GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Baş redaktorlar mətbuat katiblərindən narazıdır: - “Mediadan qaçan qurumların işi şəffaf deyil”

Baş redaktorlar mətbuat katiblərindən narazıdır: - “Mediadan qaçan qurumların işi şəffaf deyil”

Tarix: 29-08-2017, 15:47 Bölmə :Maraqlı Baxış: 464
Baş redaktorlar mətbuat katiblərindən narazıdır: - “Mediadan qaçan qurumların işi şəffaf deyil”


Bir neçə gündən sonra istirahət dövrü başa çatır. Sentyabr bütün sahələrdə canlanma, aktiv iş dövrü kimi xarakterizə olunur.

Təəssüflər olsun ki, özlərindən asılı olmayan səbəblərdən jurnalistlər bir növ məzuniyyət dövründəki kimi işləməli olacaqlar. Səbəb, bir çox dövlət qurumlarının son vaxtlar informasiya qapılarını mediaya bağlamasıyla bağlıdır. Onlar jurnalistlərin sorğularını ya çox gec cavablandırır ki, bu cavablar da əhəmiyyətsiz olur, ya da ümumiyyətlə cavablandırmır. Belə yanaşma isə cəmiyyətdə dedi-qoduların artmasına, yanlış informasiyaların ayaq açmasına səbəb olur.
Bəs KİV rəhbərləri vəziyyəti necə dəyərləndirir?

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı:

- Dövlət strukturları, məmur aparatı, icra hakimiyyəti orqanları mediaya açıq olmalıdır. Bu qanunla tənzimlənən bir məsələdir. Onların vəzifələrindən biri cəmiyyətə informasiya verməkdir. Mövcud icra hakimiyəti orqanlarının mətbuat xidmətlərinin mediaya nə qədər açıq olub-olmaması mən düşünürəm ki, həmin qurumlara rəhbərlik edən insanlardan çox aslıdır. Son vaxtlar sevindircidir ki, əksər icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinə jurnalistika ilə məşğul olmuş şəxslər təyin olunur. Onlar media ilə təmas qurmağa, əlaqə qurmağa çox meyillidir. Amma təəssüf ki, mətbuatdan qaçan, cavab verməyəm mətbuat xidmətlərinin rəhbərləri də var. Onların mediadan uzaq durmaları təbii ki, bizim də işimizdə çox ciddi problem yaradır. Belə görünür onlar öz vəzifələrinin öhtəsindən gələ bilmirlər. Zamanla həmin icra hakimiyyəti orqanlarına etirazımızı bildiririk. Amma görünür ki, bəzi mətbuat xidməti rəhbərləri məmurlaşmağa başlayıb, ona görə də media ilə işləməkdən qaçırlar. Bizim işimiz informasiya verməkdir, ölkəni, cəmiyyəti informasiya ilə təmin etməkdir. Onların da borcu informasiyanı bizə düzgün mənbədən, dolğun və ətraflı çatdırmaqdır. İşlərimiz demək olar ki, eynidir. Onlar işlərinin öhtəsindən yaxşı gəlsələr, bundan həm dövlətimiz, həm də cəmiyyətimiz qazanar.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

- Son zamanlar mətbuat xidmətlərinin fəaliyyətində irəliləyişlərin olduğunu deməsək, bu insafsızlıq olar. Demək olar ki, dövlət orqanlarının çoxunun mətbuat xidmətlərinin rəhbəri vəzifəsinə vaxtilə mətbuatda çalışmış şəxslər cəlb olunub. Bununla yanaşı, bəzi dövlət qurumlarında, bəzi təşkilatların mətbuat xidmətində mətbuatla iş qurulması ilə bağlı problemlər həqiqətən də qalmaqdadır. Bu uzun müddətdir davam edir. İndiyə qədər bu problemlərin aradan qaldırılması istiqamətində kefayət qədər işlər aparılıb. Mətbuat Şurası, müxtəlif jurnalist təşkilatları layihələr icra edib, tədbirlər keçiriblər, təkliflər veriblər, dövlət orqanları ilə birlikdə bununla bağlı müzakirələr aparılıb.
Amma təəssüflə qeyd etmək lazımdır ki, bəzi mətbuat xidmətlərinin rəhbərli hələ də işlərində dönüş yarada bilmirlər. Amma problem ikitərəflidir mənim fikrimcə. Burada təkcə mətbuat xidmətinin rəhbərlətirini günahlandırmaq olmaz, həmin qurumların rəhbərlərinin mətbuata münasibəti də böyük rol oynayır. Düşünürəm ki, mətbuatla münasibətləri zəif olan, işlərində müəyyən qüsurları olan mətbuat katibləri ilə, onların rəhbərləri ilə görüşlər keçirilməlidir. Bu dövlət səviyyəsində, Mətbuat Şurası səviyyəsində müzakirə olunmalıdır. İctimai qınaq olmalıdır, mətbuat onlardan yazmalıdır, onların rəhbərliyinə çatdırılmalıdır ki, ictimaiyyət, mətbuat onların çox zəif işlədiyini görüb və problemi qabardır. Hər hansı bir müzakirə çıxarsa, qiymətləndirmə aparılarsa bu onların işində bir qüsur kimi mütəmadi olaraq vurğulanacaq. Hesab edirəm ki, bu yollar problemlərin qarşısını tədricən almaq olar.

"Qafqazinfo"nun baş direktoru Elbrus Ərud:

- Ümumiyyətlə, son 1 ildə yox, son bir neçə ildə Azərbaycanda bəzi qurumların mətbuat xidmətlərinin fəaliyyəti sıfıra düşüb. Xüsusilə də hüquq-mühafizə orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti sıfıra bərabərdir. Hazırki dövrdə Müdafiə və Daxili İşlər nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyəti çox bərbaddır. Özlərinə lazım olanda onlar mətbuat katibi olurlar, jurnalistlərə lazım olanda isə yox. Ehsan Zahidov nazirlyin mətbuat xidmətinə rəis təyin olunandan demək olar ki, bir dəfə də mətbuata düz-əməlli açıqlama verməyib, jurnalistlərlə kobud davranır. Bununla bağlı mən müvafiq orqanlara şikayət etmişəm. Mətbuat xidməti pis fəaliyyət göstərən digər qurumların rəhbərlərinə də yazılı müraciət etmək məcburiyyətində qalmışam.
Qanunla bütün mətbuat xidmətləri mətbuatla yaxşı münasibət qurmalıdır, heç bir sual cavabsız qalmamalıdır. Cavab verməmək fəaliyyətsizliklə bağlıdır. Əllərinə bəzi fürsətlər keçib, bəhanə edilər ki, müharibə şəraitidir, bir neçə qanuna da dəyişiklik edilib. Yazı yazan jurnalisti düşmən dəyirmanına su tökmüş kimi dəyərləndirirlər, bu düzgün mövqe deyil, mövqelərini dəyişməlidirlər, mətbuatla münasibətləri sıx olmalıdır. Hazırki şəraitdə Müdafiə Nazirliyi hər gün mətbuat konfransı keçirməlidir.
Daxili İşlər Nazirliyini Əli Həsənovun nəvəsinin törətdiyi qəzada hansı mövqedə gördük? Onlar mətbuatın önü ilə deyil, arxası ilə gəldilər. Hadisənin üzərindən az qala 2 gün keçəndən sonra Daxili İşlər Nazirliyinin mətbuat xidməti gördü ki, heç kim heç nə demir, gecikmiş açıqlamasını verdi. Amma hadisə baş verən kimi mətbuata çıxmaq lazım idi. Onlar belə işləyə bilməz.
Mən düşünürəm ki, bu rəhbərliklə bağlı məsələ deyil, çünki Sadiq Gözəlovun dövründə də nazir Ramil Usubov idi, indi də. Bu həmin qurumların mətbuat xidmətlərinin rəhbərinin özlərinin təcrübəsi ilə bağlıdır. Dünyada heç bir qurumun mətbuat xidmətinin rəhbəri mətbuatdan qaçmaqla yaxşı işləyə bilməz. Mətbuatın yanında olmaq lazımdır. Guya Azərbaycan mətbuatı nə edir ki? Mətbuat Müdafiə Nazirliyi və ya Daxili İşlər nazirliklərinin yaymaq istəmədiyi hansı məsələnin üstünə gedə bilir ki? Heç bir məsələdə mətbuat cəsarət nümayiş etdirə bilmir.
Azərbaycan kiçik ölkədir, hamımız necə işləmək lazım olduğunu yaxşı bilirik və işləyirik də. Heç kim dövlətin maraqlarına ziyan verən informasiyanı yaymır. Amma burada başqa bir məqam var, onlayn media sahəsində o qədər qeyri-ciddi saytlar yaranıb ki, bu məsələnin bu qədər böyüməsinə bəlkə də onlar səbəb olur. Onlarala mübarizə peşəkar mediadan yayınmaqla olmamalıdır. Bir neçə gün öncə silah anbarında baş verən hadisə onu göstərdi ki, hadisəni mətbuatdan gizlətmək düzgün deyil. Müdafiə Nazirliyi məcbur olub 4-5 məlumat yaydı. O qəza baş verəndə xəbəri ən tez Müdafiə Nazirliyi verməli idi. Belə olanda şayiələrin qarşısı alınardı. Hansısa yoldan keçən sakinlər Müdafiə Nazirliyini qabaqlayırsa, bu onların problemdir. Pis fəaliyyət göstərən mətbuat katibləri ilə yanaşı, yaxşılar da kifayət qədərdir. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın və başqalarının fəaliyyəti çox yaxşıdır. Digərləri də onlardan örnək götürməldir. Belədə cəmiyyətimiz qazanar.

“Bakipost.az”ın rəhbəri Elçin Zahiroğlu:

- Mətbuat xidmətləri jurnalistlərin narahat olduğu və gileyləndiyi sahədir. Əlaqələrin zəifləməsi kimi görünən bu halın bir neçə səbəbi var. Bunlardan biri də mətbuat katiblərinin son zamanlar əlaqələrini sosial şəbəkələr vasitəsi ilə qurmasıdır. Məlumatları öz səhifələrində paylaşıb müəyyən jurnalistləri işarələyirlər. Belə olan halda onlara maraqlı olan jurnalistlərin telefonlarına cavab verirlər.
Bundan başqa da əksər mətbuat katibləri bəzi saytlarla dostluq qurublar, lazımi məlumatları onlara atırlar. Ona görə də düşünürlər ki, özlərinin istədiyi informasiyalar dost olduqları sayta gedəcək, digər jurnalistlərin sorğularına cavab vermirlər.
Sorğulara cavab verməmək bir az da ictimai qınaqdan qorxmamaq, bununla bağlı hansısa cəza tədbirlərinin olmaması, aidiyyəti qurumlara müraciət edəndə hansısa məsuliyyət hiss etməməkdən qaynaqlanır. Mətbuat katiblərinin əksəriyyəti jurnalist olduğundan heç kim onların üzərinə çox getmir.
Burada günahkar tərəflərdən biri də media qurumlarıdır. Çünki onlar həmin mətbuat katiblərinin cəzalandırılması ilə bağlı demək oalr ki, rəsmi müraciət etmirlər. Ona görə belə məsələlər olmadığı üçün mətbuat katibləri də arxayınlıq, saymazyanalıq edirlər. Həmin mətbuat katiblərini cəzalandırmalıdırlar, lazım gəlsə, onların açıqlamalarını da verməməlidirlər. Qoy, başa düşsünlər ki, sorğulara operativ cavab verilməlidir. Bəzi mətbuat katibləri var ki, onların rəhbərini tapmaq olur, amma özlərini tapmaq olmur. Ona görə media rəhbərləri, jurnalistlər bu məsələlərin üzərindən keçməməli və öz haqlarını tələb etməlidirlər. Məsələlərə belə yanaşdıqda, problem həllini tapar.
Amma hesab edirəm ki, hər şeyi qara rəngdə görməməliyik. Jurnalistlərin zənginə operativ cavab verən, onları yönləndirən, suallara cavab verən, öz işlərini professianal görən mətbuat katibləri də kifayət qədərdir. Biz yaxşı işləyən mətbuat katiblərini bir nümunə kimi göstərməliyik ki, bəlkə jurnalistlərlə işləməyi bacarmayan, saymamazlıq edən mətbuat katibləri bundan dərs götürə. Yaxşı işləyən mətbuat katiblərində müsahibələr götürmək, onlarla bağlı müsabiqələr keçirmək lazımdır ki, digərləri cəmiyyətin yaxşı işlətənlərə necə münasibət göstəriyini görsünlər.

“Modern Media Group”un baş direktoru Elşad Eyvazlı:

- Gerçəklik odur ki, son vaxtlar ayrı-ayrı dövlət qurumlarının mətbuat xitmətlətinin media ilə işləməsində problem var. Halbuki, 1 il öncə bu məsələlərdə problem bu şəkildə böyük deyildi.
Birinci problem odur ki, hələ də bəzi qurumlar informasiya vermək məsələsində jurnalistlərə “ögey-doğma” münasibəti sərgiləməkdə davam edirlər. Bu, yanlış addımdır.
Jurnalist olaraq bunun səbəbini başa düşə bilmirik. Tətil müddəti, məzuniyyət müddəti bitir, qarşıdan payız gəlir, qızğın iş vaxtı, müxtəlif layihələrin həyata keçirilıməsi qarşımızdakı prioritetdir. Ancaq necə, informasiya mənbəyi qapılarını üzümüzə bağlayırsa, jurnalistlər yola verilirsə bu, təkcə jurnalistikaya zərər vurmur. Cəmiyyətin inkişafına mane olur. Bəzi dövlər qurumları media ilə az qala sovet dövründə olduğu kimi işləyirlər. Bəzi mətbu orqanlar da elə onlar kimi fəaliyyət göstərirlər. Ayıb deyilmi, bu müstəqillik bunun üçün idimi?
Belə işləyirlər ki, hər gün barələrində yüz cür fantaziyalar uydurulur. Heç görmüsünüz ki, media ilə yaxşı işləyən hansısa dövlət qurumu barədə dedi-qodu yayılsın.
Mən mətbautdan kənar qaçan dövlət qurumlarına, onların rəhbərlərinə, mətbuat katiblərinə üzümü tuturam, medaya belə münasibət elə sizin dövlətə, Azərbaycanın inkişafına, şəffaflığa olan münasibətinizdir. İşinizin bərbad halda olduğunun göstəricisidir. İşiniz düzdürsə, probleminiz yoxdursa, bütün fəaliyyətiniz şəffafdırsa, niyə mətbuatdan gizlənirsiniz? Bir məlumatı dəqiqləşdirmək üçün az qala jurnalist mətbuat katibinə yalvarır. Belə olmur axı. O mətbuat katibləri yəqin edirlər ki, bəlli bir çərçivə var, jurnalist ondan kənara çıxa bilməyəcək. Yanlış yanaşmadır. Bilməlidirlər ki, o çərçivə varsa da müvəqqətidir.
Modern.az portalı 50-dən artıq KİV-də çalışan jurnalistlər arasında media ilə pis işləyən mətbuat katiblərinin müəyyənləşməsi üçün sorğu keçirir. Bizə başqa yol qoymadılar.
Məsələ ilə bağlı təklifimiz də var. Mütləq bütün mətbaut katiblərinin və mətbuat nümayəndələrinin iştirakı ilə ümürespublika konfransı keçirilməlidir. Məsələnin kökü araşdırlmalıdır. Mediaya dırnaqarası baxanlar ictimai qınağa çəkilməlidirlər.
Çox təəssüf ki, son illər jurnalist təşkilatları nəinki bu sahədə, bütün sahələrdə gözə görünmürlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”

    “Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı ...

    23-11-2015, 19:42

  • 
  • SOCAR-ın fəaliyyətsiz mətbuat katibi...

    SOCAR-ın fəaliyyətsiz mətbuat katibi... ...

    14-04-2015, 21:54

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26

  • 
  • "MTN bu saytları himayə edib"

    "MTN bu saytları himayə edib" ...

    20-11-2015, 18:47

  • 
  • İnformasiya istehlakçılarının hüquqlarını qoruyacaq QHT yaradılıb

    İnformasiya istehlakçılarının hüquqlarını ...

    14-12-2016, 22:06


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu