GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”

“Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”

Tarix: 23-11-2015, 19:42 Bölmə :Ölkə Baxış: 0
“Mediaya verilən mesaj budur: “MTN işi” ilə bağlı yazılar dayandırılmalıdır”

Bugünlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi media orqanlarının vəzifəli şəxslərlə bağlı əsassız informasiyalar yazdığını vurğulayıb və bundan sonra həqiqətdən uzaq xəbərlər yayan media orqanlarının cəzalandırılacağını bildirib. Bunun ardınca Mətbuat Şurası da yalan informasiyalar yayan media orqanları ilə bağlı hüquqi müstəvidə ciddi addımlar atılacağını qeyd edib ki, bu da media təmsilçiləri tərəfindən heç də birmənalı qarşılanmayıb.
Belə ki, bəzi media ekspertləri hesab edir ki, “MTN işi” ilə bağlı rəsmi informasiyaların yox dərəcəsində olduğu bir zamanda Prezident Administrasiyası və Mətbuat Şurasının belə bir qadağa irəli sürməsi və cəza anonsu verməsi əslində mediaya təzyiq kimi dəyərləndirilə bilər. Onların fikrincə, rəsmilər medianı yalan informsiyalar yaymaqda ittiham etməkdənsə, dövlət orqanların mətbuat xidmətlərinin çevik fəaliyyətini təmin etməsələr daha faydalı olar.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də hesab edir ki, problemi həll etmək üçün medianı ittiham etmək deyil, rəsmi informasiya bolluğunu təmin etmək lazımdır. Ekspertin sözlərinə görə, bütün cəmiyyətinin diqqətinin “MTN işi”nə yönəldiyi bir zamanda bu cür açıqlamaların verilməsi əslində bir məqsədə xidmət edir ki, bu da sözügedən mövzuda dərc edilən informasiyaların qarşısını almaqdan ibarətdir:
“Azərbaycanda media hakimiyyətin tam nəzarəti altındadır. Bu gün rəsmilərin dili ilə belə bir mesaj verilir ki, artıq bu məsələni işıqlandırmaq kifayətdir. Yəni tədricən bu məsələ ilə bağlı yazıları azaltmaq lazımdır. Başqa sözlə desək, “MTN işi” tədricən unutdurulmağa çalışılır. Verilən mesajın mahiyyəti bundan ibarədir. Yəni mediaya bildirilir ki, bu məsələ ilə bağlı daha artıq canfəşanlıq etməyə son qoymaq lazımdır.
Hakimiyyəti narahat edən digər bir məqam isə daxili problemlərin üzə çıxması ilə bağlıdır. Çünki mediada yazılanlar hakimiyyət daxilində qarşılıqlı informasiya mübadiləsinə səbəb olur. Bu, problem hakimiyyət üçün daha da mürəkkəbləşir.
Problemin yaranmasına səbəb isə budur ki, media baş verənlərlə bağlı ictimaiyyəti məlumatlandırmağa çalışır. Lakin rəsmi qurumlar bununla bağlı lazımi informasiya vermirlər. Onlar jurnalistlərin baş vernlərlə bağlı sualalrını cavablandırmırlar. Buna görə də jurnalistlər məlum məsələ ilə bağlı qeyri-rəsmi kanallar vasitəi ilə əldə etdikləri məlumatları dərc edirlər. Onlar bunu eləməlidirlər. Jurnalist ilk öncə ictimai maraq və diqqəti cəlb edən məslə ilə bağlı araşdırma aparır, bununla bağlı məlumatlar toplayır və işıqlandırır. Vəziyyətin indiki kimi arzuedilməz bir həddə çatması, yaranan situasiya hakimiyyətin problemidir”.
M.Əliyevin sözlərinə görə, hələ 2008-ci ildə ölkədə informasiya əldə etmək imkanlarını artırmaq üçün proqram səviyyəsində layihə hazırlansa da, dövlət orqanlarına təhvil verilən bu layihə həyata keçirilmədi:
“Biz dəfələrə bu məsələni qaldırmışıq ki, dövlət orqanlarının mətbuat xidmətləri qanunla üzərlərinə düşən öhdəliyi yerinə yetirmir, lazımınca işləmirlər. Gərgin vəziyyətlərdə isə onların yarıtmaz fəaliyyəti bütün çılpaqlığı ilə üzə çıxır. Bütün bu hadisələr göstərir ki, dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti qeyri-qənaətbəxşdir və onlar medianı onları maraqlandıran məsələlərlə bağlı lazımınca məlumatlandıra bilmirlər. Bu isə dövlətin və hakimiyyətin problemidir.
Biz dəfələrlə bununla bağlı təkliflər vermişik. 2008-ci ildə proqram hazırlanmışdı. Bu proqramn həyata keçirilməsi nəticəsində Azərbaycanda informasiya əldə etmək imkanları tam təmin olunurdu. Bu proqram Prezident Administrasiyasına təqdim edilmişdi. Bizə bildirmişdilər ki, bu proqram həyata keçiriləcək. Lakin heç bir şey eləmədilər. Nəticə isə artıq ortadadır”.

Seymur Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "MTN bu saytları himayə edib"

    "MTN bu saytları himayə edib" ...

    20-11-2015, 18:47

  • 
  • Prezident Administrasiyasından icra başçılarına qadağa

    Prezident Administrasiyasından icra başçılarına ...

    7-01-2014, 18:51

  • 
  • Əli Həsənovun kurasiyasında olan media üçün qara tarix

    Əli Həsənovun kurasiyasında olan media üçün qara ...

    28-12-2012, 12:15

  • 
  • Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu

    Əli Həsənovla Əflatun Amaşovun azad media qorxusu ...

    3-05-2013, 15:36

  • 
  • PA-nın sektor müdiri: “Media dövlətin təhlükəsizliyini diqqətdə saxlamalıdır”

    PA-nın sektor müdiri: “Media dövlətin ...

    4-02-2014, 12:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu