Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyində üçüncü katib vəzifəsində işləyən, Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agenti olan Ryan Kristofer Foql cinayət başında yaxalanıb. Türkiyə KİV-lərinə istinadən xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu şəxs haqqında ələ keçirilən sənədləri və fotoları yayımlayıb. R.K.Foqlun görüntüləri mediaya da təqdim olunub. Rusiya kəşfiyyat idarəsinin əməkdaşına Amerikaya işləmək üçün təklif edən zaman ələ keçən agentin üzərində axtarış aparılarkən, bu təklifin yazılı forması da tapılıb. Rusiya mətbuatında yayımlanan mətndə qeyd edildiyinə görə, CİA agenti həmin əməkdaşa əvvəlcə 100 min dollar, daha sonra isə hər il üçün 1 milyon dollar ödəmək istəyib. Üstəlik əlavə məlumatlar üçün bonuslar olacağını da vəd edib. Rusiya Xarici İşlər Nazirliyi ələ keçən CİA agenti Ryan Kristofer Foqlu “persona non grata” – arzuolunmayan şəxs elan edib və qısa müddətdə ölkəni tərk etməsini tələb edib. FSB-də ifadə verən Foqlun Amerika səfirliyinə təhvil verildiyi məlum olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?