GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər

Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər

Tarix: 2-10-2017, 23:56 Bölmə :Maraqlı Baxış: 517
Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər


“Təxminən 2040-cı ilə kimi Xəzərin səviyyəsinin 3 metr qalxması proqnozlaşdırılır. Hazırda Xəzər dünya səviyyəsindən 27.5 metr aşağıdadır. İndi buzlar əriyir. Pessimist proqnozlara görə, əsrin axırına qədər dünya okeanının səviyyəsi 2-3 metr, optimist proqnozlara görə, 1-1.5 metr qalxacaq. Xəzərin su toplama hövzəsi çox böyükdür, səviyyəsinin qalxması qaçılmazdır”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri İsa Əliyev deyib. Onun sözlərinə görə, iqlim dəyişmələrinin işartıları görünür, proses artıq başlayıb. Getdikcə güclü yağıntıların həm gücü, həm də baş vermə tezliyi artacaq: “İndi güclü yağıntılar 10 ildən bir baş verirsə, gələcəkdə 5 ildən bir və ya daha tez-tez baş verə bilər. Yəni 2010-cu ildə 3 rayonu su basdısa, gələcəkdə 4-5 rayonu su basa bilər və s. Yağıntılar həm fəsillər, həm də ərazi üzrə qeyri-bərabər paylanacaq. İndiki qlobal iqlim yaralı vəhşi heyvana bənzəyir. Xəzərin su toplama hövzəsinin sahəsi təxminən 4 milyon kvadrat kilometrə qədər ərazini əhatə edir. Ən bərəkətli torpaqlar belə suyun altda qalanda məhsul vermə qabiliyyətini itirir, keyfiyyətsizləşir, rütubətlənir, şoranlaşır. Ölkəmizin ərazilərinin xeyli hissəsi buna məruz qala bilər”.

İsa Əliyev qeyd edib ki, atmosferə buraxılan tullantıların azaldılması yönündə 2030-cu ilə qədər dünya ölkələri, o cümlədən də, Azərbaycan öhdəliklər götürüb: “ABŞ, Avropanın inkişaf etmiş ölkələri, Hindistan, Çin, Rusiyaya baxanda, Azərbaycanın tullantıları çox cüzidir. ABŞ-ın yeni prezidenti Donald Tramp deyir, mən belə öhdəlik tanımıram, qəbul etmirəm. Baxmayaraq ki, Barak Obama razılıq vermişdi. Başda ABŞ olmaqla dünyanın böyük dövlətləri iri miqdarda maliyyə vəsaitləri buraxsalar, bunun qarşısını nisbətən almaq olacaq. Ancaq indiki tendensiya göstərir ki, inkişaf etmiş ölkələr bu sahədə böyük maliyyə vəsaitləri ayırmaqda çətinlik çəkirlər. 2030-cu ilə qədər bu, artan xətt üzrə gedəcək. Bu məsələdə həm tarixi, həm də indiki məsuliyyəti daşıyan inkişaf etmiş dövlətlərin bu problemlərin həllinə etinasız yanaşması bu problemin həllini daha da çətinləşdirir”.

O, Xəzər dənizinin 1977-ci ildən 1995-ci ilə qədər 2.5 metr qalxdığını qeyd edib. “Bu zaman dövlətə 2 milyard ABŞ dollarından çox ziyan dəyib. Xəzər 2030-cu ilədək 1-1.5 metr qalxa bilər”.

Hazırki qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyasının 75 ilə quruya biləcəyi haqda məlumatlara gəlincə, İ. Əliyev Xəzər dənizinin qurumasının yox, artmasının gözlənilən olduğunu deyib: “Xəzərin səthindən buxarlanma böyük su sərfidir. Ancaq yağıntıların xarakteri dəyişib, ildə 2-3 dəfə güclü yağıntı düşəndə balans pozulacaq. Gələn su buxarlanmadan artıq olacaq, Xəzərin səviyyəsi qalxacaq. Aral dənizi qurudu deyə elə deyirlər. Aral suyunu Sırdərya və Amudərya çaylarından alırdı. Bu çaylardan böyük pambıq plantasiyalarının suvarılmasında, böyük su kanallarında istifadə olundu. Qalan su da buxarlandı”.

Qeyd edək ki, Rusiya mediasında amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialı dərc edilmişdi. “Geophysical Research Letters” jurnalında dərc olunan materialda qeyd edilir ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır. Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ərazilər su altında qala bilər

    Xəzərin səviyyəsi 3 metrədək qalxacaq: bəzi ...

    2-10-2017, 23:56

  • 
  • Qrenlandiyada buzlar sürətlə əriyir

    Qrenlandiyada buzlar sürətlə əriyir ...

    31-12-2014, 19:37

  • 
  • Qərbi Antarktidada buzlar əriyir – ŞOK XƏBƏR

    Qərbi Antarktidada buzlar əriyir – ŞOK XƏBƏR ...

    14-08-2017, 11:09

  • 
  • Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

    Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və ...

    23-09-2017, 17:24

  • 
  • Nuh tufanı başlayır

    Nuh tufanı başlayır ...

    25-12-2012, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu