10 ildən artıqdır ki, "Facebook" həyatımızın ayrılmaz parçasına çevrilib. Az qala hər gün yenilənən, inkişaf edən bu sosial şəbəkə ilə bağlı biliklərimizin artırılması da vacib şərtə çevrilir. Ən azı bunu öz rahatlığımız üçün etməliyik.
gundemxeber.az lent.az-a istinadən təhlükəsizlik naminə özünüzlə bağlı silinməsi lazım olan 10 məlumatı diqqətinizə çatdırır.
1. Telefon nömrəsi
Bir çox yöndən vacibdir. Sizin haqqınızda asanlıqla məlumat toplanmasına şərait yaradar. Hələ zəng vurub narahat edən, mesaj yazan avaralardan danışmırıq.
2. Doğum günü
İlk baxışdan dostlarla ad günü ləzzəti çıxarmağa mane olar deyə bu məsləhəti gözardı edə bilərsiniz. Amma unutmayın, sizin ən gizli hesablarınıza gedən yollardan biri də doğum tarixinizdir.
3. Dostlarınızın bir qismi
Oksford Universitetinin psixoloqu, professor Robert Dunbara görə, bir insanın normal ünsiyyət qura biləcəyi maksimum insan sayı 150-dir. Təbii ki, dostlarınızı 150-yə endirin demirik, amma hər halda siyahını vaxtaşırı gözdən keçirməyiniz pis olmaz.
4. Uşaq fotoları
Öz uşaqlıq fotolarınızı yaymaqda tamamilə azadsınız, ancaq dost və qohumlarınızın uşaqlarının fotolarını yaymamaq şiddətlə tövsiyə olunur. Həmin şəxslər gələcəkdə uşaqlıq fotolarının internetdə görünməsini istəməyə bilər və belə olan təqdirdə siz onların hüquqlarını pozmuş olursunuz.
5. Məkan qeydi
Xüsusən evdə olduğunuz zaman sosial şəbəkəyə yansıyan məkan məlumatlarınızı təmizləyin. Yəqin ki, ev ünvanınızın çoxsaylı insanlar tərəfindən bilinməsi sizin üçün xoş deyil. Bunun ilk başdan ağıla gəlməyən böyük problemləri çıxa bilər.
6. Uşaqların məktəb və bağça ünvanları
Xüsusən qarışıq şəhərlərdə yaşayırsınızsa. Nə lazım?
7. Evlilik vəziyyəti
Əlbəttə qeyd etmisinizsə silməyin. Yox yerdən narahatlığa ehtiyac yoxdur. Amma qeyd etməmisinizsə, heç vaxt etməyin. Çünki ayrıldığınız vaxt onu silmək sizə əzab verəcək.
8. Kredit kartları bilgiləri
Bu məlumatları heç yerdə vermək olmaz. O cümlədən də "Facebook"da.
9. Tətillə bağlı hər şey
Unutmayın, evinizin boş olduğunu oğruların diqqətinə çatdırırsınız.
10. Rəhbəriniz
Xəstəyəm deyib işə gəlməyən gün "Facebook"da çıxardığınız oyunlar bir yana, emosional vaxtı yazdığınız bəzi status və şərhlər karyeranızda problem yarada bilər.
Təbii, belə xasiyyətiniz yoxdursa, rəhbərlə dostluq sizə yalnız zövq verə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?