GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yaqub Eyyubov haqda şok faktlar

Yaqub Eyyubov haqda şok faktlar

Tarix: 3-06-2013, 20:54 Bölmə :Maraqlı Baxış: 7 659
 Yaqub Eyyubov haqda şok faktlar
Baş nazirin birinci müavininin iddiası və reallıq arasındakı təzadlar
Son vaxtlar baş nazirin birinci müavini Yaqub Eyyubovla yüksək rütbəli bəzi məmurlar arasında ciddi konfliktlərin yaşandığı bildirilir. Məlumata görə, Y.Eyyubov öz vəzifə səlahiyyətlərindən istifadə edərək, onun təmsil olunduğu hakimiyyətdaxili qruplaşmadan kənarda olan bır sıra məmurlara qarşı açıq savaşa keçib. Məsələ ilə bağlı hurriyyet.net saytının yazdığına görə, Yaqub Eyyubovun hazırda tutduğu vəzifə ona bir çox üstünlüklər verir:


«Söhbət xüsusilə baş nazirin birinci müavininin ayrı-ayrı nazirliklərə və dövlət qurumlarına ayrılacaq büdcə vəsaitləri üzərində təsir imkanlarının geniş olmasından gedir. Məsələn, hansısa nazirin müxtəlif ehtiyaclar üçün büdcə vəsaiti əldə etməsi lazımdır, amma bundan ötrü ilk növbədə Yaqub Eyyubovun razılığı tələb olunur. Vitse-premyer isə bu razılıq üçün bəzi özünəməxsus kriteriyaların həyata keçirilməsini mühüm sayır. Bunlardan biri – həmin nazirin və ya digər yüksək çinli məmurun baş nazirin birinci müavininin şərtlərini yerinə yetirməsidir. Söhbət ayrılacaq vəsaitin bir hissəsinin əvvəlcədən Eyyubovun ixtiyarına verilməsindən gedir”.
Artur Rəsizadənin “varisi” olmaq iddiası
Məlumatı verən mənbə bildirir ki, Yaqub Eyyubova yaxın şəxslər baş nazirin birinci müavininin himayəsinə sığınaraq bir çox müəmmalı işlərə imza atıblar: «Ən əsası isə odur ki, vitse-premyerin ətrafındakı şəxslərdə nədənsə belə bir əminlik hökm sürür ki, Y.Eyyubov qarşıdakı prezident seçkilərindən sonra böyük ehtimalla baş nazir postuna sahiblənəcək. Bu da onun himayəsindəki biznes adamlarına özlərini daha rahat hiss edərək, qarşılarındakı iş adamlarını asanlıqla sıradan çıxarmaq və bazarda güclənmək imkanı verir”.
Bütün bunlara rəğmən, hazırda iqtidar daxilində Yaqub Eyyubova qarşı kifayət qədər ciddi şəkildə mənfi münasibət hakimdir: “Yaqub Eyyubovu bir çox köklü iri məmurlar qəbul etmirlər. İmtiyazca, təsir imkanları etibarı ilə daha zəif məmurlar isə baş nazirin birinci müavininin onlarla hökmran kimi rəftarından narazıdırlar. Hər iki halda Yaqub Eyyubova qarşı hökumət kulislərində əsasən mənfi münasibətin hökm sürməsi onun hazırki baş nazir Artur Rəsizadənin “varisi” olacağına dair inamları kəskin şəkildə azaldır”.
Etibar Pirverdiyevlə biznes ziddiyyəti
Bu arada Yaqub Eyyubovun özünə yaxınlığı ilə seçilən məmurlarla bağlı ciddi şübhələr yaşadığı və onlara etibar etmədiyi yönündə də bilgilər var. Həmin məlumatlarda iddia olunur ki, vitse-premyer “Azərenerji” prezidenti Etibar Pirverdiyevin ona arxa çevirməsindən sonra özünə yaxın olan məmurlara etimadını itirib: «Məsələ burasındadır ki, Sumqayıt Texnologiyalar Zavodu yaradılarkən orada Yaqub Eyyubovun da payı olub. Bu zavod “Azərenerji” prezidenti Etibar Pirverdiyevə məxsus “Azinko” şirkəti tərəfindən açılıb. Həmin vaxt Pirverdiyev Baş nazirin birinci müavini tərəfindən himayə edildiyindən zavoda pay sahiblərindən biri də elə Yaqub Eyyubov olub. Amma sonradan Etibar Pirverdiyevin hakimiyyət içində himayədarı dəyişib. Yəni Pirverdiyevlə baş nazirin birinci müavininin münasibətləri zədələnib, bundan sonra “Azərenerji” və onun rəhbəri prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun nəzarətinə keçib. Bu nüans Yaqub Eyyubovu o qədər qəzəbləndirib ki, o, hələ də «Azərenerji” prezidentini bağışlamır, eyni zamanda öz himayəsindəki bəzi məmurların da Pirverdiyevin yolu ilə gedərək, ona xəyanət edəcəyindən çəkinir”.
Silah biznesinin qaranlıq tərəfi…
Yaqub Eyyubovu hökümətdə daha çox “kölgə adam” kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb.Baş nazir Artur Rəsizadənin Eyyubovu heç sevmədiyi və bir müavin kimi onu içində həzm edə bilmədiyi də iddialar arasında yer alır. Amma Baş nazirin birinci müavininin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubovun səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox manipulyasiyaların olmadığını heç cür iddia etmək olmaz.
Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb gətirilməsi haqda informasiyaların dərc olunması da heç kimin yaddaşından çıxmayıb. Mənbənin iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir. İddiaya görə, bəzi güc qurumlarına, xüsusilə Daxili Qoşunlar və Sərhəd Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda informasiyalar da dolaşır.
Hədəfə doğru gedən yolda əngəllər
Bütün bunlar deyilməyənlərin və ictimaiyyət tərəfindən bilinməyənlərin bir hissəsi kimi, Yaqub Eyyubovun baş nazirlik kreslosuna doğru yolunu bağlayan amillərdir. Əgər biz mətbuat olaraq gələcək potensial baş nazir haqda bu cür xoşagəlməz məqamları aşkar edə biliriksə, demək ki, xarici xüsusi xidmət orqanları bundan da ötəsini bilir. Bu isə Yaqub Eyyubovun hədəfə çatmasına əngəl ola biləcək xarici faktor sayıla bilər.
Ən nəhayət, ölkə prezidenti baş nazir postuna birini hazırlayarkən ictimai rəyi də müəyyən mənada diqqətə almaq məcburiyyətindədir. O isə Yaqub Eyyubov üçün heç də ürəkaçan deyil. Çünki bu vaxtadək cəmiyyət Yaqub Eyyubovdan xüsusi seçiləcək davranış və fədakarlıq görməyib. Başqa tərəfdən, bu dönəmin Baş nazirliyi əvvəlkilərə bənzəməyəcək. Belə ki, dünya gücləri, xüsusilə Qərb dünyası Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir. Belə bir həssas dönəmdə isə “islahat” ayaqqabısının Yaqub Eyyubovun ayaqlarına böyük olacağını düşünürük. Əgər iddialılardan fərqli fikir və düşüncədə olanlar varsa, böyük məmnuniyyətlə qəzetimizdə onlara yer ayırmağa hazırıq.

İlkin SÜLEYMANOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt diz çökməyəcək"

    "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt ...

    15-09-2014, 15:11

  • 
  • Yaqub Eyyubov "Şərəf" ordeni ilə təltif edildi

    Yaqub Eyyubov "Şərəf" ordeni ilə təltif ...

    23-10-2015, 21:01

  • 
  • Baş nazir qovğası qızışır

    Baş nazir qovğası qızışır ...

    20-12-2012, 12:20

  • 
  • Baş nazir qovğası qızışır

    Baş nazir qovğası qızışır ...

    20-12-2012, 12:32

  • 
  • Artur Rasizadə işinin başındadır” - Nazilər Kabinetindən AÇIQLAMA

    Artur Rasizadə işinin başındadır” - Nazilər ...

    15-07-2013, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu