ilham Əliyevin ofşor zonalarda mülklərini, obyektlərini tapmaq asandır, ancaq Ramiz Mehdiyevin yox. Çünki Prezident Administrasiyasının rəhbəri obyektləri başqa millətdən olan adamların adına keçirir. Buna görə də bunu tapmaq bir az çətindir. Ancaq biz izinə düşmüşük, sorğulara cavab alıb, işimizə davam edəcəyik”.

Elçin
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayev qardaşı ilə bağlı bütün sirləri açıqladı

    Elşad Abdullayev qardaşı ilə bağlı bütün sirləri ...

    17-12-2012, 12:52

  • 
  • “EURONEWS” PREZİDENT SEÇKİLƏRİNƏ “BOMBA” HAZIRLAYIR- İfşa

    “EURONEWS” PREZİDENT SEÇKİLƏRİNƏ “BOMBA” ...

    11-05-2013, 12:51

  • 
  • MTN şefi Elşad Abdullayevin xahişini Mehdiyevdən niyə edib?

    MTN şefi Elşad Abdullayevin xahişini Mehdiyevdən ...

    30-01-2013, 10:55

  • 
  • Ramiz Mehdiyev Elşad Abdullayevi aşağıladı

    Ramiz Mehdiyev Elşad Abdullayevi aşağıladı ...

    7-12-2012, 17:41

  • 
  • Oqtay Əsədovun qudasından Elşad Abdullayevə cavab gəldi

    Oqtay Əsədovun qudasından Elşad Abdullayevə cavab ...

    7-12-2012, 15:07


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu