İstanbul polisi azərbaycanlı qanuni oğru Hacı Beyləqanski ləqəbli Hacıbaba Talıbxanlını həbsdən azad edib.
gundemxeber.az lent.az-a istinadən xəbər verir ki, bu barədə agentliyə mötəbər mənbədən məlumat daxil olub.
Məlumata görə, Hacı Beyləqanski Qoca Bakinski ləqəbli Əlibala Həmidovun qətlində ittiham olunurdu: "Hacı Beyləqanski Rövşən Lənkəranskinin sağ əli sayılırdı. Rövşən öldürülən gün də onun yanında olmuşdu. Mərhumun cənazəsini Azərbaycana da o müşayiət etməliydi. Amma İstanbul polisi onu aeroportdaca həbs etmişdi", - deyə məlumatda bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?