Dünyanın ən böyük tarixi abidələrindən sayılan Xeops piramidasının necə inşa edildiyi günü bu gündə tam məlum deyil. Bu günə qədər alimlər bir çox fikirlər irəli sürsə də araşdırmalar hələ də davam edir. Hətta bəzi alimlər bu piramidanın yadplanetlilər tərəfindən inşa edildiyini deyirlər.
Xeops ehramı e.ə 2509-2483-cü illərdə tikilib. Bu ehram firon Xufunun hakimiyyəti dövründə inşa edilib. Bu piramidanın tikilməsinə hər biri 2.5 ton ağırlığında olan 2 milyon 300 daş sərf olunmuşdu. Xeops ehramı Misir piramidaları arasında ən qədim və ən hündür piramidadır. Onun hündürlüyü 147 metrdir.
Alimlər bu piramida haqqında yeni faktlar aşkarlayıb. Onlar piramidanın altında böyük bir boşluq olduğunu deyirlər. Təxminən 30 metr dərinliyi olan bu boşluq piramidanın “Böyük Qalereya” adlandırılan bölməsində yer alır.
Fransız fizik Sebastian Procureur da yeni iddia ilə bağlı öz fikirlərini deyib: “Müonlar bir obyektin içərisindən keçdikdə enerji və güclərini itirirlər. Nəticədə irəliləyə bilmirlər. Əgər araşdırmaq istədiyiniz bu ehramın arxasında və altında müon dedektorunuz varsa, yalnız bir istiqamətdən gələn müonları saya bilərsiniz. Araşdırmaçılar da bu boşluğu müonlar sayəsində tapıblar”.
Qeyd edək ki, müon elektron hissəcikdir. Bir saniyədə kosmosdan Yerə 1 kvadrat metrə 150 müon hissəcik yağa bilir.
Araşdırmaçılar piramidanın içərisindən müonların necə keçdiyini anlamaq üçün 3 fərqli aşkarlama üsulundan istifadə ediblər.
Qahirə universitetində işləyən araşdırmaçı alim də piramida haqqında öz fikirlərini söyləyib: “Xeopsun necə inşa edildiyini anlamaq üçün ilk önçə iç quruluşunu kəşf etməyimiz lazımdır. Piramidada yeni bir boşluğun kəşf olunması daha da irəliləməmizə yardımçı olacaq. Bundan sonra daha da çox araşdırmaq lazım olacaq”.
Bradford universitetinin alimi Kris Qaffney isə bu üsulun digər ehramlarda da tətbiqini təklif edir.
Onun sözlərinə görə, bu üsulla digər piramidalarda da yeni kəşflərə nail olmaq olar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?