Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib: "Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.
***
11:07
Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.
Təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb.
Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?