GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?

Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?

Tarix: 9-10-2017, 13:36 Bölmə :Maraqlı Baxış: 549
Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?


Zorakılıq deyəndə ağla ilk gələn qadın olur. Ona görə ki, ölkəmizdə əsasən qadınlar zorakılığa məruz qalır və məişət zorakılığı zərif cinsin nümayəndələrini hər yerdə, hətta küçədə də haqlaya bilər. Statistik rəqəmlərə görə, dünyada hər 100 qadından 71-i, hər 100 uşaqdan 45-i, hər 100 kişidən 27-si şiddətlə üzləşir.

Şiddətlə qarşılaşan hər 100 insandan 51-i yenidən dünyaya gəlsəydi, qarşı cins olmaq istəyərdi. Bunu da özləri etiraf edir. Səbəb isə qarşı cins olsaydılar, zorakılıqdan sığortalana biləcəkləri ehtimalıdır. Azərbaycanda qadınların zorkılığa məruz qalması uzun illərin müzakirəsindən keçən mövzudur. Bütün müzakirələrə, qəbul edilən qanunlara, sərtləşdirilən cəzalara baxmayaraq, qadınlar yenə öldürülür, döyülür, mənəvi, psixoloji və hətta seksual zorakılığa məruz qalır. Üstəlik də ən yaxınları tərəfindən. Amma bu dəfə biz digər maraqlı məqama toxunacağıq- kişilərin zorakılığa məruz qalmasına.

1 ildə 102 kişi arvadı tərəfindən döyülüb

Azərbaycan üçün bu mövzu kifayət qədər “həyəcanlı” və qeyri-adidir. Çünki ölkəmizdə belə hesab edirlər ki, kişi döyməlidir, döyülməli yox. Üstəlik də əgər söhbət ailədaxili zorakılıqdan gedirsə, o zaman qadın və ya övladlar tərəfindən döyülməyə reaksiyalar birmənalıdır: “Kişi döyülməz”. Fakt isə odur ki, kişilər də döyülür və bu rəsmi səviyyədə bəyan olunur. “Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili nəticəsində məlum olub ki, 85,5 faiz qadın zorakılığa məruz qalır”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova mətbuata açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda kişilər də zorakılığa məruz qalırlar:

“Ailə daxilində hər bir insan zorakılığa məruz qala bilir, o cümlədən də kişilər..." Bundan öncə isə qurumun İnformasiya və Analitik Araşdırmalar Şöbəsindən bildirilmişdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinə 2015-ci ildə məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 183 müaciət daxil olub. Müraciət edənlər arasında arvadları tərəfindən döyülən kişilər də olub:

“2014-cü ildə komitəyə bu səbəbdən 126 nəfər müraciət edib. Müraciətlərin 98 faizini qadınlar edir. Şikayətlərin çox az faizi, yəni 2 faizə qədəri kişilərdən daxil olub. Kişilərin müraciəti əsasən xəyanət kimi səbəblərə görədir. Uşaq və Ailələrə Dəstək mərkəzlərinə kişilərin döyülmə faktı ilə bağlı da müraciətləri daxil olub. Kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır”.

2016-cı ildə isə ölkəmizdə 897 məişət zorakılığı ilə bağlı cinayət faktı qeydə alınıb. Nəticədə 791 qadın, 4 yetkinlik yaşına çatmayan şəxs zərər çəkib, 29 qadın isə öldürülüb. Məişət zorakılığına məruz qalanlardan 102-si kişidir. Və bu az say deyil.

Kişilər üçün sığınacaq açılsa...

Azərbaycanda arvadları tərəfindən döyülən kişilər: Onlar üçün də sığınacaq açılacaq?
Ölkəmizdə zorakılığa məruz qalan, insan alverinin qurbanına çevrilən qadınlar üçün sığınacaqlar olsa da, zorakılıqla üzləşən kişilər üçün belə məkan yoxdur. Qadın sığınacağının olduğu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova hesab edir ki, ölkədə əgər kişilərin də ailədə zorakılığa məruz qalması faktıları varsa və bu, rəsmi səviyyədə etiraf edilirsə, deməli, sığınacaq mövzusunda da düşünməyə dəyər:

“Ailədə arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir. Qadınlarla yanaşı, ailədə kişinin övladları tərəfindən döyülməsi halları da olur. Bu da zorakılıqdır və bu halla üzləşən şəxslərin müraciət edəcəyi ünvanın olması yaxşı olardı. Amma o da məlumdur ki, mental düşüncə və stereotiplər ailədə zorakılığa məruz qalan kişilərin bunu bəyan etməsinə imkan vermir. Buna görə də sığınacaq açılacağı təqdirdə belə o sığınacağa müraciətin olub-olmayacağını dəqiq söyləmək çətindir”.

“Boşanmayan qadınlar alkoqolik kişini döyür”

M.Zeylanovanın sözlərinə görə, polis əməkdşaları ilə ünsiyyət zamanı ailədə kişilərin zorakılığa məruz qalması faktları açıqlanır:

“Məsələn, Qusarda polislər bildirdilər ki, tufeyli, alkoqol asılılığı olan ailələrdə kişilərin işgəncəyə məruz qalması kimi faktlar olur. Azərbaycanda qızlar kiçik yaşlarından kişiyə hörmət ruhunda tərbiyə edilir ki, bu da ailədə zorakılıq hallarında kişinin üstünlüyünü təmin etmiş olur. Amma istisna da olsa, qadını tərəfindən zorakılığa məruz qalan kişilərin olması müəyyən edilir. Avropada və ya Rusiyada ailədə qadın və kişinin bir-birinə qarşılıqlı şəkildə zorakılıq tətbiq etməsi və ya onu döyən kişiyə fiziki güclə cavab verməsi halları adidir. Ancaq bizdə bu, geniş müşahidə olunmur və hətta fiziki cəhətdən zəif kişiyə belə qadınlar zor tətbiq etməkdən çəkinir. Müşahidələr göstərir ki, qadını tərəfindən zorakılığa məruz qalan, döyülən kişilər əsasən səfil həyat keçirməyə meyilli və yaxud alkoqol asılılığı olan şəxslərdir. Bizə də daxil olan müraciətlərin araşdırılması zamanı görürük ki, bəzən ailədə kişi alkoqol düşkünü olsa da, səfil həyata meyillənsə də, ailələr qızlarının ondan ayrılmasına qarşı çıxırlar. Bu halda isə ailə daxilində kişiyə qarşı zorakılıq baş verə bilir. Yəni, qadın müəyyən səbəblərdən boşanmır, kişini də belə cəzalandırır”.

“Sən necə kişisən ki...”

Fiziki zorakılıqdan fərqli olaraq, Azərbaycanda qadınların kişilər üzərində psixoloji zorakılığı daha geniş yayılıb. Bu, maliyyə durumundan asılı olmayaraq ailələrdə müşahidə edilir:

“Azərbaycanda qadınların kişilər üzərində psixoloji zorakılıqları faktları daha çoxdur. Müxtəlif ifadələrlə kişini təhqir etmək, onu aşağılamaq, başqalarının yanında alçaltmaq, yaxud evdə öz aralarında onu başqalarıyla, daha imkanlı birilə müqayisə etmək psixoloji zorakılıqdır. Bu hallara daha çox rast gəlinir. Qadınlar arasında ərə müraciətlə “Sən necə kişisən ki...” ifadəsiylə başlayan cümlələr qurulur. Bu da yolverilməzdir və psixi zorakılıq, hətta intihara sürükləyən səbəblərdən biri kimi diqqətə alınmalıdır”. Azərbaycanda məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsində də kişilərdən heç bir müraciət daxil olmur. Qadınlar bu orderi almaq üçün müraciət edir və bu da az haldadır. Orderlə təmin edilən şəxs yenidən zorakılıqla üzləşərsə, bunu törədən şəxs məsuliyyətə cəlb edilir”.

Hökumət kişilərin döyülməsindən narahat oldu və...

Həmsöhbətimiz bildirib ki, dünyanın bir çox ölkələrində qadın sığınacaqları ilə yanaşı kişilər üçün də belə məkanlar fəaliyyət göstərir. Bəzi ölkələrdə bu layihəni dövlət həyata keçirir, bəzilərində isə qeyri-hökumət təşkilatları bunda maraqlı olur. Məsələn, Türkiyədə 2013-cü ildə Ailə və Sosial Siyasət Nazirliyi zorakılığa məruz qalan kişilər üçün İstanbulda sığınacaq açıb. Hökumətin bu məsələyə diqqətinə səbəb isə son zamanlar şiddətə məruz qalan kişilərin sayının artmasıdır. Məhz müraciətlərin artması Türkiyədə Konyadan sonra İstanbulda da belə mərkəzin yaradılmasını vacib edib.

Kişilər üçün ən son yer...

ABŞ-da, Kanadada, Niderlandda da kişilər üçün sığınacaqlar var. Bu sığınacaqlarda ailədaxili zorakılığa məruz qalan kişilərlə yanaşı, hansısa fəlakətdən çətin vəziyyətə düşənlər, cinsi orientasiyasına görə təzyiqə məruz qalanlar qala bilər.Niderlandda onların sayı daha çoxdur, çünki bu ölkədə kişilərə qaşrı zorakılıq faktları artır.Bu ölkədə hər 5 şiddət faktından biri kişilərə qarşı törədilir.Ancaq burda söhbət daha çox fiziki şiddətdən yox, psixoloji şiddətdən gedir.Cinsiz azlıq nümayəndəsi olan kişilər ailələri, qohumları tərəfindən qəbul edilmədikdə də bu sığınaqcaqlara üz tutur. Niderlandda hər il 70 minə yaxın məişət zorakılığı baş verir və burda kişilərin payına azı 15 faiz düşür. Amma hətta Niderland kimi bir ölkədə belə kişilər sığınacağa ən son anda gəlir və ya polis onları intiharın cəngindən qurtaranda, yaxud xəstəxanadan gətirir. Çünki kişilər üçün sığınacaq ən son yerdir.../cebhe.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır

    Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz ...

    31-01-2017, 21:10

  • 
  • Bakıda 4 yaşlı qız əmisi tərəfindən zorakılığa məruz qaldı

    Bakıda 4 yaşlı qız əmisi tərəfindən zorakılığa ...

    12-08-2013, 10:30

  • 
  • BMT Mosulda seksual zorakılıqla üzləşmiş qadınlar üçün mərkəz yaradılmasını təklif edib

    BMT Mosulda seksual zorakılıqla üzləşmiş qadınlar ...

    6-03-2017, 01:42

  • 
  • Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

    Ermənistanda qadın zorakılığına qarşı aksiya ...

    1-10-2015, 23:15

  • 
  • “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi fəaliyyətə başladı

    “Təmiz Dünya”nın Sumqayıtda yeni Mərkəzi ...

    18-07-2013, 15:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu