Yaxın vaxtlarda Ordumuzda düşmən tərəfdən casusluğa cəlb olunan zabitlərin aşkar olunaraq saxlanılması haqda rəsmi məlumat verildi. Hamı bu faktı heyrət və qəzəblə qarşıladı və bu çox təbiidir. Amma mətbuatda verilən şərh və açıqlamaların əksəriyyəti bu faktın mahiyyətinə varmadan , tələsik, bəzən sensasiya xatirinə, bəzən də fantaziyalar çərçivəsində qiymətləndirildi. Əsil həqiqətsə budur ki, bütün dünya ordularının tarixində və elə bu günündə də bu cür fəaliyyətə xüsusi önəm verilir və düşmənə qalib gəlməyin ən vacib üsullarından biri olaraq dəyərləndirilir. Əks tərəfdə casusların hazırlanması o qədər də bəsit görünən bir proses deyil. Məsələn, böyük məbləğdə pul verdin, kimisə istənilən tapşırığın icrasına cəlb etdin, yanaşması tamamilə yanlışdır. Həm də maddi mükafatlandırmaya əsaslanan casusluğa cəlb olunma prosesi ən sadə hesab olunur və o qədər də etibarlı sayılmır. Kiminsə, xüsusilə də ordu zabitinin hansısa konkret tapşırıqların icrasına, məlumatlar toplayıb əsk tərəfə ötürmə fəaliyyətinə cəlb olunması üzün sürən kəşfiyyat fəaliyyətindən, hazırlıqlardan ibarət kompleks tədbirlərin sayəsində mümkün olur. Bu işdə ön planda casusluğa cəlb olunan şəxsin mənəvi-psixoloji durumu təbii ki, ön planda durur və onun daha asan cəlb olunmasına münbit şərait yaradır. Müxtəlif ölkələrin xüsusi xidmət orqanları, kəşfiyyat qurumları tərəfindən həyata keçirilən casus əldə etmək prosesi demək olar ki, hər yerdə eyni prinsip və tələblərə əsaslanır. Əks tərəfdə casuslar xüsusilə müxtəlif tələlərə salınmaqla əldə olunur. Maddi mükafatlandırma, şantaj və kompromat hazırlamaqla, mənəvi-psixoloji və ya ideoloji cədətdən sarsıtmaq yolu ilə… Bu üsullar saysızdır və onların çoxu da məxfi saxlanıldığından biz onlardan xəbərsizik. Bir sözlə, bizim yalnız acı nəticəsini gördüyümüz və qəzəbləndiyimiz casusların aşkarlanması bütün ordularda olduğu kimi bizim ordunun da, onun kəşfiyyat və əks kəşfiyyat qurumlarının da fəaliyyətinin bir anıdır. Lap o vaxtı ilə baxıb sevdiyimiz “Baharın on yeddi anı” filmindəki kimi… Bu da bizim əsasən aprel döyüşləri ilə yadda qalan baharımızın bir anıdır…
Sorğu
Yeni dizaynımız necədir?