GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Human Rights Watch: Avropa Birliyi Azərbaycanla danışıqlarda insan haqları məsələsini önə çəkməlidir

Human Rights Watch: Avropa Birliyi Azərbaycanla danışıqlarda insan haqları məsələsini önə çəkməlidir

Tarix: 9-02-2018, 10:05 Bölmə :Maraqlı Baxış: 404
Human Rights Watch: Avropa Birliyi Azərbaycanla danışıqlarda insan haqları məsələsini önə çəkməlidir


Fevralın 9-da Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federica Mogherini Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, nazirlər səviyyəsində AB-Azərbaycan dialoqu başlanacaq. “Azərbaycan enerji əməkdaşlığını müzakirə etməyə can atır, amma AB insan haqları məsələsini önə çəkməlidir”, “Human Rights Watch” insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün təbliğat direktoru Philippe Dam (http://0s.o53xo.nbzholtpojtq.nblz.ru/news/2018/02/07/top-eu-diplomat-should-deliver-tough-message-azerbaijan) belə yazır.

Qurum təmsilçisi bu görüşün müxalifət lideri İlqar Məmmədovun həbsinin beşinci ildönümündən bir neçə gün sonraya düşməsinə diqqət çəkir. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına baxmayaraq, o, həbsdədir. Üstəlik, son illər onlarla fəal və jurnalist də saxlanılıb, vətəndaş cəmiyyətinin işini mümkünsüz edən qanunlar qəbul olunub.

AİB AB-NİN NARAHATLIĞINI VECİNƏ ALMIR

“Ancaq AB yenə də heç nə olmamış kimi davranır. Bu həftə Avropa İnvestisiya Bankı (AİB) Trans-Adriatik Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro kredit ayırıb. Azərbaycanın dövlətə məxsus SOCAR şirkəti bu layihədə 20 faiz paya malikdir. TAP Xəzər qazını Avropaya nəql edəcək Cənubi Qaz Dəhlizinin bir hissəsidir. Bu qərar AİB-in, həmin dəhlizin TAP-ı Azərbaycan sahillərinə birləşdirəcək daha bir hissəsini dəstəkləməsinə yol aça bilər. Görünür, AİB Azərbaycanda anti-korrupsiya fəallarının və ölkənin mədən sənayesinin monitorinq aparanların təqibini vecinə almır.

AİB AB-nin bankıdır və qərarlarını AB-nin demokratiya və insan haqlarının irəli aparılmasını nəzərdə tutan xarici siyasət prinsiplərinə uyğun verməlidir. Reallıqda isə qaz məsələsi müzakirəyə çıxarılanda AB-nin Azərbaycandakı təzyiqlərlə bağlı narahatlığı nəzərə alınmır”, müəllif yazır.

Philippe Dam-ın fikrincə, Mogherini Azərbaycana göstərməlidir ki, tənqidçilərə amansız divantutmanın, Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarlarını nəzərə almamasının ciddi siyasi fəsadları ola bilər.

MOGHERİNİ MƏMMƏDYAROVA DESİN Kİ...

“Brüssel Bakıyla yeni siyasi və iqtisadi tərəfdaşlıqla bağlı danışıqları davam etdirir. Amma daha öncə Bakının təzyiqləri dayandırmaq yönündə, heç olmazsa, bəzi addımlar atmasında, məsələn, Məmmədovu buraxmasında təkid etməlidir. Tərəfdaşlıq həqiqətən də daha çox iş və dialoqa apara bilər, amma bu, həbsə atılmış, yaxud məcburi mühacirətə yollanmış fəallara böyük ümid vermir.

Azərbaycan aprelə növbədənkənar seçki təyin edib, bu qəfil addım tənqidçilərin daha artıq sıxışdırılmasıyla sonuclana bilər. Mogherini Məmmədyarova mütləq deməlidir ki, Azərbaycanın ədalətsiz yerə həbs olunanları buraxmaması və vətəndaş cəmiyyətinə məhdudiyyətlərə son qoymaması hər hansı yeni tərəfdaşlıq sazişinə, eləcə də artıq repressiyayla ‘çirklənmiş’ kəmərə AB-nin dəstəyinə təhlükə yaradır”, HRW təmsilçisi vurğulayır.

Hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etmirlər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər. "Human Rights Watch", "Freedom House", "Amnesty International" hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı "məqsədyönlü qarayaxma kampaniyası" kimi dəyərləndirilir.

Xatırladaq ki, fevralın 8-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə yola düşüb. O, fevralın 9-da Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında iştirak edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- Hesabat

    “Human Rights Watch”dan Azərbaycanla bağlı sərt- ...

    14-05-2014, 15:06

  • 
  • "Human Rights Watch"un nümayəndəsi Bakı aeroportunda saxlandı

    "Human Rights Watch"un nümayəndəsi Bakı ...

    31-03-2015, 20:31

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07

  • 
  • ​İlqar Məmmədov azad edilə bilər

    ​İlqar Məmmədov azad edilə bilər ...

    29-11-2017, 18:20

  • 
  • Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxardı

    Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın ...

    30-05-2013, 14:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu