GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Abdulbari Goozala bağlı daha bir maxinasiya

Abdulbari Goozala bağlı daha bir maxinasiya

Tarix: 17-06-2013, 13:36 Bölmə :Maraqlı Baxış: 2 964
Abdulbari Goozala bağlı daha bir maxinasiya
«Azersun»da vətəndaşlar necə aldadılır; «Bazarstore» marketlər şəbəkəsinin möhtəşəm «super kart» firıldağı
«Azersun Holdinq»in bu gün ölkədə ərzaq isğehsalında lider olması faktdır. Təbii ki, bu liderlik həm də qeyri-təbii inhisarçılığa nədən olub. Zaman-zaman və dolayı yollarla Goozalın özü də etiraf edib. Məsələn, bir neçə il əvəl yerli mətbuatda yer alan yazıların birində vurğulanırdı ki, Abdolbari Goozal Azərbaycana gəldiyi zaman cəmi 2 milyon dollar olduğunu, sonradan isə bu varidatını 12 milyarda çatdırdığını hətta «Azersun Holdinq»də çalışan Azərbaycan vətəndaşı olan şəxslərin də yanında etiraf edib.
İndi isə bu holdinq günü gündən çiçəklənməkdə, biznes dairəsini genişləndirməkdədir. Və son zamanlar ərzaq satışı bazarında «BazarStore» şəbəkəsi ilə meydan sulayan «Azersun Holdinq»in bu dükanlar şəbəkəsi ilə bağlı dia.az ciddi maxinasiyalar üzə çıxarıb. «BazarStore»nin reklamlarında iddia olunur ki, bu marketlər şəbəkəsi istehlakçılara ucuz məhsullar təklif edir. Amma araşdırmalar da təsdiqləyir ki, ilk əvvəl həqiqətən də aşağı qiymətə təklif olunan xeyli sayda mallar tədrici olaraq bahalaşdırılmaqdadır və bu proses günü bu gün də davam edin.
Qeyd edək ki, bu günlərdə «Bazar Store» alıcılarına daha ucuz xidmətin göstərilməsi üçün özünün firma «Super Kart»larını da təqdim etdi. Əslində dünyanın əksər inkişaf etmiş ölkələrində böyük market şəbəkələrinin bu kimi xidmətləri mövcuddur. «Bazar Store»də kartlar pulsuz verilir. Deyəcəksiniz ki, bunun nəyi pisdir… Amma tələsməyin. Pis olanı odur ki, Qardaş Türkiyədə əsasən simvolik qiymətə alıcılara təklif olunan firma kartlarının müqabilində alıcılar həqiqətən də ucuz qiymətə məhsul ala bilirlər, marketin endirim və digər kampaniyalarından istifadə edirlər.
«Bazar Store» də elə özünün reklamlarında belə deyir. Amma araşdırmalarından aydın olur ki, əslində belə deyil və «Azersun Holdinq»in marketlərində alıcılara əməlli-başlı fırıldaq gəlinir. Hər halda, bütün bu faktlar İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumları üçün «Bazar Store» ilə bağlı tədbir görülməsinə yetərli ola bilər. Amma inanmırıq ki, adıkeçən nazirlik hansısa addımı atsın. Çünki deyilənlərə görə…. Bəli, məhz deyilənlərə görə, nazirlik hər ay «Azersun»dan əməlli-başlı «payını» aldığından nazirliyin antiinhisar xidməti departamentinin əməkdaşları Abdolbari Goozalın işinə müdaxilə etmək kimi bir vərdişə malik deyillər.
«Bazar Store»nin əslində güzəştlər və endirimlər, həmçinin müxtəlif kampaniyalar üçün nəzərdə tutulan «Super Kart»ları ilə bağlı alıcılara rəsmən fırıldaq gəlinir. Belə ki, bu kartları alıcılara təqdim edəndən sonra «Bazar Store»də qiymətlər əməlli-başlı bahalaşıb. Yəni məlum olur ki, əslində endirim kartlarını mataha mindirmələri üçün şirkət başbilənləri digər qiymətləri qaldırmaqla prosesdən xətərsiz çıxmağı qəsd ediblər. Xətər nədir, hətta qazanc belə əldə edirlər. Yəni yenə də alıcıların yox, Abdolbari Goozal cənablarının biznes maraqları əsas olaraq nəzərə alınıb.
Bildirək ki, «Bazar Store» marketlərində vətəndaşlara bəzi məhsulların qiymətləri, hədiyyələr və digər bu kimi yeniliklər barədə informasiyaların yer aldığı xüsusi dərgilər təqdim olunur. Həmin dərgilərdən yalnız son üçünü təftiş etmək qərarına gəldik və araşdırmalardan da aydın oldu ki, «Bazar Store» marketlərində 9 aprel 2013-cü il - 9 may 2013-cü il tarixlərində qüvvədə olan qiymətlərin əks olunduğu 17 saylı dərgi ilə sonuncu tarixdə çıxan, yəni 10 iyun 2013-cü il - 9 iyul - 2013-cü il tarixlərində qüvvədə olan qiymətlərin əks olunduğu 19 saylı dərginin qiymətlərini müqayisə edərkən əməlli-başlı bahalaşma faktı ortaya çıxmış olur.
Məsələn, həmin müqayəsədən aydın olur ki, 2 ay əvvəl alıcılara 2 manat 75 qəpiyə təklif olunan toyuq budu hazırda 2 manat 85 qəpiyə satılır. Qeyd edək ki, əksər mallarda bu şəkildə bahalaşma baş verib. Məsələn, «Pınar» markalı 500 qramlıq plastik qabda olan ketçup 1 manat 12 qəpikə idisə, indii 1 manat 22 qəpikdir. 750 qramlı «Pronto» döşəmə təmizləyicisi 17 saylı dərgidə əhaliyə 4 manat 25 qəpiyə təklif olunurdusa, bu gün 4 manat 75 qəpikdir. Hər halda, hər iki dönəmi müqayisə etdikdə aydın olur ki, son iki ay ərzində «Bazarstore»də əməlli-başlı bahalaşma gedib.
Əslində bu bahalaşmanın hansı nədənlə baş verdiyini də müəyyən etmək çətin deyil. Yenə də məsələ «Super Kart»larla bağlıdır. Bu yolla «Bazar Store» başbilənləri guya ki, «Super Kart»la daha ucuza mal almağın mümkünlüyünü əxz etməyə çalışırlar. Halbuki «Super Kart»lar olmadan alıcılara daha rahat idi və məhsullar daha ucuz idi. Yəni bu da ənənəvi endirim fırıldağının təzahürlərindən xəbər verir. Belə ki, ənənəvi olaraq bir çox şirkətlər məsələn, 50 faizlik endirim edərkən, ilk növbədə endirim edəcəkləri mallarının qiymətini 3 dəfə qaldırırlar və sonra da həmin 3 qat rəqəmin üzərindən xətt çəkib, 50 faiz «endirim edərək» eyni malı bu dəfə əslində yarım dəfə bahalaşmış qiymətə alıcıya təklif edirlər.
Rasim
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc gələ biləcəkmi? - «BAZARSTORE»LAR TƏFTİŞ OLUNMALIDIR

    Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc ...

    24-01-2014, 12:59

  • 
  • “Azersun” yerli bazarda necə at oynadır?

    “Azersun” yerli bazarda necə at oynadır? ...

    10-04-2013, 10:31

  • 
  • Ölkədə bahalaşma ciddiləşir: Ucuz piar iflasa uğrayır

    Ölkədə bahalaşma ciddiləşir: Ucuz piar iflasa ...

    12-03-2015, 08:58

  • 
  • «Azərsun» orta sahibkarları necə məhv edir?

    «Azərsun» orta sahibkarları necə məhv edir? ...

    21-12-2012, 13:38

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (76)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu