Təyyarə səfərləri zamanı təyyarənin elektrik sistemindən irəli gələn maqnetik sahə var və xüsusən ekipaj olmaqla sərnişinlər də bu maqnetik sahəyə məruz qalırlar.
Bu təzyiq fərqi, isidilən və soyudulan hava təyyarə səfərlərinin bədən üzərindəki mənfi təsirlərini artırır. Mütəxəssislər xüsusilə bu vəziyyətin immunitet üzərində mənfi təsirlər yaratdığını qeyd edərək insanların təyyarəyə minmədən əvvəl 2 litr su içməsinin əhəmiyyətli olduğunu bildiriblər.
gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, bol su içməklə yanaşı uçuşdan əvvəl 2 qram və səyahət ortasında 1 qram olmaq üzrə cəmi 3 qram C vitamini qəbulu orqanizmin bioritmini qoruyaraq mənfi təsirləri azaldır.
C vitamininə əlavə olaraq qəbul edilən Seleniumun da oxşar şəkildə faydaları var.
İmmun sisteminin qorunduğu uçuşlarda adamın bioritmi mühafizə olunduğundan daha az yorğunluq olacağını qeyd edən mütəxəssislər bu üsulun xüsusilə qış dövründə infeksiyalara qarşı da uçuş zamanı əlavə qoruma təmin edəcəyini deyirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?