Ağacın meyvələrindən nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və digər xəstəliklərinin müalicəsində istifadə edilir
Azərbaycan Lənkəran rayonunun Bürcəli kənd sakini Nizam Cabbarovun şəxsi həyətyanı təsərrüfatında yetişdirilən konfet ağacı növbəti dəfə bar verib. Ömrünün 59-cu baharını yaşayan Nizam Cabbarov 35 ildir ki, bağbanlıqla məşğul olur.
Ötən əsrin 80-ci illərində Lənkərana gətirilən konfet ağacının toxumlarını bazardan alan Nizami Cabbarov onu həyətyanı sahəsində əkərək çoxaldıb. Hazırda bağbanın həyətində onlarla konfet ağacı var.
Vətəni Yaponiya, Çin, Hindistan və Koreya olan konfet ağacının çiçəklənmə dövrü digər meyvə ağaclarından fərli olaraq daha gec başlayır və ağac oktyabr-noyabr aylarında bar verməyə başlayır.
Konfet ağacının meyvələrindən təkcə çərəz kimi deyil, həm də dərman vasitəsi kimi istifadə olunur. Bu meyvələrin tərkibində insan orqanizmi üçün xeyli miqdarda faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza, kaliumnitrat var.
Ağacın meyvələrindən, həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq, öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində də istifadə edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?