GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Baş nazir qovğası qızışır

Baş nazir qovğası qızışır

Tarix: 20-12-2012, 12:32 Bölmə :Manşet Baxış: 1 718
Baş nazir qovğası qızışır
Yaqub Eyyubovun islahatçı baş nazir olmaq iddiası

gundemxeber.az Azərbaycanda 2013 - cü il prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətdə bir çox daşlar yerindən oynamağa başlayıb. Kimisini birdəfəlik çıxarılmaq, başqa birisi ilə əvəzlənmək, kimisini də özündən böyüklərin yerinə qoyulmaq kimi aqibət gözləyir.
Konstutisiya görə, dövlətin ikinci postu olan baş nazir kreslosu bu dönəmdə xüsusi strateji əhəmiyyət daşıdığından bu vəzifə uğrunda yeraltı savaşın başladığını demək olar. Əvvəla, ona görə ki, iddialı iriçaplı məmurlar baş nazir Artur Rəsizadənin səhhətində ciddi problemlər olduğunu, hətta yeriməkdə belə çətinlik çəkdiyini bilir və bu strateji postun tezliklə dəyişəcəyini düşünürlər. Baş nazirin rəsmi görüşdə halının pisləşdiyi haqda informasiyalar da göstərir ki, baş nazir kreslosu uzunmüddətli bu şəkildə yürüməyəcək və tezliklə alternativ axtarışına çıxılacaq.
Başqa tərəfdən, yaxın keçmişdə Rusiyada Medvedyev-Putin tandeminin oynadığı prezident-baş nazir səhnəsi də bizim bəzi oliqarx məmurlarımızın iştahasını qabardıb. Buradan yola çıxaraq hətta post Əliyev dövrünə hazırlaşanlar və müəyyən fantaziyalar quranlar da yox deyil. Bu sırada daha çox FH naziri Kəmaləddin Heydərovun, nəqliyyat naziri Ziya Məmmədovun, maliyyə naziri Samir Şərifovun və baş nazirin birinci müavini Yaqub Eyyubovun adları hallandırılır.
Kəmaləddin Heydərovla və Ziya Məmmədovun oğlanları Qərbdə hakimiyyətin imicini qaldırmaq adı altında, əslində, məxsus olduqları ailənin gələcək təhlükəsizliyi və perspektivləri naminə lobbiçilik edən müəyyən şirkət və siyasətçilərə milyonlar xərclədikləri artıq heç kimə sirr deyil. Maliyyə naziri Samir Şərifov da açıq biruzə verməsə də, onun da iddialılar arasında olduğu bəllidir. Üstəlik, Samir Şərifov yuxarıda adı keçən nazirlərlə müqayisədə toya getməlidir. Ən azından onun adı onlar kimi beynəlxalq yazışmalarda və məxfi sənədlərdə pis yöndə hallandırılmayıb və müəyyən mənada nisbətən Qərb standartlarına uyğun biri kimi görsənir. Ancaq bu məsələ təkcə xarici faktordan asılı iş olmadığı üçün hara getsən, diqqətlər yenidən Azərbaycana, onun prezidentinə və ölkədə gedən ictimai-siyasi proseslərə yönəlir. Çünki bu məsələ burada, özü də dünyada gedən proseslərin ruhuna uyğun bir şəkildə həllini tapacağı gözlənilir.
Bu arada baş nazir postunun bir addımlığında yürüyən, bu kresloyaya çoxdandır göz qoyan daha bir məmurun adı iddialılar arasında xeyli vaxtdır hallandırılır. Bu, baş nazirin birinci müavini Yaqub Eyyubovdur. Onu hökümətdə daha çox kölgə adam kimi tanıyırlar. Üzdə xarici qonaqların qəbul-yola salma prosesində görünsə də, iqtisadiyyata yönəlik fəaliyyəti sanki yoxmuş kimi, heç bir zaman qabarıq olmayıb. Zaman-zaman mətbuatda etnik mənşəyində qarışıqlıq olduğu haqda informasiyalar getsə də, bu məlumatları axıradək isbat edən olmayıb.
Nazirlər Kabinetindəki mənbənin iddialarına görə, Yaqub Eyyubov kollektivdə sevilən, səmimi hörmət edilən biri deyil. Bundan da ötə baş nazir Artur Rəsizadənin Eyyubovu heç sevmədiyi və bir müavini kimi onu içində həzm edə bilmədiyi də iddialar arasında yer alır.
Ancaq bütün bunlara rəğmən mənbənin dediklərinə inansaq, Yaqub Eyyubovun baş nazir kreslosuna şansı digərlərindən daha çox kimi görünür. Mənbə Yaqub Eyyubovun artıq indidən özünü baş nazir kimi aparmasını da iddia edir: “Yaqub müəllim artıq xeyli vaxtdır ki, özünü bu posta hazırlayır. Son günlər onun davranışları artıq baş nazir kreslosunun sahibinin kim olacağına əsas verir. Onun davranışlarından çıxan nəticə budur ki, sanki hər şey artıq razılaşdırılıb və kollektivdə onu sevməyən məmurlara bir növ gözdağı verilir. Belə bir fikir də dolaşır ki, Yaqub Eyyubov baş nazir olacağı təqdirdə onu sevməyən bir çox məmurlar öz vəzifələri ilə vidalaşmalı olacaqlar.”
Baş nazirin birinci müavinin işini çətinləşdirən amillərdən biri təkcə kollektivin ona etimadının olmaması ilə bağlı deyil. Bildiyiniz kimi, Yaqub Eyyubov öz səlahiyyət kurasiyasına görə, ölkəyə alınıb gətirilən bütün silah- sursatlar məhz onun nəzarəti və bilavasitə iştirakı ilə həyata keçirilir. Silah alveri isə bütün dünyada qaranlıq iş kimi tanınır. Burada heç bir şəffaflıq olmadığı üçün alqı-satqıda bir çox maniplyasiyaların olmadığını heç cür iddia etmək olmaz.
Başqa tərəfdən, zaman-zaman mətbuatda müəyyən sövdələşmə əsasında ölkəyə yararsız, istismar müddəti qurtarmış texnikaların, təyyarələrin alınıb, gətirilməsi haqda informasiyaların dərc olunması heç kimin yaddaşından çıxmayıb. Mənbənin iddiasına görə, bu gün o və ona oxşar proseslər baş verməkdə davam edir. İddiaya görə, bəzi güc qurumları, xüsusilə Daxili Qoşunlar və Sərhəd Xidmətinə onlara aidiyyatı olmayan silahlar sırınır. Hətta uyğunsuz silah-sursatların təhvil alınmasında etirazların olduğu və bəzi silah növlərinin istismara qəbul edilmədiyi, aylarla havadan asılı qaldığı haqda informasiyalar da dolaşır.
Bütün bunlar deyilməyənlərin və ictimaiyyət tərəfindən bilinməyənlərin bir hissəsi kimi, Yaqub Eyyubovun baş nazirlik kreslosuna doğru yolunu bağlayan amillərdir. Əgər biz mətbuat olaraq gələcək potensial baş nazir haqda bu cür xoşagəlməz məqamları aşkar edə biliriksə, demək ki, xarici xüsusi xidmət orqanları bundandan da ötəsini bilir. Bu isə Yaqub Eyyubovun hədəfə çatmasına əngəl ola biləcək xarici faktor sayıla bilər.
Ən nəhayət, ölkə prezidenti baş nazir postuna birini hazırlayarkən ictimai rəyi də müəyyən mənada diqqətə almaq məcburiyyətindədir. O isə Yaqub Eyyubov üçün heç də ürəkaçan deyil. Çünki bu vaxtadək cəmiyyət Yaqub Eyyubovdan xüsusi seçiləcək davranış və fədakarlıq görməyib. Başqa tərəfdən, bu dönəmin baş nazirliyi əvvəlkilərə bənzəməyəcək. Belə ki, dünya gücləri, xüsusilə Qərb dünyası Azərbaycan hakimiyyətindən ciddi islahatlar tələb edir. Belə bir həssas dönəmdə isə “islahat” ayaqqabısının Yaqub Eyyubovun ayaqlarına böyük olacağını düşünürük. Əgər iddialılardan fərqli fikir və düşüncədə olanlar varsa, böyük məmnuniyyətlə qəzetimizdə onlara yer ayırmağa hazırıq.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş nazir qovğası qızışır

    Baş nazir qovğası qızışır ...

    20-12-2012, 12:20

  • 
  • Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı - YENİLƏNİB

    Etiraz aksiyasında partlayış: 61 ölü, 170 yaralı ...

    23-07-2016, 17:16

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu