Nəsimi, Nərimanov, Xətai, Nizami rayonlarındakı yaşayış binalarının damındakı su çənləri söküləcək. Artıq bu günə kimi Yeni Yasamal və Binəqədi ərazisində 2400-dən artıq su çəni yığışdırılıb. Bu məlumatı Modern.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı verib.
Departament rəhbəri bildirib ki, artıq Yeni Yasamal və Binəqədi ərazisində 2400-dən artıq su çəni yığışdırılıb. Yasamal rayonunda yaşayış binalarının 80%-i fasiləsiz, dayanıqlı su ilə təmin edilib:
“Bakı şəhərinin 60%-i fasiləsiz su ilə təmin olunur. Hövsan, Nəsimi rayonunun mərkəzi hissəsi, Yasamal, Binəqədi, Səbayel, Xətai, Nərimanov, Nizami, yeni Günəşlinin bir hissəsi, o cümlədən həyət evlərinin böyük hissəsi fasiləsiz su ilə təmin olunur. Ona görə də bu rayonun ərazisindəki yaşayış evlərinin damlarındakı su çənləri ləğv edilir. Yəni Nəsimi, Nərimanov, Xətai, Nizami rayonlarındakı yaşayış binalarının damındakı su çənləri yığışdırılacaq. Çünki çənlərdəki su ehtiyatı sonradan onlar üçün təhlükə mənbəyi ola bilər. Binaların damlarındakı su çənlərinin yığışdırılması işini Mənzil İstismar Sahələri həyata keçirirlər. Hansı yaşayış binasına ki, fasiləsiz su verilir, həmin binaların damlarındakı su çənləri yığışdırılır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?