GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » “Gelandewagen”i məmur övladlarına sevdirən sirlər

“Gelandewagen”i məmur övladlarına sevdirən sirlər

Tarix: 5-08-2017, 11:23 Bölmə :Maraqlı Baxış: 424
“Gelandewagen”i məmur övladlarına sevdirən sirlər


Ekspert: “Avtomobilin bahalı olması onun heç də tam təhlükəsiz olması anlamını vermir”


Son zamanlar “Porsche” və “Gelandewagen” markalı avtomobillərin törətdikləri xeyli sayda qəzalar ölümlə nəticələnir. Əksər hadisələrin motivində isə bu avtomobillərin yüksək sürətlə idarə olunması və yol hərəkəti qaydalarının digər formalarda kobud şəkildə pozulması dayanır. Əsasən də bəzi məmur və oliqarx övladlarının kobudcasına idarə etdikləri bu iki dünyaca məşhur avtomobil modellərini nə qədər “ölüm arabası” adlandırsaq da, əslində onların quruluşu və komfortu ölümün qarşısını almaq üçün hesablanıb. Elə bu avtomobilləri baha edən nüans da məhz budur.

Məsələnin başqa bir tərəfi də bəzi məmurların harınlamış övladlarının nə üçün məhz yuxarıda qeyd etdiyimiz avtomobil modellərinə üstünlük verməsidir. “Porsche” və ona olan marağın səbəbləri barəsində daha öncəki saylarımızda məlumat vermişdik. Bəs “Gelandevagen”i oliqarx övladlarına sevdirən nədir?

“Mercedes-Benz G-klass” modelləri 1979-cu ildən bu günə kimi “Mercedes-Benz” markasının istehsal etdiyi tam ölçülü yolsuzluq maşınlarıdır. Bunların arasında “Mercedes- Gelandewagen” illərdir ki, dünyada məşhurdur, lakin Azərbaycandan fərqli olaraq, onu şəhərin mərkəzi küçələrində deyil, əsasən yolsuzluq şəraitində istifadə edirlər.
Avtomobilin ilk olaraq NATO hərbçilərinin sifarişi əsasında hazırlandığı da deyilir. Lakin sonradan avtomobilin xərcləri çox, detalları baha olduğu üçün hərbiçilər bunu uyğun saymayıblar. Bildirilir ki, avtomobilin əsas sifarişçisi İran şahı Məhəmməd Rza Pəhləvi olub. Pəhləvi o vaxt “Mercedes-Benz” konserninin əsas payçılarından biri idi. Onun bu avtomobili sifariş etməkdə məqsədi isə küçələrdə “avtoşluq” etmək deyil, İrandan quru yolla qaçmaq olub.

Buna görə də “Gelandewagen”i şah avtomobili də adlandırırlar. Əfsanəvi alman yolsuzluq avtomobilinin Timati, Arnold Şvartsenegger, Roma papası, Tina Törner, Mixail Jvanetskiy, Maykl Duqlas və Bred Pit kimi məşhur sahibləri var. Bəlkə də ölkəmizdə məmur övladlarının bu modelə maraq salmalarının da əsil səbəbi, elə bu nüansdır.

Avtomobilin son illərdə istehsal edilən modellərinin qiyməti 150-200 min dollar və daha bahadır.

Sərt görünüşə və kobud səsə malik olan avtomobilin texniki parametrləri də çox yüksəkdir. “Gelandewagen” barəsində danışan avtomobil həvəskarlarının maraqlı bir cümləsi var. Bildirirlər ki, “Gelandewagen” elə bir avtomobildir ki, bütün yollar onun üçün eyni dərəcədə rahatdır.

Təəssüf ki, bu cür avtomobili normal qaydada sürə bilməyənlər də az deyil...

Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, artıq ölkədə “Gelandewagen” sürücülərinin sayı xeyli artıb: “Bu avtomobilin köhnə modelləri elə də baha deyil. Yəni 40-50 min manatı olan, bu avtomobilin köhnə modelini ala bilir. Ancaq məmur övladları, biznesmenlərin sürdükləri isə daha çox yeni modellərdir. Onların törətdikləri ağır qəzaların qarşısını almaq üçün cənab prezident sərt addımlar atıb. Məsələn, ”Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid, məşhur tarzənin ailəsini maşınla vurdu və iki nəfər öldü. Dərhal atası işdən çıxarıldı, özü də həbs olundu. Bu, artıq cəzanın ən ağır forması idi. Dəfələrlə də xəbərdarlıq olundu ki, məmur övladları özlərini yığışdırsınlar".

E. Muradlı bildirib ki, “Mercedes”in bütün modellərində təhlükəsizlik qaydaları çox yüksək səviyyədə qurulub: “Getdikcə də bu, təkmilləşdirilir. Lakin heç də ”bu bahalı avtomobildir" deyib, tam rahat hərəkətlər etmək olmaz. Qəzalardan görürük ki, bahalı avtomobillər nə hala düşür, hətta dərhal alışıb yana bilir. Ona görə də bahalı avtomobil sürücüləri anlamalıdırlar ki, heç bir avtomobildə insan ölümdən sığortalanmayıb. Dünyada elə bir avtomobil yoxdur ki, təhlükəsizlik baxımından tam güvənilər olsun. Bahalı avtomobillərdə qəzaya düşən xeyli sayda varlı şəxslərin övladları olub ki, onlar sağ qalmayıblar. Məsələn, bir müddət öncə Babək prospektində “Porsche” “Zil” markalı avtomobilə dəymişdi və iki nəfər yanıb öldü. O da bir bahalı hadisə idi. Eyni zamanda “Hafka” kimi tanıdığımız Hafiz Məmmədovun oğlunun “Maseratti”sinin də Rəşid Behbudov küçəsində arxa təkəri bir balaca səkiyə dəyməklə maşın od tutub yandı. Ona görə də diqqətli olmaq lazımdır, çünki hadisə qaçılmazdır"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə xofa düşdülər

    Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə ...

    28-04-2014, 10:54

  • 
  • Deputatlar arasında ən ucuz avtomobilin qiyməti 80 min manatdır

    Deputatlar arasında ən ucuz avtomobilin qiyməti ...

    13-05-2014, 10:07

  • 
  • Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar

    Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ...

    18-07-2017, 14:51

  • 
  • Bakıda rəisin oğlu "Porsche" ilə piyadanın üstündən keçdi - DETALLAR

    Bakıda rəisin oğlu "Porsche" ilə ...

    19-07-2017, 13:04

  • 
  • Zərdabın icra başçısının oğlu həbs olundu - ÖZƏL

    Zərdabın icra başçısının oğlu həbs olundu - ÖZƏL ...

    7-09-2015, 17:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu