GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Sufizmi seçən avropalılar

Sufizmi seçən avropalılar

Tarix: 12-03-2018, 11:06 Bölmə :Maraqlı Baxış: 277
Sufizmi seçən avropalılar


İspaniya bir çox Şimali afrikalı miqranta qucaq açsa da, İslamı, xüsusilə də sufizmi qəbul edən ispanlar çox azdır.

"Mənim adım," baş örtüyündən səndəllərinə qədər çəhrayı və bənövşəyi tonlardan geyinmiş qadın deyir, "Bahiadır. Ərəb dilində mənası isə 'gözəllik və şəfqət dənizi' deməkdir. Məktəbimə xoş gəlmisiniz."

Çaylar süzüldü, şirniyyatlar düzüldü və biz, onun kiçik Montessori məktəbinin arxa bağçasında yaşı 100 ildən artıq olan zeytun ağaclarının kölgəsində əyləşərək sufizm - İslamın mistik qolu haqqında söhbət etməyə başladıq.

Amma bura bir müsəlman ölkəsi deyil - biz katolik İspaniyasının cənubunda idik.

Qranadadan 60 km cənub-şərqdə yerləşən Orgiva, dağlıq Alpujarra regionunun bir hissəsidir və qeyri-adi bir yerdir. Bu şəhərciyin əhalisinin sayı 6000-dən azdır. Bununla belə, 68 müxtəlif xalqın nümayəndələri, O Sel Ling adlı buddist icma və Göy Qurşağı adamlarına (qeyri-zorakılıq və bərabərlik prinsiplərinə sadiq bir qrup) məxsus Beneficio adlı çadır düşərgəsinin evidir.

Orgiva dağlıq Alpujarra regionunun bir hissəsidir
Mənim Orgivaya səfərimin məqsədi isə buradakı ən böyük mədəni icma ilə tanış olmaq idi: katoliklikdən sufizmə keçən və burada məskən salan 35 ailə.

İspaniya bir çox Şimali afrikalı miqranta qucaq açsa da, İslamı, xüsusilə də sufizmi qəbul edən ispanlar çox azdır. Mən bilmək istəyirdim ki, onları dinlərini dəyişməyə həvəsləndirən nə olub və niyə Andalusiyanın bu ucqar ərazisində yaşamağı seçiblər.

Orgivadan 320 km qərbdə yerləşən Sevilyada doğulan Bahianın əvvəlki adı Maria Jose Villa Cascos olub. O, hüquq fakültəsi məzunudur və Madriddə hüquqşünas kimi çalışıb.

"Düzgün həyat tərzi axtarışına mən hələ Sevilyada Katolik kollecində oxuyarkən başlamışdım," o deyir.

"Uzun illər oxuyub, araşdırıb, sual edib və sınaqlar keçirdikdən sonra, sufizm fəlsəfəsi və təlimi ilə rastlaşdım. Məni dinimi dəyişməyə həvəsləndirən sufizmin aşıladığı həyat tərzi, tolerantlıq, insanlığa qarşı şərtsiz sevgi və qəddarlığın tamamilə qeyri-məqbul sayılması oldu. Biz həyatın sadəliyinə köklənir, mənəviyyatı maddiyyatdan üstün tuturuq. Vəkillikdən uşaq müəlliməsinə çevrilməyimin səbəblərindən biri də budur."

Orgiva, Dağlar katoliklikdən sufizmə keçən 35 ailənin evidir
O izah edir ki, 1970-ci ildə cəmiyyətinin əmiri təyin olunan Umar, sufizmə keçməmişdən qabaq da Orgivada yaşayıb. Məktəb müdirəliyi elanını eşidən Bahia kimi illər ərzində dinini dəyişən digər insanlar da buraya köçüblər.

Amma Orgiva sufiləri tərki-dünya deyillər. Onlar mobil telefonlar, internet və Instagram-dan istifadə edirlər. Montessori məktəbini idarə edən Bahia və elektrik cihazları dükanı sahibi əri kimi onların biznesləri də var. Bəziləri isə ferma saxlayır və məhsullarını satırlar. Lakin həyatlarını inancları idarə edir.

Onları fərqli göstərən isə seçilən geyimləridir: kişilər enli şalvar və köynəklər geyinir və qadınlar uzunqol köynəklər, dabana çatan ətəklər geyir və baş örtüyü atırlar.

İspaniyada terror hücumları təhlükəsi və bəzi insanların İslamı cihadçılarla bağlaması və radikallığı nəzərə alıb, onlara qarşı münasibəti sual etdim.

"Orgivada heç kim bizə qəribə yanaşmır, çünki böyük icmamız var. Başqa yerlərdə ola bilsin ki, insanlar gözlərini mənim geyimimə diksinlər, amma..." o çiyinlərini çəkir.

Kişilər şalvar üstündən buraxılmış köynək, qadınlar başı örtən yaylıq və uzunqollu libas geyinirlər.
Bahia narahat baxışlar və pıçıltılı şərhlərə diqqət ayırmaqdansa, tolerantlıq, sevgi və anlayış nümayiş etdirməyi üstün tutur.

"Yaşadığımız çətin dövrdə insanlar İslam haqqında dar düşüncəyə malikdirlər. Bombalar və terror hücumları ana xəbərə çevrilir, xoş niyyəti isə yox. Bu mütənasibsizlik insanlara göstərilməlidir ki, onlar İslamı, ələlxüsus sülh və həyat dənizini üzmək üçün yol açan Allaha bağlılığı aşılayan sufizmi anlaya bilsinlər," o söyləyir.

Daha çox məlumat üçün mən əvvəllər Pedro Barrio indi isə Qasım adı ilə tanınan başqa bir sufinin Baraka Çay Evi və Restoranına yollandım. Əslən bir katolik ailəsindən olan Qasım bilbaoludur və orada da ailə restoranını idarə edirmiş. O da gənc yaşlarından mənəvi istiqamət axtarışında olub.
Baraka həm turistlər, həm də müxtəlif ideologiya və dinlərə mənsub yerlilərin yığışdığı görüş yeridir
"Mən bir çox şeyləri sınamışam," o deyir.

"Bir müddət buddizmi də yoxladım, sonra isə şamanlığı sınaqdan keçirdim. Hətta psixoterapiya və nəfəsalma texnikası olan vivasiyanı da yoxlamışdım.

"Bir dostum vasitəsilə sufizm haqqında öyrəndim. Sufizmin aşıladığı dəyərlər və İslamda İsanın peyğəmbər kimi qəbul olunduğunu öyrənəndə sanki evimi tapdım. Hər şey mənə tanış idi və istədiyim inanc da elə bu idi. Buna görə də dinimi dəyişmək qərarına gəldim. O, mənə rahatlıq bəxş edir və həyatımı mənalı edir."

"Ailəniz bu qərarınıza necə münasibət bildirdi?" mən soruşuram.

"Bir o qədər də yaxşı olmadı. Anam daha anlayışla qarşıladı, atam isə əsəbiləşdi. Restoranımız ilə bağlı da problemim oldu. Məsciddə namaz qılır, sonra isə restoranda müştərilər üçün şərab süzüb, donuz əti kəsməli olurdum. Belə davam gətirə bilməzdim," o deyir.

"Tale özü dadıma çatdı. Orgivada yaşayan bir sufi tanışım kiçik İslam restoranı açmaq istəyirdi, amma pulu yox idi. O, maddi imkanım olduğuna görə mənimlə əlaqə saxladı və əvvəlcə partynor kimi işə başlasam da, artıq buranın tək sahibiyəm."

Baraka sufilər, turistlər və yerlilərin tez-tez baş çəkdiyi məkandır və burada içki və donuz əti verilmir. Amma vegetarian restoran da deyil. Hər şey evdə hazırlanır və orqanikdir. Mən Mərakeş üsulu toyuq tagin və üzəri krem vurulan xurmalı-darçınlı tort sifariş etdim.

Müsəlmanlar donuz əti yemirlər, amma başqa ətləri yeyə bilərlər

Barakanın terrasında oturmaq mənə müxtəlif millətlər, ideologiyalar və dinlərdən olan insanların necə mehriban və dinc şəkildə münasibət qurduğunu göstərdi. Hörüklü saçlar və hicablar - arada narıncı rəngli buddist rahib örtüyü də gördüm - bir-birinə qarışmışdı. İngilis, fransız, alman, ərəb və arabir ispanca sözlər eşitdim.

"Ərəbcə bilirsinizmi?" mən soruşdum.

"Yox," Qasım gülümsədi.

"Biz namazı ərəbcə qılırıq, amma ərəb dili biliyim elə bu qədərdir."

Son dərəcə məşğul olmasına baxmayaraq, Qasım məni dərgaha (ibadətgah) apardı. Burada cümə axşamı gecələri Allahın tərifi ilə müşayiət olunan zikr və meditasiya sayılan hadra baş tutur. Müqəddəs cümə günü isə namazlar daha uzun olur və icma üzvləri birlikdə yemək yeyirlər.

Qəsəbədən 2 km kənarda, zeytun və naringi ağacları arasında gizlənən dərgah sadə bir yerdir. Kiçik namaz otağı, mətbəx və buraya uzaqdan baş çəkən sufilər üçün üç qonaq otağı var. Uşaqlar qaçışır, qadınlar isə qonaqlar üçün yemək hazırlayırdılar.

İslamda cümə günü həftənin müqəddəs günü hesab olunur
"Bu qonaqlar dünyanın başqa ölkələrindəki müsəlman icmalarına səyahətlər təşkil edən Halal Turizm vasitəsilə Mərakeş və digər müsəlman ölkələrindən təşrif buyurublar. Bu, getdikcə populyarlaşır," Qasım izah edir.

O, Bahianın müsəlman olmayan cəmiyyətlərə sülh, sevgi və anlayış mesajinı yaymaq fikri ilə razıdır.

"İnandığımız dinə uyğun yaşamaqdan əlavə, biz sizin kimi qonaqları qəbul etməyi xoş qarşılayırıq ki, siz də dünyaya bizim haqqımızda məlumat verəsiniz," o dedi.

Mənə yaxşı yol arzulamamışdan qabaq o əlavə etdi, "Bəlkə də bir gün hamımız əmin-amanlıq içində yaşayacağıq, inşallah."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aktrisa evin arxa bağçasında qonşuların gözü önündə…sekslə məşğul olub: +18

    Aktrisa evin arxa bağçasında qonşuların gözü ...

    16-11-2016, 01:45

  • 
  • İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə hazırdır

    İran Dağlıq Qarabağ müsəlmanlarına kömək etməyə ...

    28-06-2013, 12:58

  • 
  • Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var

    Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var ...

    26-09-2016, 12:24

  • 
  • Şimali Qafqazın müftisi bütün qadınların sünnət olunmasını istəyir

    Şimali Qafqazın müftisi bütün qadınların sünnət ...

    18-08-2016, 14:25

  • 
  • Bu müsəlman ölkəsində qadınları seksual zorakılıq gözləyir

    Bu müsəlman ölkəsində qadınları seksual zorakılıq ...

    12-11-2013, 11:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu