GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Vitaminsizlik hansı xəstəliklər yaradır?

Vitaminsizlik hansı xəstəliklər yaradır?

Tarix: 18-09-2016, 11:46 Bölmə :Maraqlı Baxış: 902
Vitaminsizlik hansı xəstəliklər yaradır?

Böyük yaşlı insanların özlərini arıqlatmaq üçün həkim məsləhəti olmadan bir çox qidalardan imtina etməsi bəzən bu şəxslərin güclü iradəsinin olması kimi qəbul edilir. Uşaqların isə vitaminlərdən uzaq olan "çipsi", "qamburger" və s. kimi zərərli qidalara üstünlük verməsinə isə adi yanaşılaraq bu, onlarda yaşla əlaqədar yaranmış adi həvəs kimi qəbul edilir.

Lakin unutmaq lazım deyil ki, bu "imtina" və bu "həvəs" sonradan bir çox ciddi problemlərin yaranmasına səbəb olur. Çünki insanların sağlamlığı, xüsusilə uşaqların inkişafı üçün vacib olan vitaminlər normal həcmdə qəbul edilmədikdə orqanizmin funksiyası pozulur və nəticədə bir çox xəstəliklər əmələ gəlir.

Həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, son vaxtlar 50-yə qədər vitamin aşkar edilib: "Lakin maddələr mübadiləsinin tənzimlənməsi üçün çox cüzi miqdarda vitaminlər lazımdır. Canlı orqanizmlər vitaminsiz yaşaya bilməzlər. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da var. Мüxtəlif kimyəvi tərkibə malik olmalarına baxmayaraq, onların bir ümumi xüsusiyyəti var ki, bu da yalnız bitkilər tərəfindən sintez olunmalarıdır. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir".

Vitaminlərin iki qrupa bölündüyünü deyən həkim bildirib ki, suda həll olan vitaminlər C və B qrupu vitaminləri, yağda həll olan vitaminlər isə A, D, E, K vitaminləridir.

Tez yorulma, əsəbilik, yuxulama nələrin əlamətləridir?

Y.Abdiyeva əlavə edib ki, askorbin turşusu və ya vitamin C vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O, hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir. Askorbin turşusu qan yaranmasına təsir göstərir, zəhərlənmədən xilas olmaqda orqanizmə kömək edir. C vitamini bir çox bitkilərin - itburnu, kələm, çiyələk, firəng üzümü, turp, bibər, pomidor, yaşıl soğan, yaşıl noxud, portağal, limon, naringi, alma, moruq və s. həmçinin dalaq, qaraciyər, böyrəklər, beyin, at südünün tərkibində daha çox olur.

Y.Abdiyeva qeyd edib ki, avitaminoz zamanı əmələ gələn sinqa xəstəliyi C vitaminini qəbul edilməklə qısa zamanda müalicə edilir. Dişlərin tökülməsi, sümüklərin kövrəkləşməsi ilə müşahidə olunan skorbut və ya sinqa xəstəliyi zamanı nəfəs təngimə, fiziki zəiflik, tez yorğunluq, əsəbilik, yuxulama kimi hallar baş verir. Qan damarları kövrək olur və dəridə qanaxma başlayır, dişlərin dibi qanayır və tədricən tökülür. Xəstəlik hətta, ölümlə nəticələnə bilir: "Bəzən C vitaminini "müqavimət vitamini" də adlandırırlar. O, böyrəküstü vəzin qabıq maddəsinin hormonlarının hidroksilləşməsində, hemoqlobinin aktivliyinin artmasında, bir çox zəruri maddələrin yaranmasında iştirak edir".

Bu vitamini qəbul etmədikdə insan arıqlayır, saçları tökülür, yuxusuzluq yaranır

B1, B2, B6, B12-nin daxil olduğu B qrupu vitaminləri bitki və heyvan mənşəli bir çox məhsulların tərkibində olur. Bu vitaminlər maddələr mübadiləsinin bir sıra proseslərinə təsir göstərir. Onlar orqanizmdə sinir fəaliyyətinin normallığı üçün zəruridir.

Y.Abdiyeva deyib ki, B1 vitamininə (Tiamin, antinevrit vitamini) sutkalıq tələbat 3-4 mq-dır. Bu vitamini yalnız bitkilər və mikroorqanizmlər sintez edir. Orqanizmdə bu vitamin olmadıqda ağır avitaminoz beri-beri (yuxusuzluq) xəstəliyi yaranır, su-duz mübadiləsi, həzm, sinir sistemi, ürəyin işi pozulur, ətraflarda atrofiyalar yaranır. B1 vitamini qəbul etməyən insanlarda 1-3 aydan sonra yüngül yorğunluq, arıqlama baş verir. B1 vitamini ən çox pivə mayasında, noxudda, buğdanın rüşeymində, arpada, paxlada, düyü və vələmir yarmasında, donuz ətində, qaraciyərdə, ürəkdə, beyində, əzələlərdə, yumurta sarısında olur.

B2 vitamininə (Riboflavin, laktoflavin vitamini) gündəlik tələbat 2-4 mq-dır. Tərəvəzlərdə, süddə, yumurta sarısında, balıqda, qaraciyərdə, böyrəkdə olan B2 vitamini ürək-damar sisteminin, tənəffüs və endokrin sisteminin fəaliyyətinə, sinir sisteminin işinə müsbət təsir göstərir. B2 avitaminozu zamanı ağız və gözün selikli qişası zədələnir, tüklər tökülür, ağız bucağında və dodaqlarda çatlar əmələ gəlir, qaraciyər zədələnir və s. B2 vitamini hemoqlobinin sintezində iştirak etdiyi üçün, onun çatışmazlığı nəticəsində anemiya xəstəliyi də törəyə bilər.

B3 vitamininə (Pantoten turşusu, antidermatid amili) gündəlik tələbat 10 mq-a bərabərdir. Zülalların biosintezində, qlükozanın mənimsənilməsində, üzvlərin fəaliyyətində mühüm rol oynayan B3 vitamininin avitaminozu nəticəsində qanda xolesterinin miqdarı azalır, yağ mübadiləsi pozulur, qaraciyərdə və böyrəklərdə degenerasiya və s. baş verir.

Y.Abdiyeva əlavə edib ki, təbiətdə bol miqdarda olduğu üçün B5 vitamini çatışmazlığına rast gəlinmir. B5 vitamini əksikliyi qan şəkərininin düşməsinə, əllərdə titrəməyə səbəb ola bilər. Qaraciyər, ət, toyuq, yumurta və tərəvəzlər bu vitaminin ən əhəmiyyətli qaynaqlarıdır.

B6 vitamininə (Piridoksin, antidermatid vitamin) gündəlik tələbat 2-3 mq-dır. Düyü kəpəyi, buğda, paxla, mayalar, qaraciyər, böyrək, əzələlər, beyin, yumurta sarısı B6 vitamini ilə zəngindir. B6 vitamini porfirinlərin sintezində, yağların nəqlində və mübadiləsində, hemoqlobin yaranmasında mühüm rol oynayır. Onun avitaminozu zamanı tüklər tökülür. Barmaqların qanqrenası baş verir, dermatit yaranır, qıcolmalar və sinir poğunluqları baş verir.

B11 vitamini (Fol turşusu vitamini) qırmızı qan hüceyrələri və sinir toxumalarının meydana gəlməsində aktiv rol oynayır. B11 vitamini çatışmazlığı nəticəsində iştahsızlıq, kilo itkisi, ürək bulanma, qusma, ishal, baş ağrıları, bəzi ürək problemləri meydana gələ bilər. Qaraciyər, böyrək, ət, isbanaq, kahı, yumurta, çörək, portağal və banan bu vitaminin ən əhəmiyyətli qaynaqlarıdır.

B12 vitamininə (Siankobalamin, antianemin vitamini) gündəlik tələbat 1-3 mkq-dır. Süddə, yumurta sarısında, pendirdə, balıqda, böyrəkdə, ətdə, xüsusən qaraciyərdə B12 vitamini çox olur. Bu vitamin orqanizmə çox zəruri olan nuklein turşuları sintezində və zülalların istifadə olunmasında iştirak edir. Orqanizmdə çatışmazlığı qanazlığına səbəb olur.

Toyuq korluğu xəstəliyinin səbəbi

A.Abdiyeva deyib ki, A vitamininə (Retinol, yaxud antikseroftalmik vitamin) olan sutkalıq tələbat 1-2.5 mq-a bərabərdir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. Onun çatışmazlığı toyuq korluğu xəstəliyi, spermatogenezin pozğunluğu, dərinin buynuz təbəqəsinin və selikli qişaların zədələnməsi və quruması, arıqlama kimi mənfi hallara səbəb olur: "A vitamini, həmçinin orqanizmdə normal boy atma üçün zəruridir. Lakin çoxlu A vitamininin qəbulu da zərərli təsir göstərir. Ən çox qaraciyər, balıq yağı, kərə yağı, yer kökü, pomidor, qırmızı istiot, yonca və qozda olur".

Həkimin sözlərinə görə, E vitamini (Tokoferol, yaxud nəsiltörətmə vitamini) "E" vitamini hormonların, xüsusən cinsiyyət hormonu sintezini gücləndirərək insanın nəsilartırma qabiliyyətini artırır, yaraların sağalmasını təmin edir. Bu vitamin ən çox pambıq yağı, kətan yağı, dana və donuz ətində, kərə yağında, noxud, qaraciyər, süd və yumurta sarısında olur. E vitamininə gündəlik tələbat 25-30 mq-dır. Bu vitaminin çatışmazlığı zamanı nəsilartırma qabiliyyətinin pozulması, əzələ zəifliyi, iflic və.s müşahidə olunur.

Y.Abdiyeva qeyd edib ki, H vitamininin (Biotin) çatışmazlığı nəticəsində dermatit, sinir poğunluqları, ürəkbulanma, yorğunluq və s. baş verir. Gündəlik tələbat 150-200 mkq-dır. Qaraciyər, yumurta sarısı, kartof, soğan, süd və s.-də biotin vitamini çoxdur: "K vitamini (Filloxinon, yaxud antihemorragik vitamini) insanın bağırsağında yaşayan bağırsaq çöpləri bakteriyaları sintez etdiyi üçün avitaminozu olmur. Hipovitaminoz zamanı isə bağırsaqda, beyində, əzələlərdə, dərialtı piy qatında qansızmalar olur".

Uşaqlar niyə gec boy atır?

Həkimin sözlərinə görə, D vitamininin (Kalsiferol, yaxud antiraxit vitamini) çatışmazlığı uşaqlarda raxit xəstəliyinə səbəb olur. Bu zaman uşaq gec boy atır, skelet düzgün formalaşmır, yəni orqanizmdə fosfor və kalsium duzları mübadiləsi pozulduğundan sümüklərin tərkibində duzlar çatışmır. Belə uşaqların qıçları əyri olur, başı çox boyüyür, döş qəfəsi düzgün inkişaf etmir, qarın normadan çox böyüyür. Həmin uşaqlar zəif olduqlarından digər xəstəliklərə də tez tutulurlar: "Bu vitaminin orqanizmdə çoxluğu da qorxuludur. Belə ki, bu zaman müxtəlif orqanlarda çoxlu kalsium toplanır. D vitamini balıq yağında, qaraciyərdə, toyuq yumurtasının sarısında, süd, kərə yağında daha çox olur. Günəş şüasının təsiri altında da uşaqların orqanizmində D vitaminin əmələ gəlməsi güclənir. Bu vitaminə gündəlik tələbat 13-15 mkq və bir qədər artıqdır. O, orqanizmdə kalsium və fosfor mübadiləsinə, onların bağırsaq divarlarından sorulmasına, bioloji oksidləşmə proseslərinə, limon turşusunun mübadiləsinə təsir edir. Hipovitaminozu nəticəsində orqanizmdə mineral maddələrin mübadiləsi pozulur, sümük əyilmələrinə səbəb olan raxit xəstəliyi baş verir".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəblilər bu qidaları hər gün yeməlidir – Valideynlərin diqqətinə!

    Məktəblilər bu qidaları hər gün yeməlidir – ...

    14-10-2015, 14:59

  • 
  • Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi?

    Yuyucu tozlar: gigiyena, yoxsa xəstəlik mənbəyi? ...

    20-12-2013, 13:00

  • 
  • Bu qidalar xərçəngə səbəb ola bilər - SİYAHI

    Bu qidalar xərçəngə səbəb ola bilər - SİYAHI ...

    7-03-2016, 00:19

  • 
  • Nazirlik antibiotiklərə qarşı savaş açdı

    Nazirlik antibiotiklərə qarşı savaş açdı ...

    8-12-2013, 20:35

  • 
  • Nanə qərarını verdi: "Başa düşəcəklər ki, bu həvəs ötəri deyil"

    Nanə qərarını verdi: "Başa düşəcəklər ki, bu ...

    28-09-2015, 22:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu