GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » ABŞ-ın keçmiş səfirinin agentlik dosyesi

ABŞ-ın keçmiş səfirinin agentlik dosyesi

Tarix: 10-12-2012, 14:50 Bölmə :Maraqlı Baxış: 904
ABŞ-ın keçmiş səfirinin agentlik dosyesi

Metyu Brayza haqqında şok faktlar «Gündəm xəbər»də

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Metyu Brayza (Matt J. Matthew Bryza) əslində uzun çətinlikdən sonra Azərbaycanda diplomatik fəaliyyətə başlaya bilmişdi. Və həmin ərəfədə bildirilirdi ki, Metyu Brayza Azərbaycanda sınaq dövründədir və onun səfirlik missiyasının birdəfəlik təsdiqlənməsi üçün bir illik vaxt verilib. Amma Brayza Azərbaycanda bir ildən artıq qala bilmədi.
Təbii ki, bu işdə Amerikadakı erməni lobbisinin müstəsna xidmətləri var. Elə buna görə də ABŞ-ın Azərbaycandakı sabiq səfiri xanım Enn Dörsinin görəvdən alınmasının üstündən iki il keçdikdən sonra Azərbaycanda yeni amerikalı diplomatik fəaliyyətə başlaya bildi. Buna qədərsə ABŞ-dakı güclü erməni təşkilatları Metyu Brayzanın Azərbaycana təyinatını əngəlləməkdə idilər.

Bir diplomatın müəmması

Nə baş verirdi? Nədən erməni lobbisi Metyu Brayzanın Azərbaycana təyinatına qarşı idilər? Hər halda, bu sualların cavabı bu vaxta qədər hamımızı düşündürüb. Və əksəriyyətimiz də bu qənaətə gəlmişik ki, Metyu Brayza Türkiyə vətəndaşı Zeyno Barana evli olduğundan erməni lobbisinin hədəfinə çevrilib.
Amma bu arqumentin zəifliyi barədə heç bir zaman düşünməmişik. Çünki Metyu Brayzanın nəinki evləndiyi qadının və hətta özünün belə türkəsilli olması belə heç nəyi dəyişməməli idi. Çünki Amerikanın dövlət siyasətində hansısa şəxsin etnik mənsubiyyəti yox, onun Amerika siyasətinə olan sədaqəti üstün götürülür. Digər yandan, tutalım Metyu Brayzanın özü belə türkdür. Bu zaman da dəyişən heç nə yoxdur. Ona görə ki, onun hansı səviyyədə türkpərəst və Azərbaycanpərəst olmasının ermənilərə heç bir aidiyyatı olmur. Çünki o, Amerikanı Ermənistandan yox, Azərbaycanda təmsil edir.
Əslində isə Metyu Brayzanın nə özü, nə də xanımı etnik baxımdan türk deyillər. Türkiyə vətəndaşı olan Zeyno Baran isə kürd əsillidir. Yəni belədə onun və həm də diplomat həyat yoldaşının bir türk düşməni olmaları lazımdır. Amma yuxarıda da vurğuladıq ki, ABŞ siyasətində etnik kimlik yox, ABŞ dövlətinə olan sədaqət mühüm faktordur.
O zaman ortaya yenə də həmin sual çıxır: Bəs nədən ermənilər Metyu Brayzanın Azərbaycana təyinatının əleyhinə idilər və bu təyinat iki ilə yaxın müddət ərzində yubandı, Metyu Brayza isə birdəfəlik yox, müvəqqəti olaraq səfir vəzifəsinə gətirildi? İş də bundadır və elə buna görə də araşdırmalar aparmaq qərarına gəldik.

Kimdir Metyu Brayza?

İlk öncə bu suala cavab verilməlidir. Və buradan məsələnin əsl mahiyyətini görmək mümkün olacaq. Polyak əsilli olan və hər zaman sadə geyinib, sadə görünməyə çalışan Metyu Brayza Amerikanın Stanford universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib. Fletçer Hüquq və Diplomatiya kollecində macistr təhsili alıb. Dörd dil bilir: rusca, polyakca, almanca və ispanca.
2007-ci ilin avqustunda hələ Stanford Universitetində təhsil alarkən tanış olduğu Zeynao Baranla evlənib. Və onun toy mərasimi İstanbulda baş tutub.
Zeynao Barana gəlincə isə onun Türkiyədə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) agentlərindən olduğunu hər kəs bilir. Stanford universitetinin iqtisadiyyat və beynəlxalq münasibətlər faklutəsinin məzunu olan Zeynao Baran türkiyəli məşhur iqtisadiyyat adamı Kamal Dərvişlə birgə Dünya Bankı qrupunda təmsil olunub. «CSİS», «Nixon» və «Neo Con Hudson»-da Türkiyə bürolarının rəhbəri olaraq çalışıb. Bildirək ki, Türkiyənin «Vətən» qəzetinin keçmiş sahibi Zəfər Baranın ögey qızı olan Zeyno Baran Amerika CİA-nın agenti olaraq Gürcüstan və Qırğızıstandakı məxməri inqilabların baş tutmasında müstəsna rol onyayıb.
Metyu Brayzaya gəlincə isə o, Azərbaycana səfir təyin olunana qədər böyük bir yol keçib.

Metyu Brayza ABŞ dərin dövlətinin adamıdır

Metyu Brayza ilə bağlı araşdırma apardığımız zaman çox ilginc faktlara rast gəldik. Məlum olur ki, ABŞ-ın Azərbaycandakı hazırki səfiri postunu tutan bu şəxs heç də sıradan birisi deyilmiş. Bu barədə böyük araşdırma aparmış Türkiyənin məşhur simalarından olan Ərol Bilbilik Metyu Brayzanın adının ABŞ dərin dövlətinin 33 əsas adamının siyahısında olduğunu iddia edir.
Haşiyə: Ərol Bilbilik kimdir? Bu haqda qısa məlumat verək. Ərol Bilbilik 1956-cı ildə Türkiyə Dəniz Hərb Məktəbindən məzun olub. Amerika Birləşmiş Ştatlarında «müdafiə idarəçiliyi» istiqaməti üzrə təhsil alıb. 1971-ci il 9 Mart hərəkatı zamanı həmin dövrdə Türkiyə dəniz qüvvələrində mayor rütbəsində təmsil olunurdu və o hərəkatdan sonra Türkiyə Dəniz Qüvvətləri Qərargahı ilə əlaqələri kəsilir. Həmin proseslər zamanı həbs olunan ərol Bilbilik «Zivərbəy köşkü» kimi tanınan hərbi həbsxanada ağır işgəncələr görüb. Qardaş Türkiyənin «Cümhuriyyət», «Aydınlıq», «Teori», «Yeni Həyat», «Geopolitika» və «Berfin Baharı» kimi mətbu orqanlarında müəllif araşdırma yazıları ilə çıxış edib və etməkdədir.
Ərol Bilbilik iddia edir ki, ABŞ-ın 21-ci əsrdəki dövlət siyasətini Dərin Dünya Dövlətinin 33 əsas adamı müəyyən və icra edir. Bu adamların sırsında isə Metyu Brayza da var. Bildirək ki, həmin siyahıda Azərbaycan vətəndaşlarının da «Qurdlar Vadisi Pusqu» filmindən bir obraz kimi tanıdığı Aron Feller (əslində Graham Edmund Fuller), Madlen Olbrayt, Bill Klinton, Zalmay B. Halilzad kimi ünlü simalar da yer alıb.
Ərol Bilbilik öz araşdırmalarında çox ilginc faktları da ortaya qoyur. Azərbaycan üçün daha vacib olanı isə təbii ki, Metyu Brayza ilə bağlı olanlardır.

Brayza təsadüfi seçilməyib

Gələk Brayzanın karyera yüksəlişi məsələsinə. Beləcə kifayət qədər hazırlıqlı olan Metyu Brayza 1989-91-ci illərdə ABŞ-ın Polşanın Ponzan şəhəridəki konsulluğunda və Varşavadakı səfirliyində yüksək vəzifə tutub. Brayza həmin illərdə Polşa xalqının Milli Müqavimət Hərəkatının yönləndirilməsinə istiqamət verən əsas fiqur kimi diqqətə gəlib. Yəni Lex Valensanın öncüllük etdiyi hərəkata əsas dəstək verən Amerikanı təmsil edən açıq simalardan birincisi olub. Metyu Brayza həmin illərdə eyni zamanda Polşa təhlükəsizlik xidmətlərinin fəaliyyətindən və regional siyasətdən də sorumlu olub.
Bir sözlə Polşadakı fəaliyyəti zamanı çox mühüm bir missiyanı öhdəsinə götürən Metyu Brayza əslində keçmiş SSrİ-nin Şərqi Avropadakı tənəzzülünün memarlarından biri hesab olunmaqdadır. Onun polyakca və rusca danışıq qabiliyyəti də fəaliyyətində yardımçı olub.
SSRİ dağılandan sonra isə artıq missiyası başa çatan Metyu Brayca ABŞ Xarici İşlər Nazirliyində Avropa və rusiya əlaqələri istiqamətində çalışıb və bu fəaliyyəti də 1991-ci ildən 1995-ci ilə qədərki dövrü əhatə edib.
1995-97-ci illərdə isə artıq yeni görəvə istiqamətləndirilən Metyu Brayza Amerikanın Rusiyadakı səfirliyinə təyinat alır. Və həmin illərdə ABŞ-ın Rusiyadakı səfiri Tomas Pikerinqin şəxsi müşaviri postunu tutur və bu postu ona Rusiya Dumasından, Rusiyanın Kommunist Partiyasının fəaliyyətindən, Dağıstan Respublikası və Cənubi Qafqaz Respublikalarından sorumlu olması məsuliyyətini yaradır. Yəni bu missiya ilə 2 il ərzində Metyu Brayza rusiyada fəaliyyət göstərir. Bu isə artıq polyak əsilli Amerika diplomatının Cənubi Qafqaz regionu ilə bağlı ilkin təmsları kimi qiymətləndirilir.
Nəhayətdə 1997-98-ci illərdə Metyu Brayza konkret olaraq Cənubi Qafqaz regionuna təhkim olunur. Həmin illərdə o, ABŞ-ın Qafqaz və Orta Asiya regionunda iqtisadiyyat və islahat proqramları üzrə sorumlu səfiri Riçard Morninqstarın şəxsi müşaviri vəzifəsini tutur.
2001-ci ilin aprel ayında isə Metyu Brayza Türkiyə, Yunanıstan, Kipr, Qafqaz, Orta Asiya və Xəzər enerji siyasətinə nəzarətdən sorumlu olan Beynəlxalq Təhlükəsizlik Şurasının direktoru vəzifəsinə gətirilir. Bu şuranın isə hansı missiyanı daşıdığını artıq Azərbaycanda həri kəs bilir. Buna qədərsə, yəni 1998-ci ilin iyun ayından 2001-ci ilin mart ayına qədər ABŞ prezidentinin, eyni zamanda Amerika Xarici İşlər Nazirliyinin Xəzər bölgəsi və enerji diplomatiyası üzrə özəl müşaviri vəzifəsini tutan Metyu Brayza bu vəzifəsi boyunca Amerika Birləşmiş Ştatlarının Xəzər regionundakı enerji, neft və təbii qaz siyasətini kordinə edib.

Brayzaya erməni antipatiyası

Bir sözlə, təsadüfən görəv başına gətirilməyən Metyu Brayzanın ermənilər tərəfindən «arzuolunmaz şəxs» elan edilməsi də təsadüfi deyil. Hər halda, yuxarıda danışdığımız keçid yolları bu şəxsin hansı əhəmiyyətdə vacib bir fiqur olduğunu təsdiqləyir.
Elə Azərbaycandakı qısa müddətli fəaliyyəti boyunca da Metyu Brayza əvvəlki səfirlərdən çox fərqləndiyini sübutladı. O, nə tamahkar Stenli Eksudero deyil, nə də pensioner Rino Harniş. Onun Enn Dörsidən də ciddi fərqləri var. Doğrudur, adını çəkdiyimiz Stenl Eskudero bu gün Azərbaycanda elə tanınır ki, sanki, o artıq Amerika dövlətinə xidmətdən vaz keçərək artıq özünə xidmətlə məşğuldur, yəni pul qazanır. Amma əslində məsələ heç də göründüyü kimi deyil.
Bildirək ki, həm də Amerika-Azərbaycan Ticarət Palatasına rəhbərlik edən ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Stenli Eskudero Azərbaycanda «McDonalds» restoranlar şəbəkəsinin və bir sıra iqtisadi strukturların sahibi, eləcə də Nardaran sakinlərinin qənimi kimi tanınır. Keçmiş səfirin Nardaran kənd sakinlərinə məxsus böyük pay torpaqlarını qanunsuz olaraq ələ keçirdiyini mətbuatdan hər kəs yaxşı bilir.
Bu gün elə bir təəssürat yaradılır ki, guya, Stenli Eksudero artıq ABŞ dövlətinin siyasi çevrələri ilə əlaqələrini tam olaraq kəsib. Əslində isə bu, heç də belə deyil. Məlumatlı şəxslər də yaxşı bilir ki, ABŞ dövlətinin az qala simvolu kimi qəbul edilən «McDonalds» restoranlar şəbəkəsi əslində Amerikanın bir tanıtım nişanı, eyni zamanda kamufulyajlı kəşfiyyat bazasıdır. Buna görədir ki, ABŞ əleyhinə çevrilən xalqların ilk hədəflərindən biri də ölkələrindəki «McDonalds» restoranları olur. Elə qardaş Türkiyədə də «McDonalds» restoranlarının ayrı-ayrı filialları bir neçə dəfə terrora məruz qalıb.
Buna görədir ki, bir sıra diplomatik qaynaqlar hələ də Stenli Eskuderonun görəv başında olduğunu, onun Azərbaycanda ABŞ-a xdmət missiyasının bitmədiyini, əslində əbədilik qazandığını iddia edirlər. Yəni Stenli Eskudero iqtisadi fəaliyyət pərdəsi altında ABŞ-ın Azərbaycandakı daimi simasıdır.
Amma buna baxmayaraq, Stenli Eskuderodan daha vacib və səlahiyyətli fiqur olan, Ərol Bilbilik tərəfindən dünyanı yönəldən 33 məşhur simadan biri kimi təqdim edilən Metyu Brayza əslində ABŞ-dakı erməni lobbisi tərəfindən məhz bu kimi keyfiyyətlərinə görə sevilməyib.

«Siyasət şöbəsi»
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-ın keçmiş səfirinin agentlik dosyesi

    ABŞ-ın keçmiş səfirinin agentlik dosyesi ...

    10-12-2012, 14:57

  • 
  • Metyu Brayza hakimiyyəti ifşa etdi

    Metyu Brayza hakimiyyəti ifşa etdi ...

    19-12-2012, 13:02

  • 
  • ABŞ Azərbaycana yeni səfir göndərir

    ABŞ Azərbaycana yeni səfir göndərir ...

    10-07-2014, 01:24

  • 
  • Metyu Brayzadan erməni mətbuatına sensasion açıqlamalar

    Metyu Brayzadan erməni mətbuatına sensasion ...

    17-06-2013, 13:09

  • 
  • DİN ABŞ-l arxayınlaşdıracaq bəyanat verdi

    DİN ABŞ-l arxayınlaşdıracaq bəyanat verdi ...

    7-12-2012, 17:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu