GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

Tarix: 28-02-2017, 23:58 Bölmə :Maraqlı Baxış: 1 918
“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu (SIPRI) 2015-2016-ci illərdə Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib.

Qeyd olunur ki, Azərbaycan ötən il İsraildən OPV-62 gözətçi gəmiləri, havadan patrul xidməti üçün Orbiter-1K sursatı, “Barak-8” zenit-raket kompleksləri, EL/M-2080 “Green Pine” hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, Spike-NLOS unikal raketləri, EL/M-2288 AD-STAR radarları, “Harop” hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, “SandCat” zirehli avtomobilləri satın alıb.

Hesabatda o da bildirilir ki, Azərbaycan 2016-cı ildə İsrailə “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib.

Bəs, “Dəmir günbəz” müdafiə sistemlərinin təyinatı, parametrləri nədən ibarətdir? Kompleksin qiyməti nə qədərdir? İndiyədək hansı əməliyyatlarda istifadə edilib? “Dəmir günbəz” neçə ölkənin silahlanmasına daxil edilib?

gundemxeber.az Teleqraf.com-un bununla bağlı hazırladığı araşdırmanı təqdim edir:

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

“Dəmir günbəz” hava hücümundan taktiki müdafiə sistemi 4-70 kilometr məsafədə uçan idarəolunmayan taktiki raketlərdən müdafiə olunmaq üçün nəzərdə tutulub. İsrailin “Rafael” kompaniyası tərəfindən istehsal olunub. Hər batareya 150 kvadrat kilometrlik ərazini müdafiə etmək imkanına malikdir. İlk batareya döyüş növbəsinə 2011-ci ilin martında daxil edilib. 2014-cü ilin iyulunda bütün İsrail ərazisində döyüş növbəsinə 9 batareya cəlb olunub. 2014-cü ilin sonunadək “Dəmir günbəz” batareyaları 1200 raketi məhv etməyə müvəffəq olub.

“Dəmir günbəz” necə yarandı?

3 avqust 2005-ci ildə İsrail Müdafiə Nazirliyinin araşdırma və tədqiqat idarəsinin (MAFAT) rəisi, general-mayor Daniel Qold “Dəmir günbəz” proqramı ilə bağlı qərar qəbul edir. Proqram “Dəmir günbəz” sisteminin araşdırılmasını və onun imkanlarının nümayişini nəzərdə tuturdu. 2006-cı ilin fevralında sözügedən proqramın hazırlanması üzərində iş başa çatdırılır. Həmin ilin avqustun 27-də müdafiə naziri Amir Perets “Dəmir günbəz”i “vacib layihə” adlandırır, proqramın inkişafını “fövqəladə proqram” kimi xarakterizə edərək onun icrası üzərində işi sürətləndirməyi tapşırır. Noyabr ayında MAFAT layihəni “Rafael” kompaniyasına həvalə edir və onun genişmiqyaslı icrası istiqamətində şirkətə tapşırıq verir. “Dəmir günbəz” 2007-ci ilin fevralında İsrailin baş naziri Ehud Olmertə təqdim olunur və baş nazir sistemi “qaçılması mümkün olmayan nəsnə” adlandırır

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

3 iyul 2007-ci ildə müdafiə naziri Ehud Barak “Dəmir günbəz” sisteminin istehsal olunmasını təsdiqləyir. 1 yanvar 2008-ci ildə proqram üzərində iş başa çatdırılır.

Hal-hazırda layihənin konstruktoru və istehsalçısı “Rafael” konserni və İsrail Aerokosmik Sənayesidir (Israel Aerospace Industries – IAI). Qeyd edək ki, sonuncu qurum dövlət təşkilatıdır.

Sınaqdan çıxarılma

2007-c ilin yanvarında “Dəmir günbəz” HƏMAS tərəfindən İsrail ərazisinə atılan “Kassam” raketlərini və 122 millimetrlik “Qrad” mərmilərini uğurla məhv edir. 2009-cu ildə İsrail Müdafiə Nazirliyi “Dəmir günbəz”lərdən ibarət hava hücumundan müdafiə divizionu formalaşdırdığını açıqlayır. Divizion Qəzza sektoru və Livanla sərhəddə yerləşdirilir. Bununla belə sistem döyüş növbəsinə yalnız 2011-ci ilin martında qəbul olunur.

2017-c ilin fevralında İsrail Müdafiə Nazirliyi və “Rafael” konserni “Dəmir günbəz”in növbəti dəfə modernləşdirilməsindən sonra onun sınağını keçirirlər. Əvvəlcə sistemlə birgə ilk dəfə olaraq İsrail və ABŞ-ın ortaq istehsalı olan “Tamir” raketləri də sınaqdan çıxarılır. Daha sonra sınaq zamanı “Dəmir günbəz”in eyni vaxtda və qısa intervalla müxtəlif atəş nöqtələrindən buraxılan müxtəlif növ raketləri məhv edə bilməsi yoxlanılır. Sınağın nəticələri qənaətbəxş hesab olunur.

Batareyanın tərkibi

“Dəmir günbəz” batareyaları üç hissədən ibarətdir. Çoxməqsədli radiolokasiya stansiyasının məqsədi buraxılmış raketlərin dəqiq yerini, məqsədini və uçuş trayektoriyasını müəyyən etməkdir.

Atəşin idarəetmə mərkəzində raketlərin müəyyənləşdirilməsi yeri ilə onun buraxılması anı müəyyənləşdirilir. Bu, təxminən bir neçə saniyə çəkir. “Tamir” raketləri anındaca havaya qalxıb hədəfi məhv edir.

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

Nəhayət, “Dəmir günbəz” kompleksinin “Tamir” raketləri. Raketlərin uzunluğu 3 metr, diametri 160 millimetr, çəkisi 90 kiloqramdır. “Rafael” bildirir ki, “Dəmir günbəz” sistemi 10 kilometrədək hündürlükdə uçan təyyarələri də vurmağa qadirdir.

Müxtəlif qiymətləndirmələrə görə, bir batareyanın qiyməti 50-170 milyon dollar arasındadır. Bir “Tamir” raketinin qiyməti isə 20 min dollardır.

Effektivlik

2012-ci ilədək buraxılan hər raketin qiyməti 30-40 min dollar olub ki, bu zaman effektivlik 100 faiz olub. İsrail ordusunun adı açıqlanmayan polkovniki “Ediot Axronot” qəzetinə müsahibəsində İkinci Livan müharibəsi zamanı (2007-ci il) İsrail ərazisindən 4000 raket buraxıldığını bildirib. O qeyd edib ki, bu zaman maddi itkilər 1,5 milyard dollar təşkil edib. Ancaq “Dəmir günbəz”in sayəsində bu xərc 50-100 milyon dollara enib.

Hansı hərbi əməliyyatlarda istifadə olunub?

“Dəmir günbəz”dən ilk dəfə 2006-cı ilin iyunundan başlayan və bugünədək davam edən Qəzza sektorundakı hərbi əməliyyatlarda istifadə olunur. Bundan başqa “Dəmir günbəz” 2012-ci ilin noyabrın 14-21-də İsrailin həyata keçirdiyi “Bulud dirəyi” və 2014-cü ilin 7 iyul-26 avqustda həyata keçirdiyi “Sarsılmaz qaya” əməliyyatlarında uğurla sınaqdan çıxarılıb.

İxrac

İnternet məlumatlarına əsasən deyə bilərik ki, hal-hazırda “Dəmir günbəz” iki ölkənin silahlanmasına daxil edilib. Bunlardan biri təbii ki, sistemin istehsalçı ölkəsi İsrail, digəri Sinqapurdur.

Digər bir məlumata görə, Koreya Respublikasının silah təchizatı komissiyasının sədri 2011-ci ildə İsrailə səfəri zamanı bu sistemlə maraqlandıqlarını bəyan edib. İki ölkə arasında bu istiqamətdə danışıqlar 2012-ci ildə aktiv şəkildə davam etdirilib. Ancaq Koreya Respublikasının bu sistemi alıb-almadığına dair dəqiq informasiya yoxdur.

2011-ci ilin dekabr-yanvar aylarında ABŞ quru qoşunlarının silahlanmasına İraq və Əfqanıstandakı bazaları qorumaq üçün hava hücumundan müdafiə sisteminin daxil edilməsi barədə qərar qəbul olunur. Gözlənilirdi ki, bu sistem “Dəmir günbəz” olacaq. 2014-cü ilin payızında test üçün bir batareyanın alınmasına dair qərar qəbul olundu.

“Dəmir günbəz”in alınmasına dair İsraillə müqavilə imzalayan azsaylı ölkələrdən biri də Azərbaycandır. Sözügedən müqavilə 2013-cü ildə imzalanıb. 2016-cı ilin oktyabr ayının əvvəli üçün sistem Azərbaycana çatdırılması üçün hazır vəziyyətdədir.

“Dəmir günbəz” 10 “İsgəndər”in 9-nu məhv edəcək”

Qeyd edək ki, 2016-cı ilin sentyabrın 26-da İrəvanda keçirilən hərbi paradda Rusiyanın “İsgəndər” raket kompleksi nümayiş etdirilib. Bunun ardınca Azərbaycanın İsraildən “Dəmir günbəz” sistemi almasına dair məlumatlar yayılıb. Bu fakt ölkəmizin “Dəmir günbəz”i almasında əsas məqsədinin “İsgəndər”i zərərsizləşdirmək olduğunu açıq-aşkar ortaya qoyur.

“İsgəndər”i məhv edən İsrailin mükəmməl silahı – “Dəmir günbəz” (Araşdırma)

Hərbi ekspert Azad İsazadə Teleqraf.com-a bildirib ki, “Dəmir günbəz” qoruduğu əraziyə gələn bütün növ hava hədəflərinə, o cümlədən “İsgəndər” raketlərinə qarşı istifadə oluna bilər.

“Dəmir günbəz” havada sanki qalxan yaradır və qoruduğu əraziyə heç nə keçə bilmir”, deyən A.İsazadə “İsgəndər”in əvvəlki sistemlərdən çox da fərqlənmədiyini vurğulayıb.

Onun sözlərinə görə, fərq yalnız yüksək sürət və radiusdadır, yəni, “İsgəndər” daha uzağa gedə bilməsi ilə fərqlənir:

“Əvvəlki nəsil raketlərdən fərqli olaraq “İsgəndər”in məsafəsi daha uzaqdır. “İsgəndər” özü çox da təhlükəli raket deyil. Onun təhlükəsi nüvə silahı daşımaq imkanının olmasındadır. Nüvə silahı daşıdıqda, “İsgəndər” doğrudan da çox güclü, təhlükəli silaha çevrilə bilər. Amma aydındır ki, Ermənistanda bu silah olsa da, heç kim İrəvana nüvə silahı satası deyil. Digər vaxtlarda “İsgəndər” tutaq ki, hansısa binaya düşsə, həmin binanı partlada, yaxud zərər verə bilər”.

Ekspert qeyd edib ki, “Dəmir günbəz” “İsgəndər” raketlərini birmənalı olaraq havada tutub zərərsizləşdirə bilər:

“Sadəcə, sözsüz ki, söhbət saydan gedir. Birdən-birə 10 raket buraxılsa, “Dəmir günbəz” onlardan ən azı doqquzunu vuracaq. Amma həmişə risk var ki, hansısa bir raket keçə bilər. Amma birdən-birə 10 raketi buraxmaq üçün 3 batareya olmalıdır. Hətta, “Dəmir günbəz” “Hizbullah”ın İsrailə qarşı istifadə etdiyi daha köhnə modifikasiyalı “Skad” raketlərinin çoxunu – 99 faizini havada zərərsizləşdirmişdi, ancaq bir-ikisi hansısa boşluğa düşmüşdü. Amma böyük ziyan vurma bilməmişdi”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ilə vurur

    Komandan: Azərbaycan düşmən pilotsuzlarını “Buk” ...

    7-09-2015, 17:38

  • 
  • Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid edir (Video)

    Rus “İsgəndər”ləri Avropanı və Azərbaycanı təhdid ...

    16-12-2013, 01:35

  • 
  • Rusiya Ermənistana "İsgəndər-M" raketləri verdiyini təsdiqlədi

    Rusiya Ermənistana "İsgəndər-M" ...

    19-09-2016, 12:10

  • 
  • Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi

    Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi ...

    6-09-2015, 12:45

  • 
  • Rusiya İrana S-300 raketləri satmağa başladı

    Rusiya İrana S-300 raketləri satmağa başladı ...

    23-11-2015, 20:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu