GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » «Azərsun» orta sahibkarları necə məhv edir?

«Azərsun» orta sahibkarları necə məhv edir?

Tarix: 21-12-2012, 13:38 Bölmə :İqtisadiyyat Baxış: 928
«Azərsun» orta sahibkarları necə məhv edir?
Abdolbari Gozal hakimiyyətdəki dayaqları hesabına at oynadır

gundemxeber.az Bu gün Azərbaycanda sıradan bir şəxsin hansısa iqtisadi sahəni hətta təbii yolla belə inhisara alması imkansızdır. Doğrudur, Azərbaycan kimi ölkələrdə təbii monopolistlər tək-tük hallarda ortaya çıxır. Amma hətta bu şəraitdə belə, təsadüfi adamların görünməsi imkansızdır.
Təbii ki, kağız üzərində biz də normal qanun və qaydaları olan ölkələrdən biriyik. Hətta Azərbaycanda inhisarçılığa qarşı mübarizə aparan bir dövlət qurumu - İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Xidməti də fəaliyyətdədir… Amma çifayda?! Bu gün İİN-nin antiinhisar xidməti monopolistlərə qarşı mübarizə aparmaqdansa, onların fəal keşikçisinə çevrilib. Diqqət yetirin, Şahin Mustafayevin nazirliyinin bu xidməti bu gün bazarda xırda limonad sexlərini ona görə hədəfə aldı ki, bu bazar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun «Jalə» şirələri üçün boşaldılmalı idi… Dondurma istehsal edən xırda sexlər ictimaiyyətin gözündə ona görə qara eynəkdə təqdim olundu ki, artıq bu bazar da «Palmali» Mübariz kimi monopolistlər üçün açılmalı idi… İİN-nin antiinhisar xidməti ona görə Bakıdakı 17 duz itehsalçısının evini yıxdı ki, artıq «Azərsun» Holdinq Masazırdakı duz gölünü hasarlamışdı və orada bir duz zavodu da yaratmışdı… Bu kimi faktlar yetərincədir.
Yəni göründüyü kimi, İİN-nin məlum xidməti inhisarçılığa qarşı mübarizə aparmaqdansa, onların əlinə oynayır, onların maraqları naminə kiçik və orta sahibkarlıq sferasını ağlar günə qoyur.
Hazırda qida sənayesi bazarında «Azərsun» Holdinq şəriksiz liderdir. Bakıya gələndə cibində cəmi bir neçə milyonu olan, indi isə milyardları bank hesabında yatıran «Azərsun» Holdinqin şefi Abdolbari Gozalın milliyyətcə kimliyindən mətbuatda yetərincə yazılıb. Bu önəmli deyil. Ola bilər, Azərbaycan hədsiz tolerant ölkədir və bu ölkədə hətta erməni olaraq da ciddi mövqe sahibinə çevrilmək mümkündür. Necə ki, belələri yetərincədir.
Önəmli olanı odur ki, belə bir mühüm strateji xətt hələ də Azərbaycana bağlı olan şəxslərin kontrolu altındadır. Bu isə imkan yaradır ki, «Azərsun» Holdinq həmçinin Azərbaycan vətəndaşlarının sağlıq durumunu da kontrolu altında saxlasın. Hər halda, bu gün Azərbaycan insanları «Azərsun» sənayesi nəyi istehsal edirsə, onu da yemək məcburiyyətindədir. Dükan və mağazalar, supermarketlər bu gün «Azərsun»un çoxprofilli ərzaq məhsulları ilə doludur və başqa istehsalat müəssisələrinin ərzaqlarına yalnız təsadüfi hallarda rast gəlmək olar.
Bunun da səbəbləri var. Bu barədə danışan orta ranqlı sahibkarlardan birinin söylədiklərindən belə aydın olur ki, onlar dükan və mağazalara məhsullarını təqdim edərkən çox ciddi problemlər yaşayırlar: «Bu gün məsələn, hansısa yerli düyü istehsalçısının mağazalarda məhsulunu satdırması çox çətin bir işdir. Dükan sahibləri aşkar surətdə imtina edirlər və səbəb kimi göstərirlər ki, «Azərsun»dan mal alırlar və əgər başqa bir firmadan eyni malı alarlarsa, o zaman «Azərsun»un nümayəndələri digər məhsullarını da ona verməkdən imtina edəcəklər».
Bu yolla aşkar surətdə monopoliya yaradan «Azərsun»un əslində ərzaq bazarındakı sözügedən davranışları həm də bu şirkətin bazarda qiymətləri diqtə etməsindən də xəbər verməkdədir. Çünki mənbəmiz bildirir ki, hətta «Azərsun»un təklif etdiyi qiymətdən qat-qat aşağı qiymətə öz mallarını təklif etmələrinə baxmayaraq, market sahibləri yenə də onların məhsullarını götürmürlər. Bu isə öz növbəsində bazarlarda ərzağın hər zaman Abdolbari Gozal tərəfindən müəyyən olunmuş qiymətlərlə satışı anlamına gəlir.
Onu da vurğulayaq ki, redaksiyamıza sahibkarlar tərəfindən «Azərsun» Holdinqin bazara çıxardığı ərzaqların qiymətləri ilə digər istehsalçıların ərzaqlarının qiymətləri arasındakı uçurum mahiyyətli fərqi əks etdirən sənədlər də təqdim olunub ki, əməkdaşlarımız bu yöndə ciddi araşdırma materialı hazırlayırlar. Bu səbəbdən yaxın vaxtlarda daha dolğun bilgiləri diqqətinizə çatdıracağıq.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq

Eldəniz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahin Müstafayevə qarşı beton kimi  ittiham

    Şahin Müstafayevə qarşı beton kimi ittiham ...

    29-12-2012, 11:22

  • 
  • 300 kq-a yaxın yararsız ərzaq tapıldı

    300 kq-a yaxın yararsız ərzaq tapıldı ...

    7-10-2013, 12:55

  • 
  • Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc gələ biləcəkmi? - «BAZARSTORE»LAR TƏFTİŞ OLUNMALIDIR

    Dövlət Baytarlıq Xidməti Abdolbari Goozala güc ...

    24-01-2014, 12:59

  • 
  • Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır

    Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır ...

    23-01-2014, 13:19

  • 
  • Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günü başladı

    Bakıda bədii gimnastika üzrə Dünya Kuboku ...

    23-07-2016, 13:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu