Azərbaycanda iri şirkətlərin kompüter şəbəkələri güclü kiber hücuma məruz məruz qala bilər.
Gündəm Xəbər Milli.Az-a istinadən bildirir ki, son bir neçə gündür bir ölkədə "Petya" kimi tanınan internet virusu yayılıb. Qonşu Rusiyada geniş yayılan virus Azərbaycandakı iri şirkətləri də təhlükə qarşısında qoyur.
Ukrayna, İspaniya, Fransa, Böyük Britaniya, Hindistan və bir sıra başqa ölkələrdəki kompüter şəbəkələrini iflic edən virus çox sadə bir üsulla yayılır. İri şirkətlərin hər hansısa bir işçisinə spam mail göndərməklə virus bütün şirkətin şəbəkəsinə çokür. Daha sonra virus proqramı kompüterin blokdan çıxarılması üçün istifadəçidən 300 dolların ödənilməsini tələb edir.
Ukraynanın mərkəzi bankının sistemini çökdürən virus Avropa ölkələrində də bir sıra iri şirkətlərin fəaliyyətini dayandırmasına səbəb olub. Kompüterin əməliyyat sistemində son təhlükəsizlik yeniləmələrini etməklə virusdan qorunmaq mümkündür.
Bundan əvvəl yayılan "VannaCry" virusu bəzi şirkətlərə milyonlarla dollar zərər vurmuşdu. "Petya" virusu əvvəlkindən də təhlükəli hesab edilir. /xezerxeber.az
Sorğu
Yeni dizaynımız necədir?