Moskvada doğum evində çalışan azərbaycanlı ginekoloqun videosu sosial şəbəkələrdə baxılma rekordu qırır. Videoda ginekoloq Ruslan Xanbutayevin doğuş sancısı çəkən pasiyenti Mariya Malışevaya yaxınlaşdığı, onun ağrılarını azaltmaq üçün palatada az qala diskoteka effekti yaratdığı əks olunub. Daha sonra R.Xanbutayev hamilə pasiyenti ilə enerjili rəqs etməyə başlayıb.
Bu görüntülər bir neçə saatdan sonra həm Rusiyada, həm də Azərbaycanda böyük səs-küyə səbəb olub. Həm çox danışılıb və həm hadisə barədə müxtəlif fikirlər yazılıb.
Əslində videodakı həmin görüntülərdə nələr baş verir? Məsələnin əsil mahiyyətini öyrənmək üçün böyük marağa səbəb olan azərbaycanlı həkimlə əlaqə saxladıq. Ginekoloq Ruslan Xanbutayev eksklüziv olaraq açıqlama verib. Həkim açıqlamasında bildirib ki, əslində məsələ konteksdən çıxardılaraq cəmiyyətə təqdim edilib. “Konteksdən çıxarılmış kiçik bir parça qavranıldığı kimi bəsid və sadə deyil. Sosial şəbəkələrdə bu barədə danışanları görürəm. Düzü insanların fikir azadlığına qarışa bilmərəm. Lakin insanlar məhz alternativ baxışların hesabına inkişaf edirlər. Kiçik bir parçaya baxıb nəticə çıxartmaq düzgün deyil. Bu metod fransız həkiminin metodudur. Bu təcrübədən Avropada geniş istifadə olunur”, - deyə Ruslan Xanbutayev bildirib.
Həkim deyir ki, bütün səxtələr ilə bu formada müalicə aparmır: “Bu xəstənin vəziyyətinə baxır. Kimə musiqi, kimə rəqs, kimə vanna, digərinə isə həyat yoldaşının yardımı kömək edir. Xəstələrin həyat yoldaşlarına da başa salırıq ki, xanımların nazını çəksinlər. Doğum zamanı qadının nazını çəkmək lazımdır. Axı nəsil hər ikisinə aiddir” Ruslan Xanbutayev deyir ki, həm xəstələri müalicə, həm də əməliyyat edir: “Genekoloq qadını kəsmək deyil. Müxtəlif vasitələrlə doğum aparılmalıdır”.
Çox nadir hallarda kişi genekoloqa rast gəlinir. Bəs xanımlar bundan çəkinmirlər ki? Ruslan Xanbutayev deyir ki, burada əsas məsələ həkimin təcrübəsidir: “Həkimin cinsi olmaz! Həkimin yuxusu olmamalıdır!”.
Ruslan Xanbutayev onu da əlavə edib ki, hazırda Azərbaycanadır: “Mən hazırda Azərbaycandayam. Təəssüflər olsun ki, bura gəlməyə məcbur oldum. Azərbaycan mənim vətənimdir. Mən azərbaycanlıyam”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?