"Azərbaycanda gələn il daha 50 mehmanxana açılacaq".
gundemxeber.az bildirir ki,bu barədə Bakıda keçirilən "Azərbaycan Turizm Forumu"nda paytaxtda fəaliyyət göstərən otellərdən birinin rəhbəri olan Ceyhun Aşurov bildirib.
Onun sözlərinə görə, xarici turistlərin sayında artım var. Təkcə ötən il Azərbaycana 2 milyon 249 nəfər turist gəlib. "Turist sayının çox olmasına baxmayaraq marja azalıb. Çünki iqtisadi vəziyyəti nəzərə alsaq görərik ki, xərclər gəlirdən çox olub. Mehmanxana sayında da artım olub. Statistikaya görə, ötən il mehmanxanaların sayı 563 olub, 760 turizm şirkəti açılıb. Gələn il isə əlavə 50 mehmanxana açılacaq. Onuda qeyd edim ki, bu sektor tərəfindən bu il dövlətə ödənilən vergilərin həcmi də artıb".
C.Aşurov dünya üzrə turizm sektorunda müştərilərin azalma səbələrini də qeyd edib. O bildirib ki, dünya üzə aparılan statistikaya görə, azalmada əsas səbəb kimi müştərilərin 1%-nin ölməsi, 5%-nin yeni vərdislərə görə bu sektoru tərk etməsi, 9%-i qiymətə görə, 68%-nin isə laqeydliyə görə ayrılmasıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?