ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) hər kəsi televizordan izləyir.
Bu sirri “Vikiliks” açıqlayıb. “Vikiliks” “Vailt 7” kod adı altında CİA haqda 8 min 761 məxfi sənədi açıqlayıb. Məxfi sənədlər arasında ən diqqət çəkən CİA-nın “Smart” televizor və telefonlar vasitəsilə insanları izləməsidir. Hazırda əksər evdə “Smart” televizor və telefonlar olduğunu nəzərə alsaq, hesab etmək olar ki, CİA hamını izləyə bilir. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu tipli texnologiyalar asanlıqla həyata keçirilir. Azərbaycanın inkişaf etməkdə olan ölkə olduğunu nəzərə alsaq, bizim də eyni təhlükə ilə üz-üzə olduğumuz aydın olur. “Vikiliks” yazır ki, CİA tətbiq etdiyi proqramla Vindovs, Android, iOS, OSX və Linux tipli kompüterlərə də sıza bilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?