GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Oğru dünyası”nda istifadə olunan sözlərin — İNANILMAZ MƏNALARI

“Oğru dünyası”nda istifadə olunan sözlərin — İNANILMAZ MƏNALARI

Tarix: 6-03-2017, 00:53 Bölmə :Maraqlı Baxış: 465
“Oğru dünyası”nda istifadə olunan sözlərin — İNANILMAZ MƏNALARI

2017-ci il Xoruz ilidir və artıq hər kəs bu ildən danışır. Kimisi düşərli olub-olmayacağından, kimisi də Xoruzun dalaşqan olmasından bəhs edir. Lakin ən maraqlı məqam həbsxanada Xoruz ilinin necə qarşılanacağıdır. Axı Xoruzun adı cinayət aləminin jarqonunda o qədər də yaxşı səslənmir. “Petux”: rus dilində bu, Xoruz deməkdir. Amma cinayət aləmində, xüsusilə post-sovet məkanındakı həbsxanalarda bu ifadə ən alçaq söz olaraq qəbul olunur.
Ccinayət aləminin tədqiqatçısı “Fima Jiqanes” təxəllüsü ilə tanınan Aleksandr Sidorovun bu haqda fikirlərini təqdim edirik:

“Qanuni oğrular” Xoruzu niyə sevmir?
A.Sidorov deyir ki, keçi (kozyol) həbsxanada mənfi qarşılanır, Xoruz isə ümumiyyətlə söyüş mənasındadır: “Keçi ilə bağlı məsələ qismən aydındır: bu üfunətli heyvandır, uzun buynuzları var və dustaqlar arasında həmişə biabırçı bir şeyi ifadə edir. Əvvəllər passiv homoseksualları keçi adlandırardılar. Xüsusilə ötən əsrin 60-70-ci illərində belə idi. Bəs xoruz (rus dilində petux) niyə mənfi qarşılanır? Axı bu quş növü folklorda müsbət obrazdır. Amma artıq uzun müddətdir ki, həbsxanalarda passiv homoseksualları bu quşun adı ilə çağırırlar. Yeri gəlmişkən bu gün həbsxanalarda “xoruz” (petux) sözünün sinonimi var. Bu “pinç”dir. Bu ifadə hələ 1943-cü ildə İqor Mixaylovun “Aska” poemasında işlənir”.
Cinayət jarqonuna sözlər necə daxil olur?
A.Sidorovun sözlərinə görə, həbsxana jarqonu müəyyən dəyişikliklərə məruz qalmış unikal söz toplusudur: “Sovet hakimiyyətinin gəlişi ilə həbsxanalar ziyalılar, zabitlər, tacirlər, keşişlər, kəndlilər və bu kimi müxtəlif təbəqənin insanları ilə doldu. Beləliklə, cinayət jarqonuna cəmiyyətin hər təbəqəsinin sözləri daxil oldu. Məsələn, “yüksüz vaqonları itələmək” sözü mənasız, boş danışmaqdır. Bu ifadəni həbsxanaya şaxtaçılar gətirib. “Volına” (tapança) sözü kazaklardan gəlmədir. “Jiqan” sözü “yandırmaq”, “yanmaq”, yaxud “hiss etməklə” bağlıdır. “Jiqan” sözünü əvvəlcə ocaqçılara, araqçəkənlərə, ümumiyyətlə hisə batmışlara deyirdilər. Daha sonra bu söz qəddar insanlara, fırıldaqçılara, dələduzlara deyildi. Çar Rusiyanın cinayət aləmində jiqanlara çox hörmət edirdilər”.
“Adaxlı”, “müftə”, “talvar”
A.Sidorov deyir ki, bəzən xarici sözlər də cinayət jarqonuna daxil edilib.
“Misal üçün, “müftə” (xalyava) sözü Polşadan alınma sözdür. Müftə sözü burada çəkmənin boğazı mənasındadır. Fırıldaqçılar uzunboğazlı çəkmələr geyinir və bazarlarda gəzişirdilər. Fırıldaqçının biri tacirin fikrini yayndırır, o biri isə oğurladığı malı çəkmənin boğazından içəri atırdı. Bu söz müasir jarqonda “pulsuz”, “hədiyyə” mənasında işlənir. Digər alınma söz “Frayer”dir (almanca freier — adaxlı). Çar Rusiyasında bu dələduzluq edənlərə aid edilirdi. İki cinayətkardan biri digərini tora salır, o biri isə iş üstündə tutaraq, bütün pullarını alırdılar. Misal üçün, iki fahişədən biri zəngin cənabla yaxınlaşır, digəri isə onları ən vacib məqamda yaxalayaraq, qışqırmağa başlayırdı. Zəngin cənab isə biabır olmamaq üçün bütün pulunu verib geri çəkilirdi. Bu söz “xiçisnisey” sözü ilə də qarışdırılıb. Bu, yəhudilərin “xupa” sözündən götürülüb, mənası talvar deməkdir. Yəhudilərdə toy zamanı bəy və gəlin o talvara baş çəkərlər. Zaman keçdikcə “frayer” fahişəxanaların mötəbər ziyarətçilərinə deyilməyə başlandı, amma ümumiyyətlə axmaqlara, bəxtsizlərə bu söz aid edilirdi. SSRİ həbsxanalarında isə “frayer” siyasi məhbuslara aid edildi. Təcrübəli cinayətkarlar onlara nifrət edərdilər. Lakin 1960-80-ci illərdə siyasi dustaqlara hörmət edilməyə başlandı. Onlara inamları və möhkəm olduqları üçün hörmət edilirdi. Bu həm də cinayət aləmində anti-kommunist mövqedən də irəli gəlirdi”, — deyə ekspert diqqətə çatdırıb.
Tac qoyma və dindirilmə: nələr, niyə dəyişdirildi?
Tədqiqatçı vurğulayır ki, artıq “oğru dünyası”nda tac qoyma ənənələri də dəyişib: “Vaxtilə tac qoyardılar və xaç suyuna salardılar. Misal üçün Ded Hasan yeziddir, ona tac qoyarkən xaç suyuna da salıblar. İndi mübahisələrin düşməməsi üçün tac qoyma və xaç suyuna salmanı ayırıblar. Hazırda sadəcə danışırlar: Filan insana bu məsələyə görə verildi. Hər şey sadələşib. Daha bir maraqlı məqam isə odur ki, “qanuni oğru” bütün suallara doğru cavab verməlidir, hətta polisin dindirməsi zamanı da. Bu isə onun cinayəti faktiki etiraf etməsi deməkdir. Lakin indi bir qədər vəziyyət dəyişib. Çünki bu ənənələr onların ziyanına işləyir. Bəs belə vəziyyətlərdə nə edilməlidir? Misal üçün, Şarko Maladoy tutulandan sonra ümumiyyətlə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət saxlamaqdan imtina etdi. Bəzi “qanuni oğrular” isə fərqli davranırlar. Misal üçün, onlar polisin sualına “mən öz yanımdayam” cavabını verirlər. Bu, oğruların yanında olmaq deməkdir. Bu söhbəti sadəcə anlamaq lazımdır”.
Rusiya cinayət aləminə yəhudi təsiri
A.Sidokov Rusiya cinayət jarqonunun yəhudilərdən daha çox söz aldığını deyir: “Bu, əsasən Odessada olan yəhudilərdən gələn sözlərdir. Rusiyada iki əsas oğru mərkəzi var idi: yəhudi Rostovu və Odessa. Əslində hər iki şəhər yəhudilərin oturaq həyat tərzi sürdüyü yerdir. Minsk və Kiyevə nisbətdə Rostovda yəhudilər çox yaşayırdı. Onların 60-70 faizi oğru jarqonundan istifadə edənlərdir. Lakin yəhudilərdən alınma sözlər qarışıqdır. Misal üçün, həbsxana kamerasında ayaqyoluna deyilən “paraşa” sözünün yəhudilərdən gəldiyi bildirilir. Əslində isə hər şey çox sadədir: 27 oktyabrda payızın cümə günü – “Pinti Paraskeva” keçirilir. Həmin vaxt adətən yağışlar yağır və hər yer palçıq olur. Buna qısa olaraq “Paraşa” deyirlər, yəni pinti, çirkli mənasında. Həmçinin, “botat” sözündə də yəhudi kökü axtarmaq tamamilə doğru olmaz. Keçmişdə inəyin boynuna zınqırov asardılar və buna “botat”, yəni guruldamaq, cingilləmək deyilərdi”.
Şərqdən alınma söz
Ekspert vurğulayır ki, cinayət jarqonuna Şərqdən gələn sözlər də daxil olub.
“Onlardan biri “şmonat”dır. Bunun kökü türklərin axtarmaq, silkələmək sözünə gedib çıxır. Cinayət aləmində mənası qarət etmək deməkdir”, — deyə o bildirib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq?

    Xoruz ili hansı zodiak illəri üçün düşərli olacaq? ...

    12-12-2016, 21:55

  • 
  • Obamanın qızına elçi düşdü - 70 qoyun, 50 inək, 30 keçi təklif etdi

    Obamanın qızına elçi düşdü - 70 qoyun, 50 inək, ...

    27-05-2015, 12:40

  • 
  • “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada

    “Qanuni oğru” titulundan imtina etdi - Həbsxanada ...

    6-11-2013, 17:31

  • 
  • Qoca kişi keçi ilə evlənəcək - FOTO

    Qoca kişi keçi ilə evlənəcək - FOTO ...

    16-10-2015, 12:27

  • 
  • Pitbulla baş başa gələn xoroz!

    Pitbulla baş başa gələn xoroz! ...

    2-07-2013, 00:32


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu