GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Misir Mərdanovun dərslik problemi

Misir Mərdanovun dərslik problemi

Tarix: 12-12-2012, 13:18 Bölmə :Maraqlı Baxış: 785
Misir Mərdanovun dərslik problemi
Dövlətin adına layiq, çəkilən zəhmətə və xərcə uyğun dərsliklər nə vaxt yazılacaq?

gundemxeber.az …Bu günlərdə Merejkovskini mütaliə eləməyə başlamışam. Dərsliklərlə bağlı məlum araşdırmadan, araşdırmanın həm lehinə, həm də əleyhinə yönəlmiş münasibətləri dinlədikdən sonra hələ tələbəlikdən sevə-sevə oxuduğum bu rus tənqidçisinin əsərlərinə təzədən qayıtmağım təsadüfi deyil. Merejkovski nə qədər acı həqiqətlər söyləsə də, üslubundan bir vaizin moizəsi qədər sakitlik, rəvanlıq, ruhanilik duyulur. Başımı o başlara qoşmaq olmasın, ancaq mən də çalışmışam ən sərt tənqiddə belə kiminsə ürəyinə dəyməyim, təhqirdən-filandan uzaq olum, şər-şəbədəyə, dedi-qoduya yol verməyim. Mənə elə gəlir, bu qaydalara bacardığım qədər riayət eləməyə çalışmışam. Ona görə, yazılarımdakı müəyyən məqamlarla bağlı iradlara həmişə həssaslıqla, hörmətlə yanaşmışam. Bu dəfə də istisna olmadığından, dinləmək şərəfinə nail olduğum, imkan tapıb yazılarını, mövqelərini oxuya bildiyim bütün irad sahiblərinə bir daha təşəkkürümü bildirməklə yanaşı bəzi fikirlərimi onlarla və oxucularla bölüşmək istədim.
Təhsil Nazirliyinin Dərslik və Nəşriyyat Şöbəsinin müdiri hörmətli Faiq Şahbazlının telekanallardan birində çıxışı zamanı bu araşdırmanın, araşdırma əsasında çap olunan kitabçanın dövlətin dərslik siyasətinə qarşı olduğunu bildirməsi mənə xeyli həm təəccüblü, həm də ağır gəldi. Axı, dövlət sirri olmayan hər hansı bir işdəki qüsuru görmək, bunu ictimaiyyətin müzakirəsinə vermək, əksinə, dövlətin həmin sahədəki siyasətinə dəstək verməkdir. Hamımız gözümüzü yumsaq, ağzımızı qapasaq, bir ağızdan əyrili-düzlü hər işə «bərəkallah» deyib dursaq, bundan nə dövlət, nə də millət qazanar.
Bir neçə gün əvvəl «Azərbaycan müəllimi» qəzetində Samirə xanım Bəktaşinin tam bir qəzet səhifəsi yazdığı cavab yazısında da şəxsən mənim üçün xeyli anlaşılmazlıqlar vardı. Samirə xanım araşdırmadakı durğu işarələrinin qoyulma qaydasından tutmuş, ismin, xəbərin işlənmə yerinə qədər düzgün, yanlış hər nüansa diqqət yetirir. Mənim hansısa araşdırmamda xəbərlə ismin yeri dəyişik olar, durğu işarəsi düzgün işlənməyə bilər. Ancaq mən dərslik yazmıram, heç kimə ismin, xəbərin, durğu işarəsinin nə olduğunu öyrətmək fikrində də deyiləm. Dərslik tamam başqa məsələdir…
Xanım Bəktaşi yazır: «Keçilməyən hərflərin iştirak etdiyi (mən də ehtiramla xırdaca iradımı bildirim ki, hərflər sözdə İŞTİRAK ETMİRLƏR! Tamamilə yanlış ifadədir! – İ.Tumas) sözün verildiyi «Göy göl» mətninin üzərində ayrıca dayanmaq istərdim. Həmin mətndə keçilməyən «c» hərfi «Azərbaycan» sözündədir. Mən bir müəllim kimi belə mənasız bir irada nə cavab verəcəyimi bilmirəm. Kiçik yaşlarından övladlarının qulağına «biz böyük Ermənistan xalqının nümayəndələriyik, düşmənimiz türklərdir, onların torpaqları bizim tarixi ərazilərimizdir» deyən ermənilər, görəsən, öz respublikasının adını uşaqlarına yalnız əlifba təlimi başa çatdıqdan sonramı öyrədirlər, ya oxudurlar?»
Samirə xanımın bu «dəmir» məntiqinə nə deyim daha? Siz də uşaqların qulağına deyin bu sözləri, Samirə xanım, daha əlifbaya tətbiq eləməyin. Bir daha araşdıraram, görüm «Əlifba» dərsliyində yenə hansı hərflər keçilmədən, təbirinizcə desək, sözlərdə «iştirak eləyiblər», onları da uşaqlarımızın qulağına pıçıldayarıq, daha əlifbaya ehtiyac qalmaz…
Məsələn, indidən «göyərçin» sözünü yadda saxlayaq… Axı, həmin sözdə də "ç" hərfi keçilməmişdi. Söz verirəm, elə bu yazıdaca Samirə xanımın fikrincə hərflər keçilmədən uşaqların qulaqlarına deyiləsi sözlərin sayına əlavələr edəcəyəm…
...Allah da, bəndə də şahiddir ki, sözügedən araşdırmadan sonra bu mövzuya təzədən qayıtmaq, nəsə əlavə eləmək, kimlərinsə qəlbinə dəymək, yaxud mövzunu uzatmaq fikrində deyildim. Di gəl, məmurlu-müəllimli möhtərəm Azərbaycan insanları gördükləri işdə yanlışlıqları, qüsurları nəzərə almaqdansa, məni ittiham eləməyə üstünlük verdilər. Axı, dərsliklərdəki qüsurlardan danışan və yazan tək mən deyiləm, hətta özləri də etiraf edirlər ki, bəli, "dərsliklərdə mənim görmədiyim qüsurlar da var". Məsələn, 1-ci sinif Riyaziyyat dərsliyində, 1-ci fotodakı 2-ci məsələnin sualına diqqət edin: "Hansı fiqurdur? Sıra nömrəsinə və rənginə görə söyləyin". İndi uşağın tapmalı olduğu cavabın 1-ci bəndini oxuyun: "4 tərəfi, 4 təpəsi var. Rəngi qırmızıdır. Düzbucaqlı deyil".
Əziyyətdən keçib, indisə həmin məsələdəki həndəsi fiqurları nəzərdən keçirin. Gördüyünüz kimi, 8 fiqur arasında qırmızı rəngdə iki dənə fiqur var. Onlar 2 və 4 rəqəmiylə işarələniblər. İndi olmasın 1-ci sinif uşağı, heç mən də, siz də olmayın. Qoy, dərslik müəllifləri şəkildəki 4 tərəfi, 4 təpəsi, rəngi qırmızı olan, düzbucaqlı olmayan fiquru göstərsinlər. Ay balam, axı burada 4 tərəfi, 4 təpəsi, rəngi qırmızı olan iki fiqur var, ikisi də düzbucaqlıdır. Belə çıxır ki, müəlliflər kvadratı düzbucaqlı hesab eləmirlər... Yəqin, tərif yaddan çıxıb ki, tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir... İndisə yuxarıda söz verdiyim kimi, "dərsliklərdə mənim görmədiyim qüsurlar" silsiləsindən daha bir "parlaq" nümunəylə uşaqların qulağını deyilməli sözlərin sayını artıraq.
1-ci siniflər üçün Azərbaycan dili dərsliyinin 55-ci səhifəsindəki mətndə "G" və "Ü" hərfləri keçilmədən balacalara "AD GÜNÜNDƏ" adlı mətn təqdim edilir. Halbuki "Ü" hərfinin keçilməsinə 7, "G" hərfiylə tanışlığa isə 11 səhifə var (Foto-2, 3). Digər bir mətnin başlığında isə nə az, nə çox - düz 3 keçilməyən hərfdən istifadə edilib. 53-cü səhifədəki "POLİS VƏ UŞAQLAR" adlı mətndə "V", "Ş", "Q" hərflərini uşaqlar sonra - 58, 54 və 68-ci səhifələrdən inşallah, tanıyacaqlar.
Beləliklə, müəllimin dediklərinə əməl eləyərək, "günündə", "və", "uşaqlar" sözlərini də balacaların qulağına hələ beşikdəcə pıçıldamalı olacağıq. Ki, sonra əlifbada rast gələndə çaşıb qalmasınlar. O ki qaldı ötən araşdırmadakı plagiat məsələsinə... Bu günlərdə hörmətli akademikimiz Çingiz Qacarın da açıqlamasıyla tanış oldum. Qocaman akademik saytların birinə açıqlamasında dərslik sahəsində Avropa, Amerika təcrübəsini öyrənməyin vacibliyini qeyd edir və deyir ki, dərsliklər məsələsində oğurluq eləmək yaxşıdır! Şəxsən mən, TQDK sədrinin ötən ayın sonu bildirdiyi fikirləri daha məntiqli hesab edirəm: «Gürcüstanda və digər ölkələrdə açıq-aşkar deyirlər ki, filan dərslik ən yaxşı dərslikdir, biz onu öz dilimizə tərcümə edib orta məktəblərdə tətbiq edirik. Belə qərar qəbul olunursa, orada bir problem olmur. Müəllifdən icazə alınır, dərslik tərcümə olunur. Hansısa dərsliyi yazmaq üçün dünyada bu sahə üzrə mövcud olan dərslikləri oxumaq, baxmaqda da qəbahət yoxdur. Təbii ki, yeni dərslik yazmaq üçün olan dərslikləri oxumaq lazımdır. Amma plagiata yol vermək olmaz… Elmi ictimaiyyət arasında ifşa olunmaq mənəvi ölümə bərabərdir. Mənə elə gəlir ki, dərslik müəllifləri bu problemə daha məsuliyyətlə yanaşacaqlar».
…Barəsində xatırlatdığım Merejkovski məqalələrinin birində yazır ki, yekə bir çəlləkdəki suyun tamını bilmək üçün bütün suyu içməyə ehtiyac yoxdu, barmağını batırıb dilinə vursan kifayətdi. Mən belə də düşünmürəm. Təbii ki, dərsliklərimizdə, yoldaşların dedikləri kimi, yaxşı cəhətlər də var. Sadəcə, hamımızın istədiyi pislərin yaxşılardan qat-qat az olmasıdır ki, hamının - bizim də, sizin də balaları Azərbaycan dövlətinin adına layiq, çəkilən zəhmətə və xərcə uyğun olan, indikilərdən yüz dəfə yaxşı dərsliklər oxusunlar. Azərbaycanı onlara əmanət verməliyik axı...
İlham Tumas
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanovun müavin problemi

    Misir Mərdanovun müavin problemi ...

    27-02-2013, 11:20

  • 
  • Misir Mərdanovun böyük qüsuru

    Misir Mərdanovun böyük qüsuru ...

    21-12-2012, 12:23

  • 
  • Misir Mərdanovun dərslik “cığallığı”

    Misir Mərdanovun dərslik “cığallığı” ...

    10-04-2013, 10:12

  • 
  • Mitinqlərdə xalqı döyənlər də ac qalanda başlayırlar etiraz eləməyə

    Mitinqlərdə xalqı döyənlər də ac qalanda ...

    2-06-2016, 23:44

  • 
  • Məktəb dərslikləri İranda çap olunub?

    Məktəb dərslikləri İranda çap olunub? ...

    6-12-2012, 12:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu