İngiltərədə aparılan bir araşdırmaya görə, 16-24 yaşındakı qadınların təxminən dörddə biri qolaltı və ayaq tüklərinə məhəl qoymur.
Telegraph qəzetinin dərc etdiyi bir araşdırmada deyilir ki, buna səbəb qadınların daha sağlam həyata üstünlük verməsi və ictimai qaydalara qarşı çıxmalarıdır. 16-24 yaşlı qadınlar arasında qolaltı tüklərini təmizləyən qadınların sayı 2013-ci ildə 95 faiz olduğu halda, 2016-cı ildə 77 faiz olub. Ayaqları təraş etmək, ya da tüklərin başqa yolla götürülməsi modası da qadınlar arasında getdikcə azalıb. 2013-cü ildə 92 faiz qadın ayaq tüklərini götürürdüsə, 2016-ci ildə bu, 85 faizə düşüb. Sektora yönəlik araşdırmalar göstərir ki, qadınlar üçün nəzərdə tutulan təraş məhsullarının satışları da 2015 və 2016-cı illər arasında 5 faiz azalıb. "Sağlam həyat" axını Mintel-in gözəllik və fərdi baxım araşdırmaları meneceri Roshida Xanom-a görə, yaşanan süqutunun səbəbi, qadınların "sağlam həyat" hərəkatini izləmələridir. Belə ki, təraş köpükləri kimi məhsulların dəriyə zərərli olduğunu düşünənlər təbii məhsullara yönəlir.
"Müstəqilləş" trendi Bundan başqa, qadınlar "Müstəqilləş" trendi isə ictimai qəbul edilmiş qaydalara çıxmağa da çalışır. Qolaltının təmiz olmasına ilk etiraz edən qadınlardan biri, 1999-cu ildə Notting Hill filminin təqdimetmə mərasiminə qoltuk tüklərini almadığını gəstərən Julia Roberts olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?