GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Yaşayış binalarının altındakı səsli-küylü obyektlər - standart necə olmalıdır...

Yaşayış binalarının altındakı səsli-küylü obyektlər - standart necə olmalıdır...

Tarix: 15-02-2018, 11:33 Bölmə :Maraqlı Baxış: 472
Yaşayış binalarının altındakı səsli-küylü obyektlər - standart necə olmalıdır...


Ekspert: “Bu hal qanunvericiliklə tənzimlənir və konkret olaraq cərimələr var”

Bakıda əksər çoxmərtəbəli yaşayış binalarının birinci mərtəbəsindən ev kimi istifadə edilmir. Bu mərtəbədə müxtəlif obyektlər, uşaq bağçaları, barlar, kafelər, ofislər fəaliyyət göstərirlər. Çox zaman bu obyektlərin sahibləri yaşayış binasının alt mərtəbəsində fəaliyyət göstərdiklərini unudub, işlətdikləri məkanda yüksək tonla musiqi səslənməsinə və digər bu kimi narahatlıq yaradan hallara şərait yaradırlar. Xüsusilə də Bakının mərkəzində yerləşən binaların birinci mərtəbəsində əsasən kafelər, barlar fəaliyyət göstərdiyi üçün orada sakinlərin istirahət hüquqları daha çox pozulur. Daha öncələr də bir neçə dəfə paytaxt sakinləri binalarının altında yerləşən səs-küylü obyektlərlə bağlı mətbuat vasitəsilə şikayətlər yayıblar. Hətta olub ki, sakinlərin şikayəti əsasında Bakıda çox məşhur barlardan biri də öz fəaliyyətini dayandırmalı olub.

Sakinlərin başqa bir şikayəti də budur ki, obyektlərə şəxsi avtomobili ilə gələn müştərilərin sayı çox olduğuna görə onlar öz binalarının həyətində maşınlarını da saxlaya bilmirlər. Təbii ki, əksər binaların altında avtomobil saxlamaq üçün yerlər də mövcud deyil. Bəzilərində bu yerlər obyekt kimi satılıb. Bir qismində isə sadəcə olaraq, istifadəsiz qalıb və avtomobil saxlanılması üçün şərait qurulmayıb.

Bəs bu hal qanunla necə tənzimlənir? Binaların birinci mərtəbəsində hansı obyektlər fəaliyyət göstərə bilər?

Öncə qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, məişət səs-küyü salmaq inzibati məsuliyyətə səbəb olan əməldir. Bu halı yaradan şəxslər qanuna görə inzibati məsuliyyətə cəlb olunmalıdırlar. Lakin əksər hallarda bu, baş vermir. Qanuna görə, səs-küyün salınması, digər insanların istirahət hüquqlarının pozulması deməkdir. Saat 00:00-dan sonra məişət səs-küyü salmaq olmaz. Qanuna görə, hətta gecə yarısından sonra hansısa vətəndaş öz evində belə səs-küy salarsa, həmin şəxs də inzibati məsuliyyətə cəlb oluna bilər. İnsanlarının istirahət hüquqlarının pozulması konstitusiyamıza görə də qadağandır. Lakin qanuna əməl edilmədiyi hallar da az olmur...

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli də bildirib ki, qanunvericiliyə görə, səs kirliliyi anlayışı var:



“Səs ölçülür və təyin olunmuş ölçüdən artıq olduğu zaman səs kirliliyi yaranır. Bu təsbit olunduğu halda obyektin işləməsinə qadağa qoyula bilər. Yaxud da lisenziyası əlindən alınır. Ümumiyyətlə, belə məqamlarda ilk olaraq obyekt sahibi cərimələnir. Qanunvericiliklə də bu hal tənzimlənir və konkret olaraq cərimələrin miqdarı var. Obyekt sahibi yayılan səsin qarşısını almaq üçün ilk növbədə müasir səs izolyasiyaedici avadanlıqlardan və tikinti materiallarından istifadə etməlidir. İndiki zamanda bu cür materiallar mövcuddur ki, yayılan səsin qarşısını ala bilir. Obyekt sahibləri də bundan istifadə edib səs kirliliyinin qarşısını asanlıqla ala bilər. Sadəcə olaraq, məsələ odur ki, Azərbaycanda qanunların tətbiqi ilə bağlı ciddi problemlər var. Ona görə də çox zaman mövcud qanunların tətbiqində problemlər yaranır. Bu, istər səs kirliliyinin ölçülməsi, istərsə də izolyasiya sisteminin qurulması zamanı baş verir. Nəticədə bütün bunlar vətəndaşların narahatçılığına səbəb olur. Başqa bir problem də var ki, vətəndaşlar obyekt sahiblərindən vəsait əldə etmək üçün tez-tez şikayətlər etməyə çalışırlar. Əsasən də obyektin üstündə mənzili olan vətəndaşlar bəzən belə addımlar atırlar. Lakin bu cür hadisələr az-az görünür. Şəxsən mən belə məqamların şahidi olmuşam.

Məsələyə qlobal yanaşsaq və qanunvericiliyin tələbləri tam olaraq yerinə yetirilsə, burada qeyri-adi bir şey yoxdur. Dünyanın hər yerində mərkəzi küçələrdə yerləşən binaların altında barlar, kafelər fəaliyyət göstərir. Azərbaycan da turizmi inkişaf etdirmək istəyirsə, mərkəzi küçələrdə gecə klublarının, diskotekaların, kafelərin çox gec saata qədər işləməsi normaldır. Bu obyektlərdə isə əlbəttə ki, yüksək səsli musiqilər qoyula bilər. Bu hal qaçılmazıdır və qadağan edilməsi ilə həm biznesə, həm də gələn turistlərə mane olmaq mümkündür. Ona görə də əlaqədar orqanlar ciddi addımlar atmalı, bu addımlar atılan zaman isə həm vətəndaşların, həm də obyekt sahiblərinin hüquqları qorunmalıdır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda binaların damlarındakı su çənləri söküləcək

    Bakıda binaların damlarındakı su çənləri söküləcək ...

    25-06-2013, 13:36

  • 
  • Bakıda yaşayış binasında YANĞIN

    Bakıda yaşayış binasında YANĞIN ...

    9-04-2017, 11:34

  • 
  • Bakıda daha bir səsli-küylü həbs

    Bakıda daha bir səsli-küylü həbs ...

    23-05-2015, 12:58

  • 
  • Bakıda mənzildə yanğın baş verib

    Bakıda mənzildə yanğın baş verib ...

    18-01-2017, 23:17

  • 
  • Prezident: “Zəng etdim Hacıbala Abutalıbova, dedim bu nə məsələdir?“

    Prezident: “Zəng etdim Hacıbala Abutalıbova, ...

    24-12-2013, 10:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu