SIRIUS UFO və Kosmos Elmləri Mərkəzinin rəhbəri Haktan Akdoğan, amerikalı alim Boyd Bushmanın yadplanetlilərin varlığıyla bağlı olan fikirlərini dəstəkləyib. Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Haktan Akdoğan, Bushmanın özünə aid 27 patenti əlində saxladığını ifadə edib. Onun sözlərinə görə, 15 il öncə 51 müxtəlif bölgədə çalışan alimlər Bushmanla əlaqə saxlayıblar: “Yadplanetlilər insanlardan gizlədilir. “Area 51”-də 18 yadplanetli var. Bushmana yadplanetlilərin şəkillərini göstəriblər. Əllərində olan hər şeyi ona göstəriblər. Bushman haqlıdır."
Qeyd edək ki, amerikalı alim Boyd Bushman ölmədən əvvəl yadplanetlilərə aid olduğunu iddia etdiyi şəkilləri göstərib. ABŞ-ın Nevada əyalətində yerləşən və çox gizli bir layihə olan “Area 51”-də çalışmış Bushman, iki fərqli yadplanetli tipiylə qarşılaşdığını deyib. Bushman, bir qrup yadplanetlinin dünyalılara daha yaxın olduğunu digər qrupun isə daha düşməncə yanaşdığı fikrini irəli sürüb. Busman, Quintumnia planetindən gələn və 230 il yaşayan yadplanetlilərin boylarının bir metr yarım və barmaqlarının insanlarınkından 30 faiz daha uzun olduğunu deyib.
Sorğu
Yeni dizaynımız necədir?