Sabunçu rayonu, 22 saylı tam orta məktəbində təmirlə əlaqədar şagirdlərə qanunsuz 3 gün əlavə tətil verilib.
Bununla bağlı sosial şəbəkədə məlumat yazılıb. Bildirilib ki, payız tətili bazar ertəsi bitsə də, məktəbin direktoru şagirdlərə 5-ci gün dərsə gəlməyi tapşırıb.
Qeyd olunur ki, məsələylə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Məktəb direktoru nazirlik nümayəndələrinə cavabında məsələni təkzib edib və şagirdlərin bu gündən dərsə çağırıldığını deyib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədova bildirib ki, məsələdən xəbərdardırlar və qısa müddət ərzində araşdırmaların nəticəsi mətbuata açıqlanacaq.
Sorğu
Yeni dizaynımız necədir?