Dekabrın 10-dan mehmanxanaların tipi və ulduz kateqoriyalarının müəyyənləşdirilməsi üzrə standart qüvvəyə minir
gundemxeber.az Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 745-2012 "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi" dövlət standartını təsdiq edib. Mədəniyyət və Turizm Nazirliyi dekabrın 10-dan standartı tətbiq edəcək. Standarta əsasən, hotelin ən azı on nömrəsi olmalıdır. Qonaqların qəbulu üzrə obyektlərin bu tipləri müəyyən edilib: qonaq evi /mini hotel, motel, butik hotel, spa hotel, istirahət, sanatoriya və kurort hoteli. SMPDK mətbuat xidmətində Turan-a deyiblər ki, mehmanxana tipli obyektlərin təsnifatı üç mərhələdə keçiriləcək. Birinci mərhələdə obyektin uyğunluğu qiymətləndiriləcək. İkinci mərhələdə ekspert komissiyası rəy hazırlayacaq, yekun mərhələdə kateqoriya veriləcək. Ulduz üzrə qiymət lisenziyadan keçən hotellərə veriləcək. Hotellərin kateqoriyası 1-dən 5-ə qədər ulduzdan ibarət olur. 10-dan az nömrəsi olan obyektlərə ən çoxu 3 ulduz, motellərə ən çoxu 4 ulduz verilir. Avtobus dayanacağı olan butik hotellər 5 ulduz ala bilər. Standart "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə "Turizm və yerdəyişmə vasitələrinin xidmətləri" üzrə Texniki Komitə tərəfindən hazırlanıb. Bu zaman keyfiyyət və təhlükəsizlik sistemi, qidanın təhlükəsizliyi, “Hotelstars Union” Avropa Hotellər Assosiasiyasının yoxlama sistemi üzrə İSO standartlarının tələbərindən istifadə edilib. Azərbaycanda 500-dən çox mehmanxana və mehmanxana tipli obyekt var. “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?