Kitablara əsasən insanların yerdənkənar sivilizasiya nümayəndələri ilə əlaqələri üzə çıxıb. Bundan başqa kitablara əsasən Yerdə həyat digər planet nümayəndələrinin müdaxiləsindən sonra yaranıb.
Məsələn, alimlərin fikrinə əsasən, Musa Peyğəmbərin Allah ilə Sina dağında söhbəti yadplanetlilərin gəmisini xatırladır. Çünki bu ayələrdə tüstü qatları, ildırım və şimşəkdən söhbət açılır. Bu isə yadplanetlilərin uçan aparatı ola bilərdi. Bundan əlavə alimlər İncil peyğəmbərləri İdris və İlyasa da istinad edirlər.
İncildə bildirilir ki, İlyas və İdris peyğəmbərləri işıqsaçan arabalarla səmaya aparıblar.
Eyni zamanda "Tanrı oğulları" barədə də İncildə məlumat var. Tanrının oğulları Yerə enərək adi qızlarla nikaha girirlər və nəticədə azmanlar və nəhənglər tayfası yaranır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?