Daimi olaraq 40 yaşdan etibarən müayinədən keçmək faydalıdır. Keçmişdə 50 yaşdan sonra nizamlı olaraq təklif edilən kolonoskopi analizləri, 45 yaşdan sonra bağırsaq xərçəngi riski başlaması səbəbi ilə bir çox Amerika təşkilatı tərəfindən 40 yaşdan sonra edilməyə başlanmışdır.
Bəs bağırsaq xərçəngindən necə qorunmaq olar?
gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, qıdalanmada bol miqdarda paxlalılar, tərəvəz, meyvə, süd və sarımsaq istehlak edilməsi, həddindən artıq yağlı qidaların məhdudlaşdırılması və qırmızı ət istehlakının ən çox bir ovuc böyüklüyünə qədər məhdudlaşdırılması, bağırsaq xərçəngindən qorunmada çox əhəmiyyətlidir. Tərəvəz, meyvə və lifli qidaların istehlakının azalması ilə birlikdə, bağırsaq xərçəngi riskinin artdığı məlumdur. 2006-cı ildə Fransada 67312 insan üzərində həyata keçirilən araşdırmada qırmızı ətdən zəngin tip pəhrizlə qidalanan və spirtli içki istehlak edən kəslərdə, bağırsaq xərçəngi riskinin artdığı müəyyən olunmuşdur. Bir çox araşdırmada ifadə edildiyi kimi, bağırsaq xərçənginin 50% əsas səbəbi pəhriz və həyat şəklinin düzgün qurulmadığı olunduğundan, alınacaq tədbirlər daha da əhəmiyyətli hala gəlmişdir. Bağırsaq xərçəngindən qorunmanın digər yolu bağırsaqda iştirak edən faydalı bakteriyaları artıraraq, ağartı məhsullarının istehlak edilməsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?