GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » TƏHLÜKƏLİ İDDİA - “Bazar həyat üçün təhlükəli qarpızla doludur”

TƏHLÜKƏLİ İDDİA - “Bazar həyat üçün təhlükəli qarpızla doludur”

Tarix: 28-06-2017, 19:38 Bölmə :Maraqlı Baxış: 529
TƏHLÜKƏLİ İDDİA - “Bazar həyat üçün təhlükəli qarpızla doludur”


İyunun əvvəlindən qarpızdan zəhərlənmə şikayəti ilə xəstəxanalara 4 müraciət daxil olub. Sonuncu hadisə dünən, iyunun 27-də Tovuzda qeydə alınıb - 64 yaşlı rayon sakini Rəşad Alıyev qarpızdan zəhərlənib. Ümumiyyətlə, son illər qarpızdan zəhərlənmə halları artmaqdadır. Əksər hallarda bu cür zəhərlənmələr ölümlə nəticələnir.

Zəhərlənmələri tez yetişmək üçün qarpıza vurulan dərmanlarla əlaqələndirirlər. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti mövsümdə digər məhsullar kimi qarpızı da yoxlayır, məhsulun üzərində kimyəvi və toksikoloji müayinələr aparır. Qəribədir ki, hər dəfə də qarpızda toksiki birləşmələr, nitrat və pestisid qalıqlarının norma həddində olduğu bildirilir.

Bəs qarpızdan zəhərlənmə hansı hallarda baş verir? Hazırda satışda olan qarpızlar yoxlanılıbmı?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda satışda olan qarpızlardan zəhərlənmə ehtimalının yüksək olduğunu iddia edir. Hətta məhsulda dərmanların miqdarı normadan dəfələrlə artıq olduğundan ölüm təhlükəsi də var. “Təşkilatımızın mütəxəssisləri, hər il olduğu kimi, bu il də bazarda monitorinq keçirib. Satışda olan qarpızlarda nitratın miqdarı normadan 300-500 dəfə artıqdır”, - E.Hüseynov deyib.
Hüquq müdafiəçisi qarpızın tərkibinin xüsusi cihazla yoxlanıldığını, bu cihaz vasitəsilə dərmanların miqdarının müəyyənləşdirməyin mümkün olduğunu əlavə edib: “Qarpızın tərkibindəki nitratın miqdarı hər kiloqrama görə norma ilə 60 milliqram olmalıdır. Bazarlarda apardığımız monitorinq isə göstərir ki, satışda olan qarpızların tərkibində nitratın miqdarı 200-250 milliqramdan artıqdır. Təbii ki, bu da zəhərlənmə ehtimalını artırır”.

Təşkilat rəhbəri onu da əlavə edir ki, bostan məhsullarının daha təhlükəsiz olması ilə bağlı deyilənlər yanlışdır. Çünki yoxlamalar zamanı bostan məhsullarında dərmanların miqdarı istixanalarda yetişdirilən qarpızın tərkibindən fərqlənməyib. “Deyirlər ki, avqustda yetişən qarpız təhlükəsiz olur, halbuki bu da yanlışdır. Ötən il avqus ayı ərzində qarpızın tərkibini yoxladıq, dərman normadan dəfələrlə artıq çıxdı”, - E.Hüseynov söyləyib.

Eyyub Hüseynov təbii yetişmiş qarpızla dərmanlanmış məhsulun fərqləniyini deyir: “Dərmanla yetişdirilmiş qarpızın çəkisi böyük, dadı isə çox şirin olur. Belə qarpızları içərisindəki ağ zolaqlardan da tanımaq mümkündür. Təbii yetişmiş qarpız isə 4-5 kiloqramdan artıq olmur, rəngi isə qırmızı olur”.

E.Hüseynov satışda GMO (genetik modifikasiya olunmuş) qarpızlar olduğunu deyib və əlavə edib ki, əksini söyləyənlərə bunu sübut edə bilər.

Həkim İradə Məmmədova isə deyir ki, təbii yetişdirilmiş qarpızdan da zəhərlənmə mümkündür. “Zəhərlənmə diaqnozu ilə gələnlərin əksəriyyəti qarpız yediyini söyləyir, halbuki zəhərlənmə qarpızdan əvvəl qəbul edilmiş qidadan da ola bilər. Sadəcə olaraq, qarpız zəhərlənmə prosesini sürətləndirir”.

Qarpızdan zəhərlənmənin əlamətlərindən danışan həkim deyib ki, bu zaman həzm prosesinin pozulması, qusma, qan təzyiqinin enməsi, soyuq tər basması müşahidə edilir. “Əgər botulizm varsa, bu hal ölümə gətirib çıxara bilər. Buna görə də, zəhərlənmə əlamətləri baş verən kimi həkimə müraciət edilməlidir. Həkimə vaxtında müraciət edilməməsi xəstənin ağırlaşmasına səbəb olur”.

Yol kənarında günəş şüaları altında qalan qarpızların tərkibində istinin təsirindən kimyəvi reaksiya girdiyindən toksik maddələr əmələ gəlir. “Təzə doğranmış qarpızdan bakterial mənşəli zəhərlənmələr olmur. Xəstələr bildirirlər ki, dünəndən soyuducuda açıq şəkildə saxlanılan qarpızdan yeyiblər. yağlı və ya ağır yeməkdən sonra soyuq qarpız qəbul edirlər. Bu da nəticədə ishal yaradır. Buna görə də, zəhərlənmə əlamətləri meydana çıxır”, - İ.Məmmədova əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, hazırda əksər bölgələrdə qarpız yetişdirilir. Lakin Sabirabad, Saatlı və Abşeronda becərilən “Cəfərxan”, “Qalaktika”, “Krimson svit” sortları daha məşhurdur./virtualaz.org/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda ana və 4 yaşlı övladı dəm qazından zəhərlənib

    Tovuzda ana və 4 yaşlı övladı dəm qazından ...

    21-11-2016, 01:47

  • 
  • Tovuz sakini pomidor turşusundan zəhərlənib

    Tovuz sakini pomidor turşusundan zəhərlənib ...

    3-04-2017, 01:53

  • 
  • Şəmkirdə 3 nəfər xəstəxanalıq oldu

    Şəmkirdə 3 nəfər xəstəxanalıq oldu ...

    30-01-2017, 21:49

  • 
  • Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib

    Şəmkirdə iki nəfər kimyəvi maddədən zəhərlənib ...

    24-04-2017, 11:05

  • 
  • İki qadın zəhərlənib

    İki qadın zəhərlənib ...

    10-01-2016, 21:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu