Fransada yaşayan lisenziyası ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev son açıqlamalarında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Binəqədi rayon icra hakimiyyətinin sabiq başçısı Alı Qocayevi hədəfə alıb:
“10 oktyabr 2005-ci ildə deputatlığa namizəd olaraq, 8 saylı brinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Parlamentinə deputat seçildim və Mərkəzi Seçki Kommisiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi elan etdi. Lakin, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, deputatlığımı könüllü geri götürüm. Alı Qocayev məni zəng edərək edərək təbrik etmişdi, sən deputatsan. Ancaq sonradan qərarı dəyişdilər”.
Moderator.az-ın əməkdaşı hazırda Samux rayon icra hakimiyyətinin başçısı işləyən Alı Qocayevlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında icra başçısı Elşad Abdullayevin dediklərini şər-böhtan adlandırıb: “Elşad Abdullayevin Azərbaycanda böhtan atmadığı adam qalmayıb. Bu adam oturub Fransada, şou yaratmaqla məşğuldur. Onun mənim barəmdə dedikləri ağ yalandır. İcra hakimiyyəti seçkilərə qarışmır. Seçkinin nəticəsini icra başçısı yox, seçki komissiyaları elan edir” .
Qeyd edək ki, A. Qocayev Milli Məclisin spikeri Oqtay Əsədovla qudadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?