GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Şok açıqlamaların pərdəarxası

Şok açıqlamaların pərdəarxası

Tarix: 11-12-2012, 12:25 Bölmə :Maraqlı Baxış: 712
Şok açıqlamaların pərdəarxası

Hakimiyyəti təşkil edən əsas klanların arasında son döyüş başlayıb və artıq kim-kimi məsələsi həll olur

gundemxeber.az Son ayların və həftələrin qarmaqarışıq gündəminin baş məsələsi olan Gülər Əhmədova skandalı hələ ki, səngiməyib. Elşad Abdullayevin videoları indi Azərbaycanın kabusuna çevrilib və belə görsənir ki, işlər təkcə Gülər Əhmədovanın rüşvət alma məsələsı ilə bitməyəcək. Indi Elşad Abdullayevin video yaradıcılığı, mahiyyət etibarilə, bir vaxtlar dünyanı xeyki səksəkədə saxlamış “VİKİLEKS” saytının ifşaedici materiallarını xatırladır. Hamı və hər kəs hər gün Elşad Abdullayevdən yeni kompramat xarakterli video çəkilişlər gözləməklə gününü keçirir. Görünənlər onu deyir ki, bu məsələ sadəcə E.Abdullayevin şəxsi maraqları üçün girişdiyi sıradan bir özfəaliyyət növü olmayıb və uzun müddət sistemli şəkildə aparılmış işin nəticəsində meydana gəlmiş ciddi əməliyyat tədbiridi. Ölkənin rəsmi və müstəqil adlanan telekanalları demək olar ki, bu məsələlərdən danışmırlar.
Rəsmi və iqtidaryönlü qəzetlər isə var gücləri ilə məsələni Gülər Əhmədovanın üzərində cəmləşdirməklə oyunnan çıxmaq, məsələni bitirmək istəyirlər. Müstəqil və müxalif mətbuat, həmçinin də sosial şəbəkələr məsələnin üzərinə daha çox gedir kimi görünsələr də, əslində onlar da baş verənlərin mahiyyətinə enməkdə maraqlı görsənmirlər.
Ortada bir çevriliş planı var. Bu sadəcə bir saray çevrilişi, yaxud da kimlərinsə şəxsi ambisiyaları üzərinə qurulan, kaprizlərinə hasablanan məsələ deyil. Ortada, illər əvvəldən, zərgər dəqiqliyi ilə hesablanmış və 2013-cü ilin prezident seçkiləri ilə yekunlaşması planlaşdırılan bir əməliyyat var. İndi mətbuat da, genəldə ölkədə aparılan siyasətin özü də, baş verənləri sadəcə Elşad Abdullayev, Gülər Əhmədova və “Qaynana”nın görünən və görünməyən digər personajlarının məsələsi kimi təqdim etməyə çalışırlar. Amma gedişat göstərir ki, Elşad Abdullayev illər uzunu ölkənin bütün önəmli adamlarını da, dövlətin siyasətini həyata keçirən bütün qurumları da hədəfə alan çəkilişlər aparıb, heç bir maneəyə rast gəlmədən, çəkinib qorxmadan Azərbaycanın dövlət və hökumət qurumlarını bütün dünyanın gözü qarşısında biabır edəcək “sənədli filmlər” çəkib. Bir sözlə, heç də məsələ, nə Elşad Abdullayevin özünün, nə də baş vermiş olayları cəmiyyətə təqdim edənlərin danışdıqları qədər sadə deyil. Bu gün baş verənlər, artıq qeyd olunan kimi, 2013-cü ilin prezident seçkisinə hesablanıb və faktiki olasraq bütün olub-bitənlər Azərbaycanın mövcud və gələcək hakimiyyətinin taleyini həll etməyə yönəlib. Bu fikri daha aydın şəkildə təxminən belə ifadə etmək olar ki, 2013-cü ildən sonra Azərbaycanda hakimiyyət kimin idarəsinə və iradəsinə təslim tutulacaq. Başqa sözlə, mövcud hakimiyyəti təşkil edən əsas klanların arasında son döyüş başlayıb və artıq kim-kimi məsələsi həll olur. Bu klanlardan biri şərti olaraq “köhnə qvardiya” adlandırılan Heydər Əliyevin kadrlarından ibarətdi, digəri isə yenə də şərti olaraq cəmiyyətə “yeni qüvvələr” kimi təqdim olunan başqa bir qanaddı. Heç şübhəsiz ki, “köhnə qvardiyanın” lideri qismində Ramiz Mehdiyevin hallansa da, “yeni qüvvələrin” lideri qiyafəsində Paşayevlər komandası çıxış edir. Bu oyunda İlham Əliyev məhz Heydər Əliyevin özü kimi oynayır və bilərəkdən meydanı adı çəkilən qüvvələrə buraxıb ki, son anda qalib gələcəyi şübhə doğurmayan tərəfi dəstəkləsin.
Qaliblər və məğlublar aşkara çıxandan sonra prezidentin kim olacağı məsələsini həll etmək problemi yoxdu. Zatən bizim kimi ölkələrdə prezidentlər adətən makro yox, mikro məsələləri həll edəcək gücdə olurlar. Bu anlamda prezidentin kim olacağının o qədər əhəmiyyəti də yoxdu. Baş verənlər, adına “köhnə qvardiya” dediyimiz klanın üzərinə total hücum və öldürücü zərbə vurmaq anlamına gəlir. Rejissorlar, ssenaristlər və obyektivi yönəldən operatorlar isə tamam başqa adamlardı və başqa yerlərdən idarə olunurlar. Bir növ ortada taleyini sonda yenə də “obıvatel” kütlənin həll edəcəyi qladiatorların döyüşü gedir.
Hələ yalnız aysberqin görünən tərəfləri ortadadı və mahiyyət etibarilə bu görünənlər Hacı Məmmədov olaylarından çox vahim və çox dəhşətlidi. Başqa sözlə, işlər elə qurulub ki, 1993-cü ildən bəri ölkəmizin idarəetməsinin və aparılan siyasətin təkcə illərlə bəzədilən üzü yox, həm də çirkli və çox çirkin astarı tam çılpaqlığı ilə ortaya çıxsın. Ortaya çıxan mahiyyət isə, həm bu idarəetmənin, həm də aparılan siyasətin təpədən dırnağa cinayət içində olduğunu göstərir. Ən maraqlısı isə odu ki, bir tərəfdən bu ağır cinayətlər açılıb ortaya tökülür, o biri tərəfdənsə heç nə olmayıbmış kimi, analoqsuz inkişafdan, uğurlu siyasətdən dəm vurulur. Normalda isə, heç deyilsə, görüntü xatirinə bu boyda cinayətlərin faş olunması fonunda, dövlətin özünüqoruma instinkti işə düşməli və baş verdiyi şübhə doğurmayan cinayətləri törədən hakimiyyət təmsilçiləri məsuliyyətə cəlb olunmalıydılar. Amma bu baş vermir. Bir anlıq təsəvvür edin ki, evdə hamı əlində, ovcunda, küncdə-bucaqda olan zir-zibili ortalığa tökür və kimsə də bu zibilləri yığışdırmağa cəhd göstərmir. Bu isə yalnız iki halda mümkündü. Ya bu evin sakinləri bütünlüklə ağıllarını itiriblər demək, ya da bütün zibilləri ortalığa töküb birdəfəlik süpürüb atmaq qərarına gəliblər. Mənə qalırsa, Azərbaycanda indi baş verənlər, daha çox ikinci versiyaya uyğun gedir və ortalığa tökülən cinayətlərin və cinayətkarların birdəfəlik süpürülüb atılmasına hazırlıq gedir.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elşad Abdullayevdən növbəti Gülər Əhmədova video bombası video

    Elşad Abdullayevdən növbəti Gülər Əhmədova video ...

    24-04-2013, 22:13

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 22:38

  • 
  • Elşad Abdullayevin qayınatası danışdı

    Elşad Abdullayevin qayınatası danışdı ...

    12-11-2013, 16:57

  • 
  • “Elşad Abdullayev məhkəmədə ifadə verməyə hazırdır”

    “Elşad Abdullayev məhkəmədə ifadə verməyə ...

    12-11-2013, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu