Bu gün böyük dramaturq Hüseyn Cavidin doğum günüdür. Cavid əfəndi 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. Ədəbiyyat tariximizdə ilk mənzum faciə (“Şeyx Sənan”) və ilk mənzum dramın (“Ana”) müəllifi olan Hüseyn Cavidin “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınıb. Onun “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi əsərləri ədəbiyyatımızın nadir inciləridir. Teatrımızın inkişafında da misilsiz xidmətləri olan Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Sibirdə amansız sürgündə vəfat edib. Görkəmli sənətkarlarımızın əlyazmaları, fotoları nadir hallarda günümüzə qədər gəlib çatır. Bu mənada, Cavidin 2003-cü ildə lentə alınmış “Səma şairi” filmindəki nadir görüntülərini qiymətli xəzinə hesab etmək olar. Qeyd edək ki, videoda Azərbaycan-türk ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli xadim Əli bəy Hüseynzadə də yer alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?