Yutub paylaşım kanalında ələ keçmiş yadplanetli olduğu iddia edilən birinin sorğu-suala çəkldiyini əks etdirən videonun 1964-cü ildə Amerikanın Nevada əyalətində yerləşən gizli araşdırma bazası sayılan 51-ci bölgədə çəkildiyi bildirilir.
Axar.az xəbər verir ki, məxfi qrifli görüntünün 2011-ci ildə 51-ci bölgənin keçmiş işçisi tərəfindən oğurlandığı deyilir.
İddiaya görə, EBE-3 adlandırılan yadplanetlini “Mavi kitab layihəsi”ndə çalışan şəxslər sorğu-sual edir. Videoda edilən söhbətlərdən bir qismini təqdim edirik:
- Planetini, yaxud kökünü söylə?..
- Yer.
- Dünən bizə buraya gəlmək üçün minlərlə işıq ili qət etdiyini dedin.
- Hə.
- Bizə doğrunu de, yoxsa…
- Doğrunu deyirəm. Mən Yerdənəm. Gələcəyinizdən gəlirəm. Zamanda səyahət eləmək, kosmosda səyahət eləməkdir. Məkan ayrılığını bərabərləşdirərək.
- Yəni, gələcəkdə bizi kosmoslular işğal edəcək?
- Xeyr.
- Elə isə, sən bir insansan…
- Təkamül keçirmiş nəvənizəm.
- Yəni, sən bizdən təkmilləşmisən?
- Hə.
- Yaxşı, bəs indi burada nə edirsən?
- Müşahidə edirəm. Çünki bütün sübutlar yox oldu.
- Necə yox oldu?
- Nüvə… müharibəsi. Az sayda xilas olanlar oldu. Bizim atalarımız.
- Yaxşı. İndi sənin dövrünə diqqətimizi cəmləyək.
- Mənim dövrümdəki ixtiraları anlamaz, yaxud qəbul edə bilməzsiniz.
- Yoxla məni.
- Kainatın qaynağının, “həyat” adlandırılan anlayışın yaradılışının nə olduğunu bilirik.
- Yəni, həyatın mənasını bilirsiniz?
- Mənasını deyil, yaradılışını.
- Fərqi nədir?
- Anlam nisbi bir şeydir. Yaradılış isə obyektiv gerçəklik.
- Yəni, sən kainatın necə yaradıldığını bilirsən?
- Hə.
- Yəni, Tanrını görmüsən?
- Batil inanclara olan ehtiyacımızdan təkamül keçirdik. Tanrıya və digər miflərə olan ehtiyacımızdan…
- Yaxşı, aydınlaşdır bizi. Öləndə bizə nə olacaq?
- İnsan ölümü beynində yaradır. Ölüm deyə bir anlayış yoxdur. Həyat adlandırılan şeyin hər anını təcrübədən keçirəcəksən. Sən, mən, o… Hamımız eyni canlının mərhələləriyik.
Söhbətin ardını bilmək üçün videonu izləyə bilərsiniz:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?