Azərbaycanda vergi amnistiyası elan oluna bilər. “APA-Economics”in əldə etdiyi məlumata görə, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub.
Layihə sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq.
Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə borcun qalıq hissəsi amnistiya olunacaq.
Layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?