Jaguar Land Rover (JLR ) şirkəti elan edib ki, 2020-ci ildən etibarən istehsal ediləcək hər bir yeni avtomobil ya tam elektrik, ya da ki hibrid mühərriklərlə təchiz olunacaq.
Yeni modellər sırasında ilk avtomobil - tam elektrik mühərrikli Jaguar I-Pace modeli - 2018-ci ildə satışa çıxarılmalıdır. JLR icraçı direktoru Ralf Speth deyib ki, qərar "müştərilərə daha da geniş seçim" verməyi nəzərdə tutur.
Britaniyanın ən iri avtomobil istehsalçısı olan JLR şirkətinə Hindistanın Tata qrupu nəzarət edir. İyul ayında Volvo şirkəti 2019-cu ildən başlayaraq bütün yeni modellərində elektrik mühərrikinin olacağını bəyan edib. Lakin hər iki şirkət, daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobillərin istehsalını davam etdirəcək.
Sorğu
Yeni dizaynımız necədir?