"Qaçqınkom" sədrinin ölkənin ikinci vəzifəli adamına çevriləcəyi bildirilir Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova daha böyük vəzifə veriləcək.Avropa.info-nun əldə etdiyi məlumata görə, yaxın zamanlarda baş nazirin müavini faktiki olaraq ölkənin ikinci vəzifəli adamına çevriləcək. Əli Həsənov belə bir posta ilk repitisiyasını isə Heydər Əliyevin 90 illik yubleyi ərəfəsində edib. Qeyd edək ki, əgər öncəki illərdə mərhum prezident Heydər Əliyevin ad günü ilə bağlı keçirilən tədbirlər əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçrilirdisəbu il vəziyyət tamamilə fərqli oldu.Əvəzində isə Əli Həsənov tədbirin təşkilatçısı qismində səhnəyə çıxdı və bir çox ittihamları ilə də yadda qaldı. Gələcək vəzifəsi naminə fəallıq göstərən Əli Həsənov repitisiya dövründə daha çox ölkədaxili ictimai-siyasi vəziyyət, seçkiöncəsi vəziyyət və hakimiyyətdə təmsil olunan bəzi kadrları vurmaq istiqamətində verdiyi bəyanatlarıyla gündəmə gəldi. Onun 2003-cü il prezident seçkilərinin indiki hakimiyyət üçün ən qorxulu və çətin bir seçki olduğunu, eyni hakimiyyətdə təmsil olunan yüksək rütbəli şəxslərin əksəriyyətinin “ayaqlarının” başqa bir yerdə olması ilə bağlı verilən bəyanatların arxasında həmən “dönüklərdən” qurtulmağın vaxtının çatmasına işarə olduğu bildirilir. Baş nazirin müavinin arxasınca millət vəkili Zeynəb Xanlarovanın, Arif Rəhimzadənin, Sirus Təbrizlinin buna oxşar bəyanatlar verməsi bu prosesə dəstək məqsədi daşıdığı kimi dəyərləndirilir. Belə ki, bu şəxslərin Heydər Əliyev ideyalarına sadiq olmayan və dönük şıxan şəxslərin hələ də yüksək vəzifələr tutması barədə verdikləri bəyanatlar öz vəzifəsi ilə vidalaşacaq şəxslərə ünvanlandığı qeyd olunur. Əldə etdiyimiz məlumata görə, “Qaçqınkom” rəhbərinin daha böyük vəzifəyə gətirilməsində əsas prinsip kimi onun yaşı, Heydər Əliyevə və bugünkü hakimiyyətə, xüsusən də İlham Əliyevə və Mehriban Əliyevaya sadiqliyi əsas götürülüb. Həsənov son çıxışlarında verdiyi bəyanatlarında da bu prinsiplərə sadiq qalacağı və Əliyevlər ailəsinin siyasətçilər ailəsinin olduğunu, ölkənin inkişafında dövlət başçısına ölkənin birinci xanımının və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini önə çəkməsi bunun bariz göstəricisidir. Rasim
Sorğu
Yeni dizaynımız necədir?