Azərbaycanlı hakerlər ABŞ-dakı güclü erməni diaspor təşkilatı olan Amerika Erməni Assambleyasının saytına hücum edərək dağıdıb, orada Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.
Bu haqda ABŞ-da nəşr edilən erməni qəzeti “Massis Post” yazır. Hücumu “Anti-armenia Team” haker qrupuna daxil olan və özlərini “The Conficker” adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.
Hücumdan dərhal sonra Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib və kiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər “genosid məsələlərini” araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?