Misir Mərdanovun yaxın adamlarından biri dövlətə «atıb»
gundemxeber.az Azərbaycan orta məktəblərində tədris olunan kitabların əksəriyyəti İranda çap olunub. Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda bu prosesi təhsil naziri Misir Mərdanovun yaxın adamlarından birinin həyata keçirdiyi deyilir. Mənbə bildirir ki, dövlət büdcəsindən ayrılmış pulla yeni dərsliklər nəşr etdirməli olan nazirlik bu işi başqasına həvalə edib. Həmin şəxs də, qiymət fərqlərini gördükdən sonar, İrandakı iş adamlarının biri ilə danışıq apararaq, onunla razılaşma əldə edib. Verilən informasiyada vurğulanır ki, bu zaman yaranmış qiymət fərqi hər kitab üçün 1 manatdan çox olub. Dərsliklər isə İranda çap edildikdən sonra Azərbaycana gətirilib. Qəzetimizə çatan məlumatda o da vurğulanır ki, iranlı iş adamı ilə Misir Mərdanovun yaxın adamının çoxdan münasibətləri olub. Onlar qonşu ölkədə kağız, çap avadanlıqları və digər məhsullar satmaqla məşğul olublar. Məsələ ilə bağlı araşdırmamız davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?